Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Transport Tycoon
Transport Tycoon və Transport Tycoon Deluxe — şotland Kris Soyer tərəfindən Şotlandiyada hazırlanan, MicroProse tərəfindən 1994 (TT) və 1995-ci (TTD) illərdə buraxılan videooyunlar. 2D ölçüsündə olan bu iqtisadi xarakterli videooyun izotermik xəritə üzərində oynanılır. Videooyunda oyunçular su, hava, quru nəqliyyatlarından ən səmərəli və tez şəkildə istifadə etmək və daha çox gəlir əldə etməyə çalışırlar. == İnkişaf etdirənlər == === TTDPatch === Oyunu inkişaf etdirən yamadır. Xüsusiyyətləri: Yeni alətlər, yeni qrafiklər. Daha çox nəqliyyat vasitəsiə Yeni stansiyalar Yeni siqnallar Daha çox inşaat seçimi Hiylələr === OpenTTD === OpenTTD isə Transport Tycoon oyunun digər platformlarda oynanıla bilən versiyasıdır. İşləməsi üçün əsas TTD sənədlərinə ehtiyac duyur.
IKAU Transport Services
IKAU Transport Services şirkəti 22 noyabr 2010-cu ildə Avropa, MDB ölkələrində, Rusiya və Çində yüklərin daşınması üçün logistika xidməti kimi təsis olunub. IKAU Daşınma hal-hazırda İKAU Qrupun bir hissədir. == Sahib və rəhbərlik == Ikau Transport, Ikau invest, cycle.az, OOО IKAU onun əsas səhmdarı olan İkau qrupun bir hissəsidir. == Fəaliyyətlər == Geniş agent şəbəkəsi dünyanın istənilən ölkəsindəki təhçizatların anbarlarında və ən qısa müddətdə planetimizin ən uzaq künclərinə çatdırmaq malların qəbul edilməsinə imkan verir. Hal-hazırda şirkətin 3 şöbəsi var: Moskva, Riqa, Bakı.
International Air Transport Association
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Transportir
Transportir və ya bucaqölçən, bucaqların ölçülməsi üçün alət. Tipik bir transportir bir qayda olaraq 1° aralıqlarla ölçür və hər 5 və ya 10°-lik interval uzun bir xətt ilə göstərilir. Bununla birlikdə daha mürəkkəb işlərdə istifadə olunan transportirlər daha dəqiq ölçülü ola bilərlər. == Optik transportir == Bucaqları 0,1 qövs saniyəsi (1°/3600) dəqiqliyi ilə ölçməyə imkan verən optik transportir (qoniometr), fırlanan bir dairə, bu dairəyə perpendikulyar olan bir ox üzərində nişanlama durbinindən və vernier dairəsindən ibarətdir. Kristalloqrafiyada, prizmaların və optik komponentlərin qurulmasında istifadə olunur.
Turanspor
Turanspor — Türkiyənin Ankara şəhərini təmsil edən keçmiş futbol klubudur. == Tarixi == 1947-ci ildə Türkiyə Şəkər fabrikləri tərəfindən qurulmuşdur. 1958-ci ilin Fevral yının 21-də Aypara Gənçlikspor ilə birləşib adını Şəkərhilal, rənglərini isə sarı-göy olaraq dəyişdirən klub, Milli Liqanın qurulmasının bir il sonra 1959/1960 mövsümündə liqaya qatılaraq 20 klublu liqada 12-ci sırada bitirmişdir. Sonrakı il 15-ci və 1961/1962 mövsümündə liqa sonuncusu olmuşdur. Bir sonrakı mövsümdə isə 20 matçda alınan 2 qalibiyyətlə Karagümrük ilə birlikdə 2-ci Liqaya düşmüşdür. 1963/1964 mövsümündə eyni mövsümdə qurulan 2-ci Liqada mübarizə edən klub, 1962-ci ilin sonlarında, köhnə yaşıl-ağ rəngləri geri alaraq və Şəkərspor olmuşdur. Adı 1-ci Liqa olaraq dəyişdirilən liqanın ilk mövsümündə iştirak götürə bilməsə də sabahısı il təşviqləri almışdır. Ancaq düşməkdən 1 xal fərqi ilə xilas olur. 1965/1966 mövsümündə isə bu dəfə 1 xal fərqi ilə düşmüşdür. Ertəsi il təkrar təşviq alır və 1967/1968 mövsümündə son matçda Hacettəpəni məğlub edərək çoxluqda qalır.
Translor
Translor (ing. Translohr) — tək rels üzərində şinli təkərlə hərəkət edən tramvay. "Lohr Industrie" fransız şirkəti tərəfindən layihələndirilmişdir. 2012-ci ildə bu texnologiya Alstom şirkətinə satılmışdır.. == Texniki xüsusiyyətləri == Fransanın Nansi və Kan şəhərlərindəki "Bombardier" şirkəti tərəfindən yaradılmış şinlər üzərində hərəkət edən tramvaydan fərqli olaraq, translorun istiqamətləndirici relsinə iki təkər birləşir. Translor avtonom rejimdə, yəni relslər olmadan hərəkət edə bilmir, çünki sükanlı idarəetmə mexanizmi yoxdur.