Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
Tresna su anbarı
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Nottingem Trent Universiteti
Nottinqem Trent Universiteti (ing. Nottingham Trent University) — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet. == Tarixi == Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var. == Universitetin quruluşu == Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir: Kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühit fakültəsi Memarlıq, dizayn və tikinti mühiti fakültəsi İncəsənət və dizayn fakültəsi Sənətlər və humanitar elmlər fakültəsi Nottingem biznes məktəbi Təhsil fakültəsi Nottingem hüquq məktəbi Elm və texnologiya fakültəsi Sosial elmlər fakültəsi Bu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir: Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti. Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə. == Universitetin rəhbərliyi == Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir.
Nottinqem Trent Universiteti

Stok-on-Trent
Stok-on-Trent — Böyük Britaniyada, İngiltərədə şəhər.
Trent Aleksandr-Arnold
Trent Aleksandr-Arnold (7 oktyabr 1998, Liverpul) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.