Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə.Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər. 2015-ci ildə müasir tədqiqat layihəsi çərçivəsində Koçno daşının kiçik bir hissəsinin üzəri Qlazqo Universitetinin tədqiqatçıları tərəfindən 3 günlük açıldı.
Hideki Toco
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. == Karyerası == 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. == Ölümü == 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. == Tanınmış şəxsləri == Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Ticino
Ticino — İsveçrənin kantonlarından biridir. Haradasa bütün kantonda yazı dili İtalyancadır. Qraubündən kantonu ilə meydana gətirdikləri bölgəyə Svizzera Italiana (İsveçrə İtalyası) deyilir. Adını Ticino Çayından almışdır.
Tokio
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Tokyo
Tokio və ya Tokyo (yap. 東京 Tōkyō) — Yaponiyanın paytaxtı. Ölkənin əsas iqtisadi və mədəniyyət mərkəzi. == Tarix == Tokio Körfəzi sahilində liman şəhəri Tokio, Edo (körfəz qapısı) adı ilə tanınmışdı. Edo Qalası XII əsrdə güclü samuray qəbilənin-i Edo ailəsinin yurdu olaraq yapon tarixində meydana çıxdı. 1603de Tokugawa Şogunluğu banisi Tokugawa Ieyasu, Edoyu zərbənin rəhbərliyinin paytaxtı etdi. Şogunluk rejimi altında Edo, Yaponiyanın mədəni və iqtisadi, siyasi sahədə mərkəzinə inkişaf etmişdir. 1868-ci ildə Zərbənin hakimiyyətinə son qoyan İmperator Meiji, 3 sentyabr 1868-ci il tarixli Edonun adını Tokio etməsinə dair imperator fərmanı ilə Kioto Edo qalasındakı qədim zərbənin sarayına köç edib, qədim paytaxt Kioto şərqdə paytaxt olduğuna görə şəhərin adı Tokioya dəyişdi. Tokio, 12 sentyabr 1923-cü ildəki zəlzələdən böyük zərər gördü. Zəlzələdən sonra şəhər yenidən inşa edilib və bu dövrdə ətrafında şəhərətrafılar təşəkkül etməyə başladı.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285—670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. == Tarixi == Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. == Ərazisi və iqlimi == Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Toyon
Toyon — Orta əsrlərdə Saxa tayfa başçıları və əyanlarına aid titul.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
Toşio
Toşio — ad.
Vodno
Vodno—(mak. Водно) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Böyük Tokio
Böyük Tokio aqlomerasiya regionu (Yaponca. 首都 圏 Shuto Ken; 東京圏 Tokyo Ken, 東京都市圏 Tokyo Toshi Ken) Yaponiyada başda Tokio aqlomerasiya regionu ilə birlikdə Chiba, Kanagawa, Saitama prefekturaları ilə birlikdə bu prefekturaların böyük hissəsindən formalaşmış aqlomerasiya regionudur. Böyük Tokio anlayışı “yalnız Tokio” anlayışı ilə eyni deyil, Tokio ilə bitişik olub prefekturanın hüdudlarından kənara çıxan bütün şəhər ərazisini əhatə edir. Yaponiya hökuməti tərəfindən təyin olunmuş Milli Paytaxt Regionu Kantō bölgəsindən əlavə (首都圏 Shuto-ken) Yamanashi prefekturasını da əhatə edir. Böyük Tokio aqlomerasiya regionunun əhalisi 2014-cü ilə görə 37,832,892 nəfərdir və dünyanın ən sıx məskunlaşıldığı metropolisdir. Təxminən 13,500 km² ərazini əhatə etməsi əhalinin sıxlığının hər km²-ə 2617 nəfər olduğunu göstərir. Əhatə etdiyi xalis sahəsi 7.800 km² ilə dünyada ikinci yerdədir. Yalnız New York şəhərinin əhatə etdiyi şəhər sahəsi 8.700 km² olaraq Böyük Tokio aqlomerasiya regionundan daha çoxdur.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Françesko Toldo
