Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
SoC
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
TAC
Tac
TLC
TLC Norway — Norveç telekanalı. TLC Türkiye — Türkiyə özəl telekanalı.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni — ABŞ səs aktyoru. Tom Atkins Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Fehmi Koç
Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür. 28 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Foç hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.
Hideki Toco
Hideki Toco (yap. 東条 英機; d. 30 iyul 1884, Tokio — 23 dekabr 1948, Tokio) — Yaponiyanın 40-cı baş naziri, Yaponiya İmperator ordusunun ordu generalı, hərbi cinayətkar. 1933-cü ildə general-mayor rütbəsi almış və Ordu Nazirliyi nəzdində Fərdi dairə naziri vəzifəsini yerinə yetirmişdir. 1934-cü ildə 24-cü piyada briqadasının komandiri, 1935-ci ildə Kvantun ordusunun komandanı təyin edilmişdir. Millətçi, faşist və militarist olması ilə yanaşı, həm də tez qərar vermək qabiliyyətinə görə "Ülgüc" (カミソリ Kamisori) ləqəbini almışdı. 1945-ci ildə Yaponiyanın ABŞ-yə qeyd-şərtsiz təslim olmasından sonra ABŞ generalı Duqlas Makartur 40 yapon "cinayətkar"ının tutulması haqqında əmr vermişdir. Toconun Setaqayadakı evi jurnalistlərlə əhatəyə alınmışdı. 8 sentyabr 1948-ci ildə ABŞ ordu polisləri evi mühasirəyə aldılar. Toco tapança ilə özünü öldürmək istəsə də, xilas edilmişdi.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Kriztian Tot
Kriztian Tot (1 may 1994) — Macarıstanlı cüdoçu. Kriztian Tot Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Kriztian Tot birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Keniyanın nümayəndəsi Kiplanqat Sanq ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kriztian Tot 1/8 final mərhələsində Çin təmsilçisi Çenq Xunjao ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 0:100 hesabı ilə uduzdu.
Köç (dəqiqləşdirmə)
Köç — Köç (film, 1983) — film. Köç (film, 1986) — Rejissor Cəmil Quliyevin filmi.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.