Turhan Feyzioğlu (1922[1], Kayseri – 24 mart 1988, Ankara) — Türkiyəli akademik və siyasətçi
Turhan Feyzioğlu | |
---|---|
türk. Turhan Feyzioğlu | |
Türkiyə Böyük Millət Məclisinin üzvü, 11, 12, 13, 14, 15 və 16-cı dövr deputatı | |
27 oktyabr 1957 – 12 sentyabr 1980 | |
Seçki dairəsi | Sivas - 1957 Kayseri - 1961 Kayseri - 1965 Kayseri - 1969 Kayseri - 1973 Kayseri - 1977 |
Türkiyənin Milli Təhsil Naziri | |
5 yanvar 1961 – 7 fevral 1961 | |
Baş nazir | Camal Gürsəl |
Əvvəlki | Bədrəddin Tuncəl |
Sonrakı | Əhməd Taxtaqılınc |
Türkiyənin Dövlət Naziri | |
20 noyabr 1961 – 25 iyun 1962 | |
Baş nazir | İsmət İnönü |
25 iyun 1962 – 25 dekabr 1963 | |
Baş nazir | İsmət İnönü |
Əvvəlki | Əli Akif Əyidoğan |
Sonrakı | Kamal Sətir |
Türkiyə Respublikasının 11, 19, 22-ci Baş nazirinin müavini | |
31 mart 1975 – 21 iyun 1977 | |
Baş nazir | Süleyman Dəmirəl |
Türkiyə Baş nazirinin müavini | |
5 yanvar 1978 – 18 sentyabr 1978 | |
Əvvəlki | Nəcməddin Ərbaxan Alparslan Türkəş |
Sonrakı | Faruk Sükan Orxan Əyyuboğlu |
12 sentyabr 1980 – 12 sentyabr 1980 | |
Əvvəlki | Süleyman Dəmirəl |
Sonrakı | Bülent Ulusu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 1988 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Turhan Feyzioğlu Türkiyənin Kayseri şəhərində anadan olub. İbtidai məktəbi Kayseridə bitirdikdən sonra Galatasayar liseyində, daha sonra is və İstanbul Universitetinin Hüquq fakültəsində təhsil alıb. Böyük Britaniyada magistratura təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb və Ankara Universitetinin professoru olub. 1955-ci ildə o, Ankara Universitetinin Siyasi elmlər fakütləsinin dekanı seçilib. Həmçinin o, məktəbin bülletenində məqalələr yazmağa başlayıb, lakin onun məqalələri Demokrat Partiyası hökumətini qıcıqlandırıb və o istefa verib. 1960–1961-ci illərdə qısa müddətə akademik sahəyə qayıdaraq Ankarada Orta Şərq Texniki Universitetinin rektoru olaraq çalışıb, amma onun əsas maraq dairəsi siyasət olub.
1957-ci ildə o, siyasətə atılıb və Cümhuriyyət Xalq Partiyasının üzvü olub. Eyni ildə Sivas vilayətinin millət vəkili seçilib. 1960-cı ildə (ODTÜ-də işlədiyi müddətdə) təsis məclisində də çalışıb və I Gürsəl Kabinetində Təhsil Naziri təyin edilib. Daha sonra 1961-ci ildə keçirilən seçkilərdə öz bölgəsi olan Kayseri vilayətindən millət vəkili seçilib. O, ilkində dövlət naziri olaraq, ikincisində isə baş nazirin müavini kimi İsmət İnönünün iki hökumətində çalışıb. Turhan Feyzioğlu partiyada əsas simalardan biri olub, lakin 1965-ci ildən başlayaraq partiyanın əsas katibi Bülənd Ecevit İsmət İnönü tərəfindən dəstəklənən partiyada onun nüfuzuna xələl gətirməyə başlayıb. Turhan Feyzioğlu Bülənd Ecevitin "ortanın solu" şüarına qarşı mübarizə aparıb.
