Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saratov
Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir. Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km və cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir. 1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıq və duz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi.1909-cu ildən universitet fəaliyyət göstərir. Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur.
Saratov vilayəti
Saratov vilayəti (rus. Саратовская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Saratovda azərbaycanlılar ilk dəfə 17-ci əsrdə peyda olublar. Onlar əsasən buraya ticarət məqsədilə müvəqqəti olaraq gəlirdilər. 20-ci əsrin 50-60-cı illərindən etibarən isə bura gələn azərbaycanlıların sayında artım yarandı. SSRİ dövründə Saratova gələn azərbaycanlılar əsasən orduda xidmət etdikdən sonra burada təhsil və iş məqsədilə, habelə evlilik nəticəsində qalanlar idi. Lakin azərbaycanlıların ən böyük axını 90-cı illərdə baş vermişdir. Mərkəzi hakimiyyətin dağılması nəticəsində və həmçinin Qarabağ müharibəsinin Azərbaycana vurduğu böyük ziyan nəticəsində ölkədə iqtisadiyyatın vəziyyəti ağırlaşdı, çoxlu sayda insan iş məqsədilə digər ölkələrə üz tutmağa başladılar. Rəsmi rəqəmlərə görə Saratov vilayəti ərazisində 1979-ci ildə 2658 nəfər, 1989-ci ildə 10.610 nəfər, 2002-ci ildə isə 16.417 nəfər azərbaycanlı yaşayırdı.
Petrovsk (Saratov vilayəti)
Petrovsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Andrea del Sarto
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486, Florensiya – 29 sentyabr 1530, Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar. == Həyatı == Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib.
Saratov Hava Yolları reys 703
Saratov Hava Yolları reys 703 — Rusiyanın Saratov Hava Yollarına məxsus Antonov An-148 tipli təyyarənin 11 fevral, 2018-ci il tarixində Domodedovo aeroportu ilə Orsk aeroportu arasında həyata keçirilməsi planlanan daxili reysi. Təyyarə havalandıqdan qısa bir müddət sonra Stepanovskoye yaşayış məntəqəsi yaxınlığında yerə çaxılmış və təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü ilə birlikdə 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş vermişdir. Bu qəza ölüm ilə nəticələnən ən son sərnişin təyyarəsi qəzasından 440 gün sonra baş vermişdir; Ölüm ilə nəticələnən bir öncəki qəza: LaMia Hava Yolları reys 2933, noyabr, 2016-cı il. Qəzaya uğramış Rusiya istehsalı olan Antonov An-148-100B təyyarəsinin qeydiyyat nömrəsi RA-61704, seriya nömrəsi isə 27015040004 idi. İki ədəd D-436 motoru ilə təchiz olunmuş bu təyyarə ilk uçuşunu 2010-cu ilin may ayında reallaşdırıb və Rossiya Hava Yolları şirkətində fəaliyyətinə davam etdirmişdir. Təyyarə bu qəzaya qədər iki dəfə kiçik problemlə üzləşib; 2013-cü il, 28 iyul tarixində həyata keçirdiyi uçuş zamanı motorlarından biri dayanmış və təyyarə bir motoru ilə yerə enə bilmişdi. 2013-cü il, 23 avqust tarixindəki uçuşunda isə təyyarə havalandıqdan sonra burun hissəsində yerləşən təkərləri bağlanmamışdı. Təyyarə bir il əvvəl, 2017-ci ilin fevral ayında Saratov Hava Yollarına icarəyə verilmişdi. Moskvanın Domodedovo aeroportundan, ölkə daxili uçuşlar həyata keçirən Saratov Hava Yolları tərəfindən işlədilən təyyarə, Qazaxıstan sərhədi yaxınlığında yerləşən Orenburqun Orsk aeroportuna davamlı olaraq həyata keçirdiyi planlanmış uçuşlarından birini reallaşdırırmağa çalışırdı. Moskvadan yola düşmə vaxtı 14:00 olaraq təyin olunmuşdu.