TACİR

TACİR Bu həmin o tacirlərin karvanı idi, onları neçə il bundan qabaq Baybura Ru elinə göndərmişdir... (Anar); BAZİRGAN (köhn.) Ağır yüklü dəvələr ləngər vura-vura addımlayırdı, bazirganlar da yorğun, yuxusuz idilər (Anar); BƏZZAZ (köhn.) Hacı Kərim Bakıda məşhur bəzzazlardan idi (A.Şaiq); SÖVDƏGƏR (köhn.) [Maşo:] ..iki ovçu ovdan söhbət edirlər, sövdəgərlər alış-verişdən, iki arvad rast gəldilərsə, modadan, paltardan danışırlar (N.Nərimanov); BİZNESMEN (evf.), KOMMERSANT.

TACDAR
TAĞ
OBASTAN VİKİ
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Tacir Allahverdiyev
Tacir Cəfərov
Tacir Eminov
Tacir Həsənov
Tacir Muradlı
Tacir salatı
Tacir sarayı
Tacir sarayı (türk. Tüccar sarayı) — Türkiyənin Ani şəhərində yerləşən tarixi abidə. Mənbələrdə eyni zamanda Sultan sarayı və Qala olaraq da qeyd edilən saray Aninin Şimal Qərb tərəfində yerləşir. Ehtimal ki, XII əsrin sonu—XIII əsrin əvvəllərində inşa edilib və hansısa varlı bir tacirə, şahzadəyə və yaxud Ani yepiskouna məxsus olub. Bir çox tədqiqatşılar sarayın tacir Tiqran Honentsə məxsus ola biləcəyi iddiasının üstündə dayanırlar. Çünki, onun məzarı sarayın qarşısındakı vadinin uçurumundakı qayada yonulmuşdur. Başqa bir fərziyyəyə görə isə bina saray deyil və sırf şəhərin müdafiə xarakterli tikililərindən biriridir. Günümüzə binanın təyinatını və kimə məxsus olmasını dəqiqləşdirə biləcəyimiz bir kitabə çatmadığından bu abidəylə bağlı olan bütün fikirlər sadəcə fərziyyə olaraq qalır. == Memarlıq xüsusiyyətləri == Binanın şəhər tərəfə olan divarı ikiqatlıdır. Binanın girişi düzbucaqlı bir otaqdan başlayır, daha sonra ətrafı digər kiçik otaqlarla dövrəli olan böyük bir qonaq otağı gəlir.
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu (24 may 1965, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır. Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir.
Tacir Əhmədov
Bakı Tacir Bankı
Bakı Tacir Bankı — Azərbaycanda açılmış ilk yerli səhmdar kommersiya bankı == Tarixi == 1914-cü il aprelin 15-də açılmışdır. == Rəhbərlik == Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə Hacı Zeynalabdin Tağıyev idi. == Yeri == Bank Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşirdi.
Tacir Kudrinin binası
Tacir Kudrinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrdə inşa edilmişdir. Bina Şmidt küçəsi 10 ünvanında yerləşir. Bina bir çox mənbələrdə Kudrinlərin binası olaraq keçərlidir. Bəzi mənbələrdə isə Remilərlə əlaqələndirilir. == Tarixi == XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Şmidt keçəsi, ev 10 ünvanında yerləşir. Bina Dyupon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Binanın sahibi II gildiya taciri Yakob Kudrin idi. Onun həyat yoldaşı Dominika Avsentevna idi.
Tacir Pançenkonun binası
Tacir Pançenkonun binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina 1910-cu ildə inşa edilmişdir. Bina Eklektika stilinə sahibdir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla memarlıq abidəsi elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Kartaşova küçəsi, 35 == Tarixi == ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Eklektika stilində inşa edilən binalardan biridə Kartaşova küçəsi, ev 35 ünvanında yerləşən iki mərtəbədən ibarət olan iki mərtəbəli binadır. Bina kərpiçdən inşa edilmişdir. Tikili 1910-cu ildə I gildiya taciri, kağız fabrikinin sahibi, Rostov-na-Donu şəhərinin fəxri sakinin nəvəsi İvan Stepanoviç Pançenkonun vəsaiti hesabına inşa edilmişdir.
Tacir Plotnikov binası
Tacir Plotnikov binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1912-ci ildə inşa edilmişdir. Bina eklektika stilinə sahibdir. Tikilidə mağazalar yerləşir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilayəti, Konstantinovsk ş, Lenin küçəsi, 22. == Tarixi == ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Bina iki küçənin qovuşduğu ərazidə yerləşir: 25 Oktyabr və Lenin.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.
Silah taciri (rəsm əsəri)
Silah Taciri, Osman Hamdi Bey'in 1908 tarixində çəkdiyi, şərqşünas tablosudur. Ankara Şəkil Heykəl Muzeyində iştirak etməkdədir. == Məlumat == Özünü (iki adam olaraq) və oğlunu, daha köhnə bir dövrün geyimləri içində resmettmiştir. Osman Həmdi'nin özü bir sütun başlığı üstündə oturur. Üzərində oturduğu sütun başlığı ilə muzey quruculuğuna göndərmə etdiyi düşünülmüşdür. El hərəkatı, öz oğluna nəsihət verməkdə olduğu şəklində şərh olunar. Oğlu isə qınından çəkdiyi qılıncı araşdırarkən təsvir edilmişdir və gənclik illərini təmsil edər. Geydikləri fərqli papaqlar və birinin oturarkən digərinin ayaqda, birinin silahları bırakmışken digərinin silahla göstərilməsinin qurşaq fərqini izah etdiyi şəklində şərh olunar. Arxa planda isə bir əlində kitab tutan yaşlı bir adam ilə ona bez parçası uzadan bir bəzirgan görülər.
Tacirabaq
Tacirabaq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftərində» Tecirdink, Qafqazın 5 verstlik xəritəsində Tacirabaq formasında qeyd edilmişdir. Kəndin digər adı Təcirabad, Tacarabaq olmuşdur. Toponim oğuzların dülqədirli tayfasından olan təcirli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraxpyur qoyulmuşdur.
Tacirli (İğdır)
Tacirli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 10 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 809 nəfər erməni yaşayırdı.

Значение слова в других словарях