TƏMƏNNA

is. [ ər. ]
1. Arzu, istək, dilək, xahiş.
Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir.
Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət.

□ Təmənna etmək – rica etmək, xahiş etmək.
Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən, görsünlər, ona bir xəbər … gətirə bilərlərmi? F.Köçərli.
[Şamo:] Mən özüm şəxsən sizdən heç bir şey təmənna etmirəm. S.Rəhimov.

2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək.
O heç bir kəsin təmənnasını qəbul etmir. Ə.Vəliyev.

// Arzu olunan şey, tələb, məqsəd.
[Pristav Mürsələ:] Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. Ə.Vəliyev.

Синонимы

  • TƏMƏNNA istək — arzu — umma — yalvarma — dilək — rica — təvəqqə
  • TƏMƏNNA təmənna bax arzu; xahiş

Этимология

  • TƏMƏNNA Ərəb sözüdür, ərəblərdə təmənni kimi də işlədilir, “arzu”, “xahiş” demək­dir. Qərb dialektlərində təmənnaş sözü “xudahafizləşmək”, “görüşmək” anlamını
TƏMƏLSİZ
TƏMƏNNASIZ

Значение слова в других словарях