Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Uorvik Universiteti
Vorvik Universiteti (ing. University of Warwick) — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir. 2011-2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur. Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri. Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.
Uorvik qalası
Uorvik qalası (ing. Warwick Castle) — 1068-ci ildə I Vilhelm Fateh tərəfindən inşa edilmiş orta əsr qəsri. Uorvik İngiltərənin Uorvikşir qraflığında, Eyvon çayı üzərində yerləşən şəhərdir. Ağacdan olan orijinal qala "mott və beyli" (ing. motte-and-bailey) XII əsrdə yenidən qurulmuşdur. Yüzillik müharibə zamanı şəhərin əks fasadı bərpa edildi ki, bu da onu XIV əsr hərb memarlığının ən tanınmış nümunələrindən birinə çevirdi. XVII əsrin əvvəllərinə qədər, yəni onun 1604-cü ildə I Ceyms tərəfindən Ser Falk Qrevilə verilməsinə qədər ondan istehkam kimi istifadə edilmişdir. Qrevil onu Qrevillər ailəsinə məxsus ölkə-evə (ing. country house) çevirdi və bu ev 1759-cu ildən 1978-ci ilə, Tussaud qrupu (ing. the Tussauds Group) tərəfindən alınana qədər Uorvik qrafının oldu.
Uorvik Tibb Məktəbi
Vorvik Tibb Məktəbi (ing. Warwick Medical School) — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsi. 2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir. 2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir. Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir. Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir. Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir. 2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.
Uorvik İncəsənət Mərkəzi
Vorvik İncəsənət Mərkəzi (ing. Warwick Arts Centre) — Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir; Vorvik Universitetinə məxsusdur. Mərkəz Cek Martin ailəsinin Vorvik Universitetinə xeyriyyə yardımları hesabına yaradılmışdır. 2009-cu ilin yazında yenidən tikilmiş binası istifadəyə verilmişdir. Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət aiddir. Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur. Burada konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur. Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir.