Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bransa
Bransa (fr. Bransat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03038. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 513 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə 343 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 90 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 75.5%). Fəal olan 253 nəfərdən 223 nəfəri (114 kişi və 109 qadın), 30 nəfəri işsiz (21 kişi və 9 qadın) idi.
Bratsk
Bratsk (rus. Братск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir == Tarixi == Buryad - ərazisi möhtəşəm Hun imperiyası hüdudlarına daxil olan qədim diyar müasir İrkutsk vilayətində şəhər. XVII əsrin əvvəllərindən başlayaraq bura ilk rus, kazak bölükləri ayaq basır. 1629-cu ildə Yenisey Voevodası Yakov Xripunov 30 gəmi ilə Anqara ilə gedib Oka çayının ağzına yetişdi. Qızıl Yarı (sonralar rus qalası Krosnayarski) istila edib möhkəmləndirən Xripunovun iştahı böyük idi. O burada Oka buryadlarından görünməmiş həyasızlıqla elə yasaq tələb etdi ki, özlüyündə xeyirxah, səmimi adamlar olan buryadların səbri tükənir. Onlar bu çağırılmamış qonaqlara silahlı müqavimət göstərirlər. Lakin ataman Perfilyev ehtiyatlı hərəkət edir; 1631-ci ildə sakitcə gəlib Anqaranın sol sahilində ağacdan möhkəm qalaça tikdirir. Tezliklə buryadlar bir "gecəqondu" kimi gizlincə və qısa zamanda əlüstü tikilən rus qalasını görüb həyəcana gəldilər. Oka boyu xanları silahlı hücuma keçib rus bölüklərini darmadağın edib qalanı da yandırdılar.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. (Ur) kökündən törəmişdir.
Bratso Dimitriyeviç
Slobodan "Bratso" Dimitriyeviç (bosn. Braco Dimitrijević;18 iyun 1948[…], Sarayevo) ― konseptualizm üslubunda çəkən Bosniya rəssamı. Əsərləri əsasən tarixə və insanın tarixdəki yerinə həsr edilib. Fransanın Paris şəhərində yaşayır və çalışır. 1985-ci ildə Teyt qalereyasında da daxil olmaqla 1970-ci illərdən bəri beynəlxalq sərgilərdə iştirak etmişdir. O, Documenta (1972, 1977 və 1992) və Venesiya biennalında (1976, 1982, 1990, 1993 və 2009) iştirak etmişdir. Onun əsərləri Teyt qalereyası, Nyu-York Müasir İncəsənət Muzeyi və Pompidu Mərkəzi kimi müxtəlif yerlərdə saxlanılır. == İlk illəri və əsərləri == 18 iyun 1948-ci ildə o vaxtı Yuqoslaviyanın tərkib hissəsində olan Bosniya və Herseqovinın Sarayevo şəhərində anadan olmuşdur. Atası Yuqoslaviyanın ən məşhur müasir sənətkarlarından biri olan rəssam Voyo Dimitriyeviç idi. O, 5 yaşında rəsm çəkməyə başladı və 1957-ci ildə "Filmske Novosti "("Kino Xəbərləri") adlı televiziya şousunda iştirak etdi.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Bratsk su anbarı
Bratsk su anbarı — Rusiyanın İrkutsk vilayətində yerləşən su anbarı. Dünyanın ikinci böyük su anbarı olan Bratsk su-elektrik stansiyasının tikintisi nəticəsində Anqara çayı üzərində əmələ gəlmişdir. Adı verilən Bratsk şəhəri sahillərdə yerləşir. Su anbarı gəmiçilik, balıq ovu, taxta daşınması və su təchizatı üçün geniş istifadə olunur. Əhəmiyyətli balıq ehtiyatlarına malikdir. == Əsas xüsusiyyətlər == Bratsk su-elektrik stansiyasındakı bənd 1961-ci ildə tikilmiş, anbarın doldurulması 1967-ci ildə başa çatmışdır. Su səthi 5426 km²-dən 5470 km²-ə qədərdir və həcmi 169 km³-ə çatır. Su anbarının faydalı həcmi 35.41 km³, orta dərinliyi 31 m, maksimal dərinliyi 150 m, nasos stansiyasından istismar zamanı səviyyənin dəyişməsi 7.08 m təşkil edir. Təxminən 7400 km uzunluğundakı sahil zolağı böyük çayların — Anqara, Oka, İi və başqalarının birləşməsi zamanı əmələ gəlmişdir. Anbarın eni 20 km-dən çoxdur.
Çornıye Bratya adaları
Çornıye Bratya adaları (rus. Чёрные Братья) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil 3 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalar qrupu Brat-Çirpoev, Çirpoy və elə də böyük olmayan qayadan ibarət olan Dəniz Samuru adasından ibarətdir. Çirpoy və Brat-Çirpoev adalarını Snou boğazı ayırır. Qrupun ümumi sahəsi 37 km² təşkil edir. Adaların ətrafında dəniz şirlərinin yerləşim yerləri və quşların kütləvi yuva qurduğu əraxilər vardır. Çirpoy adasında iki fəaliyyətdə olan vulkan vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m). Adalar ilk dəfə 1770-ci ildə İvan Çornoyevin jurnalında qeyd edilmişdir. 69 km şimal-şərqdə yerləşən Simuşir adasından Bussol boğazı, 30 km cənub-qərbdə yerləşən yerləşən Urup adasından isə Urup boğazı ilə ayrılır.
Tri Brata (Oxot dənizi)
Tri Brata — Staris yarımadasında yerləşən Şərq burnu yaxınlığında, Oxot dənizi suları ilə əhatələnən üç qayalıqdan ibarət olan arxipelaq. Adalar materikdəndən 1 km aralıda yerləşir. Maksimal hündürlük 75 metrdir. İnzibati cəhətdən Maqadan şəhəri ərazisinə daxildir. Axipelaqa daxil olan qayalar: Kiçik Qardaş, Orta Qardaş və Böyük Qardaş. Çəkilməzamanı adalar bir-biri ilə birləşirlər. Adalarda çoxlu sayda quşlar yuxa qurur.
Tri Brata adaları (Kamçatka)
Tri Brata (Üç qardaş) — qrup şəkilindən dəniz üzərinə çıxmış üç qaya. Avaçi buxtasının girişində yerləşir. Adalar istər Petropavlovsk-Kamçatski şəhəri və Avaçi buxtasının simboludur. Əfsanəyə görə bu qayalar buxtanı sunamidən qoruyur. Tri Brata adaları (Saxalin) — Aleksandrovsk-Saxalinski şəhərinin rəsmi simvolu. Tri Brata (Oxot dənizi) Три брата.