Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Tanjer
Tanjer (ərəb. طنجة‎, Tanjа) — Mərakeşin şimali-qərbində tarixi bir şəhər. Cəbəllütariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtə olan Spartel burnunun 10 km. qədər şərqində strateji önəmə sahib bir mövqedə olan Tanjernın ( fr. Tanger, ing. Tangier) Finikiyalılar tərəfindən miladdan öncə 814-cü ildə qurulduğu və Finikiyalıların ticarət mərkəzlərindən olduğu bilinir. Daha sonra Karfagen dövləti və Roma imperiyası hakimiyətində qaldı. V əsrdə İspaniyadan sürülən andalların, VI əsrdə isə Bizanslıların əlinə keçdi. İslam öncəsi dönəmdə Tinga (Tingis, Tinjis) adını daşıyan və Səbtədə (Cəuta) oturan Bizans valisi Julianos tərəfindən idarə edilən şəhəri Əməvilər dövründə İfrikiyyə valisi Ukbə b. Nafi barış yoluyla fəth etdi (681-682).
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Tranzit (iqtisadiyyat)
Tranzit —
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
Tianji dağları
Tianji dağları (çin. 天子山) – Çinin Xunan əyalətinin Çjantszyantsze bölgəsində, Suosi dərəsinin yaxınlığında yerləşən dağlar. 67 km2 sahəyə yayılmış dağlar mərmər qüllələrdən ibarətdir və bəzən "Çinin uçan dağları" adlandırılır. Hər biri yüzlərlə metr hündürlüyündə olan qüllələr şam meşələrinə ev sahibliyi edir. İncə və hündür olan bu dağların hündürlüyü 1262 metrə qədər çata bilir. Burada olan qayaların ümumi sayı təxminən 3100-dür. Dağların 400 milyon il əvvəl kvars qum daşından formalaşdığı güman olunur. Dağların ilk adı "Yaşıl daşlar" mənasını verən Qin Yan olmuşdur. Lakin indiki adı tucya etnik qrupuna daxil olan və 1353-cü ildə yerli fermerlərin üsyanına uğurla başçılıq edərək özünü "tianji" adlandıran yerli qəhrəman Syan Dakunla bağlıdır. "Tianji" çin dilində "Cənnətin oğlu" deməkdir və adətən Çin imperatorları üçün istifadə olunan epitetdir.
Sic transit gloria mundi
Sic transit gloria mundi — "dünyanın şöhrəti belə keçir" mənasını verən latınca ifadə. Bu ifadə 1409-cu il (V Aleksandrın tacqoyma mərasimində istifadə edildiyi zaman) və 1963-cü illər arasında papanın tacqoyma mərasimlərində istifadə edilmişdir. Yeni seçilmiş papa öz sedia gestatorunda (mərasim taxtı) Müqəddəs Pyotr bazilikasının müqəddəs mərasimindən çıxış edərkən yürüş üç dəfə dayandı. Hər dəfə bir papanın mərasim ustası əlində gümüş və ya mis qamış tutaraq, yanan kətan yedəyində papanın qarşısında diz çökərdi. Ardıcıl olaraq üç dəfə parça yanan kimi o, yüksək və kədərli səslə deyirdi: "Pater Sancte, sic transit gloria mundi!" (“Müqəddəs Ata, dünya şöhrəti belə keçir!”). Papaya ünvanlanan bu sözlər həyatın keçici təbiətini və yer üzündəki şərəflərin xatırladıcısı olaraq xidmət etdi. İfadənin bir forması Tomas Kempisin 1418-ci ildə Məsihin Təqlidi adlı əsərində meydana çıxdı: "O quam cito transit gloria mundi" ("Dünyanın izzəti necə də tez keçib gedir"). İdiomatik kontekstlərdə bu ifadə "şöhrət keçicidir" mənasında istifadə edilmişdir. Amerikalı şair Emili Dikinsonun ilk nəşr olunan şeiri "Sic Transit Gloria Mundi" adlanırdı. İngilis illüstratoru Corc Kruikşank tərəfindən 1819-cu ildə çəkilmiş qravürü "Dənizçilərin Tərəqqi: Sic transit gloria mundi" adlanır.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir. Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.