Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ticino
Ticino — İsveçrənin kantonlarından biridir. Haradasa bütün kantonda yazı dili İtalyancadır. Qraubündən kantonu ilə meydana gətirdikləri bölgəyə Svizzera Italiana (İsveçrə İtalyası) deyilir. Adını Ticino Çayından almışdır.
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
Tikina boğazı
Tikina boğazı (isp. Estrecho de Tiquina) — Titikaka gölünün Boliviya hissəsində, La Paz departamentində yerləşir. Tikina boğazı Titikakanın iki hissəsini bir-birinə birləşdirir. Şimal-qərbdən cənub-şərqə doğru bir istiqamətə sahibdir. Boğazın cənub sahilində San Pedro de Tikina şəhəri, cənubunda isə San Pablo de Tikina yerləşir. Boğazın eni 800 metr, uzunluğu isə 4 kilometrdir. Boğazdan davamlı olaraq sərnişin daşıyan bərə fəaliyyət göstərir. Bu bərə Boliviyanın La Pas və Kopakabana şəhərlərini birləşdirən magistral yolun bir hissəsidir. On illərdir ki, yerli sakinlər Kopakabana yarımadasını Boliviyanın qalan hissəsi, San Pedro de Tikina və San Pablo de Tikina şəhərləri ilə birləşdirmək üçün boğazda bir körpü tikməyi xahiş edirlər.
İlinka (Uçalı)
İlinka (başq. Ильинка, rus. Ильинка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Abzak): 2 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 7 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82 %) üstünlük təşkil edir.
Viola vicina
Viola reichenbachiana (lat. Viola reichenbachiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola silvatica subsp. reichenbachiana (Jord. ex Boreau) Syme Viola silvatica proles reichenbachiana (Jord. ex Boreau) Samp. Viola silvatica var. reichenbachiana (Jord. ex Boreau) Crép. Viola sylvestris subsp.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
Çinka məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır. 1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir. 1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur. 2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur. Vikianbarda Akiba məbədi (Tayto) ilə əlaqəli mediafayllar var.
İlinka çayı (Çir)
İlinka çayı — Rostov vilayəti ərazisindən axan çay. İlinka çayı Çir çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 228 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 12 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 94,2 km²-dir. Çay sistemi: İlinka → Çir → Don → Azov dənizi. İlinka çayı öz başlanğıcını Rostov vilayətinin Bokovski rayonu, İlin xutoru ərazisindən başlayır. Torpaq yol boyuncu axır. Buradan Konkov xutoru istiqamətində axır.