Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burustan
Burustan (fars. بوروستان‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Burustan Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 486 nəfər (kişilər: 221 nəfər - qadınlar: 265 nəfər) olmuşdur. Kənddə 101 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən ? km cənub-qərbdə, Givi şəhərindən ? km cənub-qərbdə, 37° 35' 26.43" şimal enində və 48° 07' 52.22" şərq uzunluğunda, dəniz səviyyəsindən 1665 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Türküstan
Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə Rusiya və Avropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı.
Qərbi Türküstan
Qərbi Türkistan- bu günki Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistanın hamısı ilə Qazaxıstanın böyük bir hissəsi və Əfqanıstanın kiçik bir hissəsini əhatə etməkdədir. Əfqanıstanda olan hissəsi Əfqan Türkistanı olaraq xatırlanar və Məzarı Şərif və ətrafından yaradılar.
Türküstan xoruzgülü
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Turhan Feyzioğlu
Turhan Feyzioğlu (1922, Kayseri – 24 mart 1988, Ankara) — Türkiyəli akademik və siyasətçi == Həyatı == Turhan Feyzioğlu Türkiyənin Kayseri şəhərində anadan olub. İbtidai məktəbi Kayseridə bitirdikdən sonra Galatasayar liseyində, daha sonra is və İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb. Böyük Britaniyada magistratura təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Ankara Universitetinin professoru olub. 1955-ci ildə o, Ankara Universitetinin Siyasi elmlər fakütləsinin dekanı seçilib. Həmçinin o, məktəbin bülletenində məqalələr yazmağa başlayıb, lakin onun məqalələri Demokrat Partiyası hökumətini qıcıqlandırıb və o istefa verib. 1960–1961-ci illərdə qısa müddətə akademik sahəyə qayıdaraq Ankarada Orta Şərq Texniki Universitetinin rektoru olaraq çalışıb, amma onun əsas maraq dairəsi siyasət olub. == Siyasi fəaliyyəti == 1957-ci ildə o, siyasətə atılıb və Cümhuriyyət Xalq Partiyasının üzvü olub. Eyni ildə Sivas vilayətinin millət vəkili seçilib. 1960-cı ildə (ODTÜ-də işlədiyi müddətdə) təsis məclisində də çalışıb və I Gürsəl Kabinetində Təhsil Naziri təyin edilib. Daha sonra 1961-ci ildə keçirilən seçkilərdə öz bölgəsi olan Kayseri vilayətindən millət vəkili seçilib.
Türküstan Hərbi Dairəsi
Türküstan Hərbi Dairəsi — Orta Asiya və Qazaxıstan ərazisində 1867-1920-ci illərdə Rusiya imperator ordusunun tərkibində, 1945-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə. == Hərbi dairənin tarixi == Türküstan Hərbi Dairəsi Rusiya İmperiyasının hərbi naziri tərəfindən 1874-cü ildə həyata keçirilən hərbi islahat nəticəsində Rusiya ərazisində yaradılan 14 hərbi dairədən biridir. Türküstan Hərbi Dairəsinin ilk komandanı konstantin Petroviç fon Kaufman (1867-1882) olmuşdur. Türküstan Hərbi Dairəsinin komandanı eyni zamanda Türküstanın general-qubernatoru və Yeddisu kazak ordusunun atamanı vəzifələrini də tuturdu. 1897-ci il 26 dekabrda Zakaspi və Yeddisu vilayətləri Rusiya Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Türküstan Hərbi Dairəsinin tabeliyinə verildi == Sovet dövrü == Bolşeviklər hakimiyyətə gəldikdən sonra 30 aprel 1918-ci ildə Rusiyanın tərkibində Türküstan Muxtar Respublikası təşkil olundu. 4 may 1918-ci ildə Türküstan Muxtar Respublikasının tərkibinə daxil olan Zakaspi, Yeddisu, Sır-Dərya, Səmərqənd və Fərqanə vilayətlərini əhatə edən Türküstan Hərbi Dairəsi yenidən təşkil olundu. Bu ərazidə Türküstan Hərbi Dairəsinin yenidən təşkilindən dərhal sonra fəal fərbi əməliyyatlar başlandı. Basmaçılar hərəkatının fəallaşması ilə əlaqədar 9 iyul 1918-ci ildə Fərqanə vilayətində hərbi vəziyyət elan olundu. 7 dekabr 1918-ci ildə P.D.Krutikovun başçılığı ilə Fərqanə cəbhəsinin operativ qərargahı təşkil olundu. Hərbi dairənin ərazisində aparılan döyüş əməliyyatlarının güclənməsi ilə əlaqədar onun funksiyaları 7 mart 1920-ci ildə Türküstan cəbhəsi komandanlığına verildi, hərbi dairə isə ləğv olundu.
