Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Uvala
Uvala (rus. увала, ing. ouvala, uvala) — cənubi slavyan adətən layların uzanma istiqamətinə uyğun və ya çat boyu uzanan, hər iki qurtaracağı qapalı olan, muldaya oxşar çökək. Çox vaxt karst qıflarının böyüməsi və öz aralarında birləşməsi nəticəsində yaranır. Belə formalar karst çökəklikləri adlanır.
Umalat bəy Buynaklı
Umalat bəy Buynaklı və ya rus qaynaqlarında qeyd edildiyi kimi Amalat bəy (rusca:Умалат-бек Буйнакский; d. ? - ö. 1831, Abxaziya) — XIX əsr Qafqaz müharibəsi zamanı mühüm rol oynamış qumuq hərbi-siyasi xadim, İmam Qazi Məhəmməd tərəfindən 1831-ci ildə elan edilmiş Tərki şamxalı, Şimali Qafqaz İmamlığının naibi. Umalat bəy 1818-1819-cu il üsyanınınn aktiv iştirakçısı olmuş, Yermelova qarşı döyüşdə Akuşalıların rəhbərlərindən biri olmuşdur. O, eyni zamanda 1825-ci ildə Bəybulat Taymiyevin hərəkatının da üzvü olmuş, Tərki şamxallığı ərazisində 1823 və 1831-ci illər üsyanlarına rəhbərlik etmişdir. == Mənşəyi və ilk illəri == Umalat bəy qumuqların Şimali Qafqazdakı dövləti olan Tərki şamxallığı hakimləri ailəsindən gəlməkdə idi. O, Krım-şamxalın, yəni şamxallığa vəliəhdin ailəsində dünyaya gəlmişdi. Şamxalın taxtına namizəd olan atasının adı Şabaz Şamxal idi. Şabaz ailədə ən böyük şahzadə olduğu üçün taxta onun çıxacağı güman edilirdi.
Vaja Lordkipanidze
Vaja Lordkipanidze (gürc. ვაჟა ლორთქიფანიძე; 29 noyabr 1949, Tbilisi) — Gürcüstanın keçmiş dövlət naziri, Gürcüstanın Rusiyadakı səfiri və Gürcüstan Parlamentinin üzvü olan gürcü siyasətçi. Lordkipanidze 29 noyabr 1949-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. 1973-cü ildə Tbilisi Dövlət Universitetinin və Moskva Elmlər Akademiyasının riyaziyyat şöbəsini bakalavr, sonra doktorantura dərəcələrini bitirib. 1983–1986-cı illərdə Eduard Şevardnadzenin Gürcüstan SSR-in birinci katibi olduğu dövrdə Gürcüstan komsomolu Mərkəzi Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. 1986–1988-ci illərdə Gürcüstan Kommunist Partiyasının Mtasminda Regional Komitəsinin birinci katibi, sonra Gürcüstan Kommunist Partiyasının MK-da şöbə müdiri, 1989–1990-cı illərdə isə Gürcüstan SSR-in Nazirlər Kabineti sədrinin müavini vəzifələrində çalışmışdır. Zviad Qamsaxurdiya Gürcüstanın müstəqilliyini əldə etdikdə Lordkipanidze hökuməti Tiflis Tədqiqat İnstitutunda iş tapmaq üçün tərk etdi, lakin Şevardnadzenin 1992-ci ilin yanvarında hakimiyyətə qayıdışı ilə dərhal Gürcüstan Prezidenti Administrasiyasının aparat rəhbəri təyin edildi və 17 yanvar 1995-ci ilə qədər bu vəzifəni tutdu. 1995–1998-ci illərdə Gürcüstanın Rusiyadakı səfiri olub. Abxaziya ilə Rusiya vasitəçiliyi danışıqlarında Gürcüstan tərəfini təmsil edirdi. Rusiya hökumətindəki yüksək vəzifəli məmurlarla yaxşı münasibətlər qurdu, amma parlament daxilində müxalifət partiyaları tərəfindən Rusiyapərəst sayılırdı.
Vaja Pşavela
Vaja Pşavela (14 (26) iyul 1861 – 27 iyun (10 iyul) 1915, Tiflis) — Gürcüstan yazıçısı. Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib. Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq universitetinin hüquq fakültəsində dinləyici olub. Çox qısa müddət sonra kasıblıq ucbatından təhsilini yarımçıq qoyub geri vətənə qayıdıb. 1888-ci ildə o, adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.