Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ubıxiya
Ubıxiya (adıq Убых Хэгъэгу, rus. Убыхия ) — XIV–XIX əsrlərdə çərkəzlərin ubıx qolunun ittifaqı və Çərkəzistanın vilayəti. İndiki Rusiyanın Krasnodar diyarında, Soçi ərazisində yerləşirdi. Ubıxlar XVII əsrdə sadz abxazlarını ərazidən sıxışdırıb çıxarmışdılar və Abxaziya knyazlığından fərqli olaraq, Ubıxiyada knyazlar yox idi. Ərazi ittifaqa daxil edilmiş bütün 11 ubıx mahalından, 2 axçipsou və sadz xalqlarından olan zadəganları təmsil edən şura tərəfindən idarə olunurdu. 1864-cü ildə Ubıxiya Rusiya–çərkəz müharibəsində məğlub olmuş və 40,000 nəfər olduğu təxmin edilən əhalisi kütləvi şəkildə Osmanlı imperiyasına sürgün edilmişdi. Bu, ubıxların demək olar ki, tamamilə yox olması ilə nəticələnmişdi.
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. == Təsviri == Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.
Irk Bitig
Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.bu kitabin dəqiq yazılan tarıxı bəlli deyil amma ən azı 900 yüziliyə Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir. == Azərbaycanda nəşri == İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Medisen Biti
Medisen Biti (ing. Madisen Beaty; 28 fevral 1995) — ABŞ aktrisası. "The Curious Case of Benjamin Button"da (2008) Deyzi Fuller, "The Master"də (2012) Doris Solstad, "Other People"da (2016) Rebekka Malçey, "The Fosters"də (2013-2018), "The Magicians"da (2018-2019) İris və "Aquarius"da (2015-2016) Patrisia Krenvinkel rolları ilə tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.