Türküstan İslam Dövləti
Türküstan İslam Dövləti — Uyğur dövlətində siyasi qruplaşma. Uyğur dövlətində fəaliyyət göstərən, Uyğur dövlətinin müstəqil olması üçün çalışan qruplaşma. ÇXR, Pakistan, Rusiya, ABŞ, Tacikistan, İran tərəfindən terror qruplaşması kimi tanınır.İraqda, Əfqanıstanda, Suriyada mərkəzi var və qruplaşma bu ölkələrdə 1996-cı ildən aktiv fəalliyyət göstərir. == Tarixi == Abdul Hameed, Abdul Azeez Maxdoom və Abdul Hakeem Maxdoom 1940-cı ildə Türküstan İslam Partiyasını başlatdı. 1979-cu ildə həbsdən azad edildikdən sonra Əbdül Həkəm fundamentalist İslamda Həsən Məhsuma və digər uyğurlara təlimat verdi. 1989-cu ildə Ziyauddin Yusuf (Zeydin Yusup) əvvəlcə Şərqi Türküstan İslam Partiyası (ETIP) adlanan qrupa başladı.Uyğurdakı ad (شەرقىي تۈركىستان ئىسلام پارتىيىسى) Sherqiy Türküstan İslam Partiyisi,və türk dilində Doğu Türküstan İslam Partisi adlandırıldı. Hərəkat 1997-ci ildə Həsən Mahsum və Abudukadir Yapuquan tərəfindən indiki təcəssüm halına salındı. Bu qrupa Çin hökuməti tərəfindən "Şərqi Türküstan İslam Hərəkatı" (ETIM) deyilirdi, lakin qrup özü bu addan heç istifadə etmirdi. 1998-ci ildə Mahsum ETİM-in qərargahını Talibanın nəzarətində olan Əfqanıstana sığınaraq Kabula köçürdü. Çin hökuməti iddia edir ki, Mahsum Əl-Qaidə və Taliban liderləri ilə 1999-cu ildə Əfqanıstanda Usama bin Laden ilə görüşdü, baxmayaraq ki, Mahsum bunu rədd etdi.Orada Şərqi Türküstan İslam Hərəkatı "Şərqi" öz domenini artırdıqca adından çıxartdı.ABŞ-nin Əfqanıstana hücum etməsindən və Pakistanla sərhəddəki dağlıq ərazilərdəki Əl Qaidə bazalarını bombaladıqdan sonra qrupun infrastrukturu yararsız vəziyyətə düşdü.
Şərqi Türküstan bayrağı
Şərqi Türküstan bayrağı (uyğ. شەرقىي تۈركىستان بايرىقى) və ya Kökbayraq (azərb. Göy bayraq‎ - Birinci Şərqi Türküstan Respublikasının milli bayrağı. 1933-cü ilin 12 noyabr tarixində yaradılmışdır. Şərqi Türküstan azadlıq hərəkatının simvoludur.Bu bayraq Türkiyə və Azərbaycan respublikalarının bayraqlarına bənzəyir. Hər üçündə Tenqriçiliyin simvolları olan ay və ulduz vardır. Bayraqdakı göy rəng Göytürkləri tərənnüm edir. == Rəng == RGB rəngli bir məkanda Şərqi Türküstan bayrağının mavi hissəsi 101/183/255; altıbucaqlı rəng kodunda #65B7FF-dir. CMYK rəngli bir məkanda 58% siyan, 19% mavi, 0% sarı və 0% qara rəngdən ibarətdir.
Mehmet Cahit Turhan
Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən). == Həyatı == Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir. == Təhsili == 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur. 1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
Turhan Cihan Şimşek
Turhan Cihan Şimşək, Almaniyanın Gəlincik şəhərində doğulmuşdur. İndi isə İstanbulda yaşayır. "Bez Bebek" serialında Səlim rolunu canlandıran və eyni zamanda Krispi reklamlarından da tanıdığımız Cihan, hazırda Disney Channeldə çəkilən Zəng Vurulanda serialında Metehan xarakterini canlandırır.
Turhan Cihan Şimşək
Turhan Cihan Şimşək, Almaniyanın Gəlincik şəhərində doğulmuşdur. İndi isə İstanbulda yaşayır. "Bez Bebek" serialında Səlim rolunu canlandıran və eyni zamanda Krispi reklamlarından da tanıdığımız Cihan, hazırda Disney Channeldə çəkilən Zəng Vurulanda serialında Metehan xarakterini canlandırır.
