Fikrət Türkmən

Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru[1].

Fikrət Türkmən
Doğum tarixi 3 dekabr 1945(1945-12-03) (77 yaş)
Doğum yeri
Vətəndaşlığı
Elmi dərəcələri
Elmi adı elmlər doktoru
İş yeri
Təhsili

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur.[2] Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var[2].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır[3] . 1969-cu ildə İstanbul Universitetində Prof.dr. Mehmet Kaplanın elmi rəhbərliyi ilə doktoranturaya qəbul edilmişdir.
  • 1972-ci ildə "Aşıq Qərib” dastanı üzərində müqayisəli bir araşdırma" adlı doktorluq dissertasiyasını bitirmişdir.
  • 1974-1976-cı illərdə Fransada Sorbon Universitetində Prof. dr. Pertev Naili Boratavun yanında folklor metodologiyası və xalq ədəbiyyatı mövzusunda mühazirələrdə, seminar və konfranslarda iştirak etmişdir. Türkiyəyə döndükdən sonra 1976-1978-ci illərdə Atatürk Universitetində çalışmışdır.
  • 1978-ci ildə Ege Universitetində yeni açılan Sosial Elmlər Fakültəsinə (indiki Ədəbiyyat fakültəsi) keçmişdir[4]. 1980-ci ildə "Tahir və Zöhrə" əsərinə həsr olunmuş tədqiqatı ilə dosent, 1986-cı ildə isə "Nəsrəddin Xoca lətifələri" mövzusunda araşdırması ilə professor elmi adına layiq görülmüşdür.
  • 1992-ci ildə Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunun qurulmasında böyük rol oynamış və qurucu direktor vəzifəsini icra etmişdir. Türk xlaq dastanları ilə bağlı bir çox araşdırmaların müəllifidir.

Türk Kültürünü Araşdırma İnstitutunun, Türk Dil Qurumu Elmi Komitəsinin və İLESAM-ın (türk. İlim ve Edebiyat Eserleri Sahibleri Meslek Birliği) üzvüdür[3].

ABŞ-nin İndiana Universiteti nəzdində fəaliyyət göstərən PIAC-ın (ing. Permanent International Altaistic Conference), ABŞ və Kanadadakı Türk Araşdırmaları Birliyinin (ing. Turkish Studies Association) və Fransada ESCAS-ın [5](ing. European Seminar on Central Asian Studie) daimi üzvüdür[6].

Türkiyədə və xaricdə bir çox beynəxalq konfranslarda iştirak etmiş və təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. İtaliya Venesiya Universitetində 1974-cü ildə Türkiyədə çap olunan "Aşıq Garib" dastanına həsr olunmuş kitabı qısaldılaraq italyanca nəşr olunmuşdur.

Hazırda TDK tərəfindən nəşr olunan "Türk dili və ədəbiyyatı" dərgisinin Redaksiya Heyətinin sədridir. Bundan əlavə, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda "Türk Dünyası İncelemeleri Dergisi"nin nəşr etdirir. İzmir Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda Fikrət Türkmən Kitabxanası yaradılmışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir[2][4].
  • 1995-ci ildə Qırğızıstan Respublikası Prezidentinin "Manas-1000" mükafatı ilə təltif edilmişdir.
  • 1996-cı ildə Türkmənistanın ən böyük mükafatı olan Uluslararası Məhtimqulu ödülünə layiq görülmüşdür.
  • 1997-ci ildə Qırğızıstan Elmlər Akademiyasının akademiki adını almışdır.
  • 1998-ci ildə Qırğızıstanın Çüy Universitetinin Fəxri professoru adını adını almışdır.
  • 1999-cu ilin noyabrında Qazaxıstan Elmlər Akademiyasının akademiki adına layiq görülmüşdür.
  • 1999-cu ilin noyabr ayında YUNESKO-nun təşəbbüsü ilə yaradılan və qərargahı Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən "Dünya Millətləri dastanları, Uluslararası qurumu”nun təsisçi və idarə heyətinin üzvü seçilmişdir.
  • 1999-cu ildə TÜRKSAV tərəfindən Türk Dünyasına istiqamətli uğurlu fəaliyyətinə görə "Türk Dünyasına Xidmət" ödülü ilə təltif edilmişdir[7].

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Âşık Şeref Taşlıova'dan Derlenen Halk Hikayeleri Ankara: TDK Yayınları 2008[3][8]
  2. “Nasreddin Hoca Latifelerinin Şerhi” Akademi Kitabevi ISBN 9757395935
  3. “Tahir ile Zühre” 1998 AKM Yayınları ISBN 9751610577
  4. “Aşık Garip Üzerine Mukayeseli Bir Araştırma” (1974; ilâveli 2. bs., Aşık Garip Hikâyesi, 1995),
  5. “Tahir ile Zühre Hikâyesi” (1983; ilâveli 2. bs., 1998),
  6. “Letâif-i Nasreddin Hoca” (Burhaniye Tercümesi)-İnceleme, Şerh (1989; ilâveli 2. bs., 1998),
  7. “Türk Halk Edebiyatının Ermeni Kültürüne Tesiri” (1992),
  8. “Sahada Folklor Derleme Teknikleri” (1992),
  9. “Türkmen Şiir Antolojisi” (Gurbandurdı Geldiyev'le, 1995),
  10. “Halkbilimi Yöntemi” (K. Krohn-J. Krohn'dan, Günsel İçöz ile, 1995),
  11. “Manas Destanı Üzerine İncelemeler” (Çeviriler I, 1995),
  12. “Manas Destanı” (Alimcan İnayet ile, 1995),
  13. “Türkmen Şiir Antolojisi” (1995),
  14. “Letâif-i Nasreddin Hoca Latifielerinin Şerhi-Burhaniye Tercümesi” (1999).
  15. Türkmenistan Kültürü Araştırmaları. Atatürk Kültür Merkezi Yayınları (2010) 111

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Trakya Üniversitesi haberleri 2011-05-18 PROF. DR. FİKRET TÜRKMEN ÜNİVERSİTEMİZİ ZİYARET ETTİ- erişim 26 Nisan 2012
  2. 1 2 3 [2] Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine Ferah Türker, Bibigül Osmanaliyeva: Fikret Türkmen ile Bir Söyleşi 2005, İzmir - erişim 26 Nisan 2012 ISBN 975-00740-0-9
  3. 1 2 3 [3] Arxivləşdirilib 2015-02-14 at the Wayback Machine Ege Üni. Kütüphane “Prof. Dr. Fikret Türkmen Kimdir?”
  4. 1 2 [4] Arxivləşdirilib 2012-01-26 at the Wayback Machine 25 Ocak 2012 Buğra TOKMAKOĞLU:Türk Dünyası O’ndan soruluyor
  5. [5] Arxivləşdirilib 2010-12-18 at the Wayback Machine ESCAZ Membership Directory N-Z  (ing.)
  6. [6] Arxivləşdirilib 2012-01-24 at the Wayback Machine Türk Dünyası Araştırmaları Enstitüsü: “Enstitü Müdürümüz Prof. Dr. Fikret Türkmen’in Mesajı”
  7. "Fikrət Türkmən: "Nəsimi ili" türk dünyası üçün də 2019-cu ilin önəmli hadisəsidir" (az.). xalqqazeti.com. 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.
  8. [7] Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine Google kitaplar

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]