Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nubiya
Nubiya — Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə. == Tarixi == Qədim misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. Ümumiyyətlə Şərqi Sudan xalqlarının tarixini Misir və Həbəşistan xalqlarının tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ e.ə. IV-III minilliklərdə Misir fironları Nubiyaya qarşı tez-tez qarətçi yürüşlər edirdilər. Bu qarətçi yürüşlər zamanı çoxlu qul, qızıl, qiymətli fil sümüyü əldə edirdilər. Həmçinin bu yürüşlər hesabına Misir öz cənub sərhədlərini genişləndirirdi. Təsadüfi deyil ki, burada tədricən Misir mədəniyyəti, dili, yazısı, memarlığı yayılmışdır. Şimali Afrikanın etnik tarixində ərəb işğallarının böyük rolu olmuşdur. Ərəb mənşəli etnosların şimal-şərqi Afrikaya ilkin gəlişi e.ə.
Biysk
Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi. == Əhalisi == Əhalisi 227,6 min (2005). == Coğrafiyası == Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport. == Tarixi == 1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Brassica dubiosa
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Nubiya səhrası
Nubiya səhrası — Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir. == Relyef == Relyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir. == Bitki və heyvanlar aləmi == Bitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.
Nubiya şiri
Nubiya şiri (lat. Panthera leo nubica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Biyya (Fransa)
Binya (fr. Billiat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01044. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 484 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Biyya (Fransa) ilə əlaqəli mediafayllar var.
Vedi-Uliya
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vladimir Boysa
Vladimir Boysa və ya Vladimer Boysa (4 iyul 1981, Rustavi) ― Gürcüstan keçmiş peşəkar basketbolçusu. O, 2013-cü ildən Gürcüstan Basketbol Federasiyasının vitse-prezidentidir. == Peşəkar karyerası == Boysa karyerasının ən uğurlu illərini Sloveniyanın "Olimpiya" klubunda keçirmişdir, orada o, dörd mövsüm oynadı. Klubda keçirdiyi son mövsümündə Boysa Avroliqada çıxış etdi və onun orta statistikası 15,8 xala və 6,3 ribaunda bərabər idi. Mövsüm ərzində "Makkabi Tel Əvivə" qarşı 28 xal toplamağı bacardı və bu, yarışmada qazandığı ən yüksək xal oldu. Daha sonra İtaliyaya köçdü və 2005-ci ildə "Siena" klubuna qatıldı."Aris Saloniki" ilə Yunanıstandakı mövsümü boyu ölkənin basketbol liqasında ortalama 4.1 xal və 2.5 ribaund nəticələrini göstərdi.Gürcü oyunçu həm də İspaniya Liqasında oyun təcrübəsinə malikdir, belə ki o, 2008-09 mövsümündə "Menorka" klubunda oynayırdı və oyun vaxtının hər 18 dəqiqəsində orta hesabla 4 xal və 2 ribaund qazanırdı. 2009-cu ilin fevral ayında o, klubdan ayrıldı.2010-cu ildə baksetbolçu "Olimpiya"ya qayıtdı və burada bir mövsüm keçirtdi.2012-ci ildə karyerasının son ili ərzində Boysa yenidən Yunanıstana gəldi və "Panionios"a keçdi. Son klubu Gürcüstan Superliqasında çıxış edən paytaxt klubu "Armiya" idi. 2013-cü ilin əvvəlində klubdan ayrıldı və təqaüdə çıxmağa qərar verdi. == Milli komanda == Vladimir Boysa Gürcüstan milli basketbol komandasının şərəfini qorumuşdur.
Nubiya dağ keçisi
Nubiya dağ keçisi (lat. Capra nubiana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Biya (mifologiya)
Kratos (yun. Βία — "qüvvət, zor" ) — yunan mifologiyasında qüvvət, zor ilahəsi titan tanrı Pallantın və ilahə Stiksin qızı, Kratos(güc), Zel (qısqanc), Nikanın (zəfər) bacısı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində Zevsin qulluqçusu. Əfsanələrin birində Prometeyi Hefestin rəhbərliyi altında zəncirləyən personaj.
Biya çayı
Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su») — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır. Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir.
Ksavye Bişa
Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri. == Fəaliyyəti == Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi.Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi.Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı. Müxalifət və qərb dövlətləri səsvermədə qanun pozuntuları və saxtakarlıqlar aşkar etdiklərini iddia etdi. Bir çox müstəqil mənbələr onun 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlmədiyini və sonrakı seçkilərin saxtakarlıqla qazanıldığını yazdı.Biya Kamerunun keçmiş müstəmləkəçilərindən biri olan Fransa ilə Kamerunun sıx münasibətlərini qoruyub saxladı.
Mari Fransua Ksavye Bişa
Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri. == Fəaliyyəti == Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.