Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suklen
Suklen (fr. Souclin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01411. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 40 km cənubda yerləşir. 2010-ci ildə əhalinin sayı 261 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 159 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi cəhətdən, 40 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə bu 61,9%). 119 fəal sakindən 113 nəfər (63 kişi və 50 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) işlədi.
Tüklər
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tüllen
Tüllen (fr. Tullins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tüllen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38517. Kommunanın 2007-ci il üçün əhalisi 7612 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 179 ilə 784 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Ötüken
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötükən
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — Tümen – Sibirdə şəhər.
Aleksandr Rutven
Aleksandr Rutven (d. 12 yanvar 1580 – ö. 5 avqust 1600) - İngiltərə, İrlandiya və Şotlandiya kralı I Ceymsə qarşı sui-qəsd tərtib edən Şotlandiyalı əsilzadə.
Fikrət Türkmən
Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945 və ya 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru. == Həyatı və təhsili == Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur. Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır . 1969-cu ildə İstanbul Universitetində Prof.dr.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Hüseyin Türkmen
Hüseyin Türkmen (1 yanvar 1998, Ağcaabad, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === Trabzonsporda ilk matçına 12 dekabr 2017-ci ildə keçirilən Trabzonspor-Ərzurumspor matçında çıxıb. Matç Trabzonsporun 5–1 hesablı qələbəsi ilə başa çatıb. Trabzonsporda ilk qolunu 9 fevral 2022-ci ildə keçirilən Dənizlispor-Trabzonspor matçının 8-ci dəqiqəsində vurub. Matç Trabzonsporun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Mukden döyüşü
Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi. Mukden döyüşündən əvvəl Port Arturun təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi. Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı.
Məhəmməd Türkmən
Məhəmməd Türkmən (tam adı: Məhəmməd Meretqeldi oğlu Türkmən; 17 oktyabr 1990, Marı) — Türkmən əsilli Azərbaycan jurnalisti, reportyor və fotoqrafı; “Fotoqraflar.com/info” saytının təsisçisi; Minval.İnfo saytının baş redaktoru (2018—h.h.); "Davam" Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü (2020). Məhəmməd Türkmən 17 oktyabr 1990-cı ildə Türkmənistan SSR-in Marı şəhərində dünyaya gəlib. Məhəmməd Türkmənin uşaqlıq illərinin bir hissəsi Türkmənistanın Marı şəhərində, bir hissəsi isə Salyan rayonunda keçib. 2011-ci ildən jurnalistika ilə məşğuldur. Məhəmməd Türkmən bir çox yerli və beynəlxalq jurnalist təlimlərində iştirak edib. "BakuNews", "Kanal 13" kimi internet televiziyalarda, "Elitar.az" və bir neçə saytda reportyor olaraq çalışıb. 2013-cü ilin oktyabr ayında "Yeni Müsavat" qəzetində fotoreportyor kimi işə başlayıb. Ekstremal vəziyyətlər və sosial sahə üzrə reportajlar hazırlayan Məhəmməd Türkmən, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda da çalışdığı media qurumunu təkbaşına təmsil edib. 2018-ci ilin yanvar ayında isə "Minval.İnfo" saytının baş redaktoru vəzifəsinə yüksəlib. Məhəmməd Türkmən cəbhə bölgəsində yaranan gərginliklər və kiçik döyüşlər zamanı həmin əraziyə yollanmış ilk jurnalistlərdən biridir.
Tekken (oyun)
Türkmən (Bərdə)
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Türkmən (Göyçay)
Türkmən — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Türkmən Göyçay r-nunun Qızılağac inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri öz adında ağqoyunlu tayfa ittifaqının asas qollanndan biri olan tiirkman tayfasının adını əks etdirir. XV əsrin sonu XVI əsrin əvvəllərində isə qızılbaş tayfa ittifaqına daxil olan türkmənlər Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 275 nəfər əhali yaşayır.
Türkmən (dəqiqləşdirmə)
Türkmən və ya Türkman — orta əsrlərdə Oğuz-türk mənşəli şəxslər üçün istifadə edilən etnonimdir. 17-18-ci əsrlərə qədər azərbaycanlılar da belə adlandırılmışdır. Türkmən (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Türkmən (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Türkman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 1-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. 2-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Türkmənlər — Mərkəzi Asiyada yaşayan xalq. Türkmanlar — İraqın şimalında yaşayan türk etnosu.
Türkmən (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Bukmen meyxanası
Bukmen pivəxanası (ing. Buckman Tavern) — ABŞ İstiqlal müharibəsi zamanı, 1775-ci ildə Leksinqton və Konkord döyüşü ilə əlaqəli tarixi tikili. Massaçusets ştatının Leksinqton şəhərindəki Betl-Qrində yerləşir və Leksinqton Tarixi Cəmiyyəti tərəfindən muzey kimi fəaliyyət göstərir. == Tarixi sayt == Pivəxananın interyeri 1775-ci ildə olduğu kimi bu gün də çox görünür və böyük kamin və mərkəzi baca ilə bərpa edilmiş XVIII əsrdə taprum müşahidə olunur. Sərgidə nümayiş etdirilən bir çox əşyalar arasında döyüş zamanı Britaniya əsgərləri tərəfindən tüfənglə açılmış güllə dəliyi və Con Bukmenin portreti olan köhnə ön qapı var. 1961-ci ildə Milli Tarixi Abidə elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bukmen meyxanası ilə əlaqəli mediafayllar var.
Tekken (videooyun)
Tekken (yap. 鉄拳) — Tekken seriyasından olan ilk oyun. PlayStation və avtomatlar üçün nəzərdə tutulmuş faytinq janrındakı oyunun istehsalçısı Namco şirkətidir. 1995-ci ildə isə seriyanın ikinci oyunu satışa çıxarılmışdır. Tekken ilk 3D formatında döyüş oyunlarından biri hesab olunur. Sega tərəfindən hazırlanmış Virtua Fighter oyunu isə tam olaraq 3D qrafik ilə hazırlanmış ilk döyüş oyunudur. Standart olaraq hər döyüş iki raunddan ibarətdir. Buna baxmaraq, vaxt limiti də daxil olmaqla, hər döyüşdəki raundların sayını birdən beşə kimi seçmək mümükündür. Əgər vaxt bitməmiş qalib oyunçunu canını tam saxlaya bilsə, spiker "Perfect!" (azərb. Mükəmməl!‎) deyir.
Türkmən incəsənəti
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Türkmən üslubu
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Ötüken Senger
Ötüken Sırrı oğlu Senger (tam adı:Ötüken Senger) — Türkiyə Cümhuriyyəti Qars bələdiyyə başçısı, professor Prof. Dr. Ötüken Senger 1978-ci ildə Qarsda anadan olub. İbtidai, orta və lisey təhsilini şəhərdə başa vuran Senger Atatürk Universitetinin Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi fakültəsini bitirib. Kafkas Universiteti Ərdahan Peşə Məktəbinə müəllim vəzifəsinə təyin olunan Senger, magistratura təhsilini Kafkas Universiteti Elm və Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat bölməsində tamamlayıb. 2018-ci ildə Kafkas Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsində İdarəetmə İnformasiya Sistemləri Departamentini quran Prof. Dr. Ötüken Senger eyni kafedranın müdiri vəzifəsinə təyin edilib və eyni kafedrada professor-müəllim vəzifəsində çalışıb. Babaları qərbi Azərbaycandan Qars köç ediblər. Siyasi fəaliyyətlə məşğul olub.