Françesko Toldo (it. Francesco Toldo; 2 dekabr 1971, Padova, Veneto) İtaliyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Əsasən "Fiorentina" və "İnter" klublarında oynaması ilə tanınır. O, ümumilikdə 17 mövsüm (8 "Fiorentina" və 9 "İnter") oynayıb və 15 kubok qazanıb. İtaliya milli komandasının qapıçısı kimi o, beş turnirdə çıxış edib. İtaliya millisinin gümüş medalçılara çevrildiyi 2000 Avropa çempionatında milli komandanın bir nömrəsi kimi məşhurlaşıb.O, futbol tənqidçiləri tərəfindən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində İtaliya və dünya futbolunun ən yaxşı qapıçılarından biri kimi qiymətləndirilib.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Hideki Tojio
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. == Karyerası == 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. == Ölümü == 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Kamil Tolon
Kamil Özdemir Tolonçok (29 fevral 1912, Konstantinopol, Türkiyə – 23 iyul 1978, İsveçrə) - türkiyəli təşəbbüskar, sənayeçi, iş adamı və ixtiraçı. == Həyatı == İstanbul Beylerbeyli Saatçioğullarından olan Defterdar Muhittin bəy və Behiye Hanımın altı övladının ikincisi olaraq dünyaya gəldi. Uşaqların təhsilə əhəmiyyət verdikləri və ailənin məmur olduğu üçün uşaqlarının təhsili ilə sıx əlaqəli olduqları müşahidə edildi.1937-ci ildə Müeyyet Hanımla evləndilər, lakin evlilikləri uzun sürmədi və 1942-ci ildə boşandılar. Onların Müeyyet Hanımla evliliyindən Abatun və Barkın adlı iki qızları vardı. İkinci evliliyini 1943-cü ildə Muzaffer Biliktü ilə etdi. Bir il sonra oğlu Dara dünyaya gəlir. 1949 cu ildə qızı Cana dünyaya gəldi. == İxtiralar == Jukebox icad etdi. Bu ixtiranı Efes ailəsinə satdı. Türkiyə Adnan Menderes'in məsləhəti ilə ilk paltaryuyan maşın və elektrik mühərriki istehsal etdi.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Lauri Törni
Lauri Törni (28 may 1919, Vıborq – 18 oktyabr 1965) — müxtəlif vaxtlarda 3 ölkənin (Finlandiya, Almaniya, ABŞ) hərbi qulluqçusu olmuş fin hərbçi, Finlandiyanın ali hərbi ordeni sayılan Mannerheym nişanının sahibi. Lauri Törni Finlandiya SSRİ-nin hücumlarından müdafiə olunmaq üçün almanlar ilə ittifaq qurduqdan sonra, 7 həftəlik waffen-ss təlimləri keçmək üçün Avstriyanın Vyana şəhərinə getmişdir. İyul ayında həm fin zabiti, həm də Alman waffen-ss kiçik leytenantı kimi Finlandiyaya qayıtmışdır. 1941-1944-cü illərdəki Finlandiya Sovet müharibəsində hərbi etimadının böyük bir hissəsini qazandı. Qərb mənbələrində bu müharibəyə Davam müharibəsi deyilir. Öz birliyi ilə düşmən xətlərinin dərinliklərinə girərdi. Ruslara çoxlu itki verdirmişdir. Bu səbəbdəndə Sovetlər başına 3 milyon Fin markası (təxminən 650.000 dollar) mükafat təyin etmişdilər. Sovetlər və Finlandiya arasında imzalanan sülh sazişindən çox da məmnun qalmamış, sabotaj hazırlığı üçün Almaniyaya getmişdir. Müharibənin gedişatına görə təhsili yarımçıq qalmış və Finlandiyaya etibarlı şəkilə qayıda bilməmişdir.
Mert Tunco
Mert Tunco (17 may 1995-ci ildə anadan olub) — Türkiyəni təmsil edən kişi badmintonçu.