1967-ci il 12 mayda Turhan Feyzioğlu və onun parlamentdəki 47 tərəfdarı Cümhuriyyət Xalq Partiyasından ayrılıb Güvən Partiyası adlı yeni partiya yaradıblar. Yeni partiyanın sədri Feyzioğlu olub. 1971-ci ilin 29 yanvarında partiyanın adı dəyişdirilərək Milli Güvən Partiyası, 1973-cü il 4 mayda isə Respublikaçılar Partiyası adlandırılıb. Cümhuriyyət Xalq Partiyasından ayrılan başqa bir partiya isə Milliyyətçi Güvən Partiyasına birləşdirilib. Bu dəyişiklikdən sonra partiyanın adı Respublikaçı Güvən Partiyasına dəyişdirilib və Turhan Feyzioğlu Respublikaçı Güvən Partiyasında fəaliyyətini davam etdirib.
Respublikaçı Güvən Partiyasının fəaliyyəti 1980-ci ildə Turhan Feyzioğlunun Kayseri vilayətindən millət vəkili olan vaxtadək davam edib. Onun partiyası dəstəyini itirsə də, o, 2 dəfə iki dəfə koalisiya hökumətlərində baş nazirin müavini vəzifəsində xidmət edib: 1975-ci ildə Süleyman Dəmirəl kabinetində və 1978-ci ildə Bülənd Evevitin kabinetində. (Kabinet IV Dəmirəl və Kabinet III Ecevit).
Turhan Feyzioğlu Leyla Cınqıllıoğlu ilə ailə həyatı qurub. Onların qızı Səidə Mehmet Buçukoğlu ilə evlənsə də, amma o, 1969-cu il iyulun 7-də Mətin adlı oğlunu dünyaya gətirdikdən iki saat sonra vəfat edib. Mətin nənə və babası tərəfindən övladlığa götürülüb Feyzioğlu soyadını alıb. O, cinayət hüququ professoru olub, 2013-cü il may ayında isə Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədri seçilib.[2][3]
1980-ci ildən sonra Turhan Feyzioğlu, siyasətdən gedib. O, 1988-ci ilin 24 martında Ankarada 66 yaşında infaktdan vəfat edib.
Turhan Feyzioğlunun kitablarının siyahısı aşağıdakılardır. Onlardan beşi türk, biri isə fransız dilindədir.
• Qanunların Konstitusiyaya uyğunluğunun təsadüfən yoxlanılması (1951)
• Demokratiya və diktatura haqqında (1957)
• Dövlət xadimi Atatürk (1963)
• Atatürk ve Milliyətçilik
• Türk Milli Mücadiləsinin və Atatürkçülüyün əsas prinsiplərindən biri olaraq Millət suverenliyi
• Atatürk Yolu
• Dahi xilaskar və yenilikçi Kamal Atatürk (Un Liberateur et un Modernisateur Genial Kemal Atatürk)
Sələfləri Bedrettin Tuncel |
Türkiyənin Milli Təhsil Naziri 6 yanvar 1961 - 7 fevral 1961 |
Xələfləri Ahmet Tahtakılıç |
Sələfləri Hayri Mumcuğlu Adnan Erzi Sitkı Ulay Ali Nasır Zeytinoğlu |
Türkiyənin Dövlət Naziri 20 November 1961 – 25 June 1962 |
Xələfləri Hıfzı Oğuz Bekata Şevket Raşit Hatiboğlu Ali Şakir Ağanoğlu Vefik Piriçcioğlu |
Sələfləri Ali Akif Eyidoğan |
Türkiyə Baş nazirinin müavini 25 iyun 1962 - 25 dekabr 1963 |
Xələfləri Ali Akif Eyidoğan |
Sələfləri Zeyyat Baykara |
Türkiyə Baş nazirinin müavini 31 mart 1975 - 21 iyun 1977 |
Xələfləri Turan Güneş Orhan Eyüpoğlu |
Sələfləri Necmettin Erbakan Alparslan Türkeş |
Türkiyə Baş nazirinin müavini 5 yanvar 1978 - 18 iyun 1978 |
Xələfləri Faruk Sükan Orhan Eyüpoğlu |
Sələfləri Yoxdur |
Orta Şərq Texniki Universiteti 17 avqust 1960 - 8 fevral 1961 |
Xələfləri Seha Meray |