Turhan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. == Həyatı == Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
İkinci Şərqi Türküstan Respublikası
İkinci Şərqi Türküstan Respublikası və ya Şərqi Türk İnqilabı Respublikası — 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türküstanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində mövcud olmuş sovetyönümlü dövlət qurumu. 1949-cu ildə İkinci Şərqi Türküstan Respublikası SSRİ-nin razılığı ilə Çin Xalq Respublikası tərəfindən ilhaq edilmişdir. 1946-cı il ərzində Şərqi Türküstan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qorumuşdur. 1947-ci ilin avqustunda Şərqi Türküstan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türküstanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi. 1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türküstan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sintszyan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türküstan Cümhuriyyəti tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi.
Şərqi Türküstan İslam Respublikası
Şərqi Türküstan İslam Respublikası və ya Birinci Şərqi Türk İslam Respublikası (uyğ. شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى, Шәрқий Түркистан Ислам Җумхурийити, Sherqiy Türküstan Islam Jumhuriyiti), yaxud Uyğurıstan Respublikası — 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda, Çində vətəndaş müharibəsi zamanı yaradılmış qısa müddətli dövlət quruluşu. Uyğurların milli və islami birlikləri dövlətin qurulmasında aparıcı rol oynasa da, dövlətin əhalisi çoxmillətli idi və həm hökumətdə, həm də əhali arasında qazaxlar, qırğızlar və digər türk xalqlarının nümayəndələri çoxluq təşkil edirdi. Çin hakimiyyəti Şərqi Türküstandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir. Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı.
Şərqi Türküstan İstiqlaliyyət hərəkatı
Şərqi Türkistan İstiqlaliyyət hərəkatı (uyğ. شەرقىي تۈركىستان مۇستەقىللىق ھەرىكىتى, çin. {{{1}}}) — 1757-1759-cu illərdə Tzin imperiyası tərəfindən Şərqi Türkistanın (Uyğurustan) işğalı ilə əlaqədar yaranan milli azadlıq hərəkatı. Uyğurların teokratik dövləti ləğv edildi. Dövlət idarə edən iki hakim Xocalar qəbiləsinin üzvlərinin çoxu - Aktaqlıq və Karataqlıq qətlə yetirildi. Aktaqlıq nəslindən sağ qalan Samsak Xoca əvvəl Buxaraya, daha sonra isə Kokanda mühacirət etdi. Bölgənin hazırda ÇXR-in bir hissəsi olmasına baxmayaraq, hərəkat bu günə qədər fəallığını davam etdirir. == Tarixi == 1757-ci ildə Tsin dövləti Çin Cunqar xanlığının varlığına son qoydu. 1759-cu ildə bütün Qaşqar fəth edildi və bu ərazidə Sincan adlı yeni əyalət yaradıldı. Tsin rejiminin əleyhdarları buraya sürgün edilirdi.
Validə Turhan Sultan türbəsi
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə. == Haqqında == Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Validə Turxan Xədicə Sultan IV Mehmed II Mustafa III Əhməd I Mahmud III Osman Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703) Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö.
Türküstan Muxtar Sovet Sosialist Respublikası
Türkistan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. == Tarixi == 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq.20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur. 4 oktyabr 1918 və 15 oktyabr 1918 tarixləri ərzində təşkil edilən 6-cı Sovet Türkistanı Fövqəladə Konqresi Türkistan MSSR konstitusiyasını qəbul etmişdir.
Şərqi Türküstan milli futbol komandası
Şərqi Türküstan milli futbol komandası — Şərqi Türküstanı təmsil edən futbol komandasıdır. Əvvəllər "Uyğur" ("Uyghur") kod adı ilə qeydiyyatdan keçən komanda Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (KONİFA) üzvüdür. == Tarixi == Şərqi Türküstan milli futbol komandası yarandıqdan sonra ilk beynəlxalq oyununu 19 oktyabr 2019-cu ildə Haaqada Qərbi Papua milli futbol komandası ilə keçirdi. Komanda Qərbi Papua komandası üzərində 8-2 hesablı qalibiyyət əldə etdi. 14 dekabr 2019-cu ildə Şərqi Türküstan 2020 KONİFA Dünya Kubokunun seçmə mərhələsi Fransanın Serji şəhərində Tamil İlam milli futbol komandası ilə oyun keçirdi və komandaya 3:0 hesabı ilə uduzdu. == Şərqi Türküstan Futbol Assosiasiyası == Şərqi Türküstan Futbol Assosiasiyasının yaradılması fikri futbol komandası hələ qurulmazdan əvvəl, 2014-cü ildə irəli sürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Şərqi Türküstan Futbol Federasiyasının saytı.