1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam.
□ Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq.
// İs. mənasında.
2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş.
3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq.
// məc. Özündənrazı, lovğa, harın.
4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş.
◊ Gözü tox olmaq – bax göz.
Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.