Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protura
Bığcıqsızlar -(lat. Protura) Altıayaqlılar yarımtipinin Gizliçənəlilər sinfinə aid olan dəstə. == Xarici quruluşu == Çox kiçik ölçüləri (0,5-2,0 m) və qurdşəkilli çevik bədəni ilə fərqlənir. Başında bığcıqlar və göz yoxdur. Ağız orqanları deşici-sorucu, zəif, fırçaşəkilli olub, baş kapsulunun içərisinə çəkilmişdir. Döş ayaqları bütövlükdə qısa və ya caynaqlıdır, ancaq qabaq ayaqları qalanlarından xeyli uzundur. Qarıncığın ilk üç seqmentində ayaq çıxıntıları vardır. İnkişafı anamorfozdur, yumurtadan 8 buğumlu qarıncığı olan sürfə çıxır, qabıqqoyma prosesində daha üç seqment əldə edir. Bu cücülərdə başın yanlarında xüsusi orqan – «yalançı gözcüklər» vardır. Görünür, bunlar rütubətin dəyişməsini və havanın vibrasiyasını qavramağa xidmət edir.