Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dambur
Dambur — Dağıstanın yerli əhalisinin iki simli musiqi alətinin adı. Bəzi Dağıstan xalqları onu "dinda" və "çanq" adlandırırlar. ləzgilər, avarlar, qumuqlar onu "Pandur" adlandırır. Azərbaycanın Balakən, Qax, Şəki və Zaqatala bölgəsində yerli əhali arasında populyar musiqi alətidir.. Türk xalqlarının tənbur musiqi aləti ilə yaxınlıq təşkil edir. == Tarixi == Dambur ən çox dağlıq ərazilərdə yayılmışdır. Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Alətin mənşəyi eramızdan əvvəlki dövrə, dağlarda heyvandarlığın təşəkkülü zamanına təsadüf edir. Hazırda o, ənənəvi olaraq təbiət hadisələrinə hörmətlə yanaşan, yağış və günəş çağırma rituallarına riayət edən avarların İslamdan əvvəlki inanclarının yadigarı hesab olunur.
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.