Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qətəna
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. == Həyatı == Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Tatenda Tsumba
Tatenda Tsumba (12 noyabr 1991) — Zimbabveli sprinter. Tatenda Tsumba Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, Pekində keçirilən 2015 Dünya Çempionatında 200 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çin və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.