Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Kvazar
Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir. Kəşf olunan ilk kvazarlar 3C 48 və 3C 273 kvazarları olmuşdur. Kvazarlar bizdən milyardlarla işıq ili uzaqlığında olan qalaktikaların mərkəzlərində yerləşirlər. Bir kvazarın parlaqlığı bütöv bir qalaktikanın parlaqlığından çoxdur və bir kvazar Günəşdən 1 trilyon dəfə daha parlaqdır. Kvazarların mərkəzlərində superkütləli qara dəliklər yerləşir. Bu obyektlər inanılmaz dərəcədə çox enerji yayırlar.4 milyard ildən sonra Süd Yolu və Andromeda qalaktikalarının toqquşması zamanı onların mərkəzlərində olan superkütləli qara dəliklər də toqquşacaqlar. Bu zaman böyük ehtimalla, Süd Yolunun mərkəzində bir parlaq kvazar əmələ gələcəkdir. Kvazar termini "quasi-stellar radio source" yarı ulduz (ulduza oxşar) radio mənbəyi mənasını verir, bunun səbəbi 1950-ci illərdə aparılmış müşahidələrdə bu obyektlərin mənşəyi bilinməyən radio şüalanma mənbələri kimi kəşf edilməsi və vizual oblastda fotoqrafik müşahidələr zamanı zəif parıltılı ulduza oxşar işıq nöqtələrinə bənzədilmələridir. Habbl kosmik teleskopu vasitəsilə aparılmış müşahidələr zamanı kvazarların qalaktikaların mərkəzində meydana gəldiyi, bəzi kvazarların isti qalaktikalarla güclü qarşılıqlı təsirdə olduğu və ya qalaktikaları birləşdirdiyi meydana çıxdı. Kvazarlar çox geniş məsafə aralığında aşkar edilir və kvazarların kəşf araşdırmaları göstərir ki, kvazarların yaranması daha çox uzaq keçmişdə baş vermişdir.
Kvazaq
Kvazaq – kosmik cisim. 1965-ci ildə daha yeni bir qrup nöqtə görünüşlü güclü optik şüalanma mənbələri kəşf olundu. Bunlara kvazaqlar — kvaziulduz qalaktikalar adı verildi. Kvazarlardan fərqli olaraq kvazaqlar nəzərəçarpacaq qədər radioşüalanma mənbəyi deyillər. Belə fərz edilir ki, kvazarlar və kvazaqlar qalaktikaların qısa müddət davam edən müəyyən mərhələsidir.
Uvala
Uvala (rus. увала, ing. ouvala, uvala) — cənubi slavyan adətən layların uzanma istiqamətinə uyğun və ya çat boyu uzanan, hər iki qurtaracağı qapalı olan, muldaya oxşar çökək. Çox vaxt karst qıflarının böyüməsi və öz aralarında birləşməsi nəticəsində yaranır. Belə formalar karst çökəklikləri adlanır.
Urazay (Baltas)
Urazay (başq. Уразай, rus. Уразаево) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 19 km., kənd sovetliyindən (Köhnə Yanbay): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 86 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (55%), başqırdlar (44%) üstünlük təşkil edir.
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Yeni Urazay (Baltas)
Yeni Urazay (rus. Новоуразаево, başq. Яңы Уразай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 19 km., kənd sovetliyindən (Aşağı İvanay): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 87 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (57%), marilər (30 %)üstünlük təşkil edir.
Zaqafqaziya (Ziazat) kəklikotu
Umalat bəy Buynaklı
Umalat bəy Buynaklı və ya rus qaynaqlarında qeyd edildiyi kimi Amalat bəy (rusca:Умалат-бек Буйнакский; d. ? - ö. 1831, Abxaziya) — XIX əsr Qafqaz müharibəsi zamanı mühüm rol oynamış qumuq hərbi-siyasi xadim, İmam Qazi Məhəmməd tərəfindən 1831-ci ildə elan edilmiş Tərki şamxalı, Şimali Qafqaz İmamlığının naibi. Umalat bəy 1818-1819-cu il üsyanınınn aktiv iştirakçısı olmuş, Yermelova qarşı döyüşdə Akuşalıların rəhbərlərindən biri olmuşdur. O, eyni zamanda 1825-ci ildə Bəybulat Taymiyevin hərəkatının da üzvü olmuş, Tərki şamxallığı ərazisində 1823 və 1831-ci illər üsyanlarına rəhbərlik etmişdir. == Mənşəyi və ilk illəri == Umalat bəy qumuqların Şimali Qafqazdakı dövləti olan Tərki şamxallığı hakimləri ailəsindən gəlməkdə idi. O, Krım-şamxalın, yəni şamxallığa vəliəhdin ailəsində dünyaya gəlmişdi. Şamxalın taxtına namizəd olan atasının adı Şabaz Şamxal idi. Şabaz ailədə ən böyük şahzadə olduğu üçün taxta onun çıxacağı güman edilirdi.
Azat Abdullin
Azat Xammat oğlu Abdullin (rus. Азат Хамматович Абдуллин; 26 iyun 1931, Başqırdskaya Urqinka[d], Başqırd MSSR – 11 noyabr 2023, Moskva) — Başqırdıstan dramaturqu, yazıçı və publisist. == Həyatı == 1949-cu ildən 1953-cü ilə qədər Ufa Başqırd Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil almışdır. 1956-cı ildə Moskvanın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspirantura dərəcəsini bitirmişdir. Təhsil aldıqdan sonra Ufaya qayıdır və Başqırd Dövlət Universitetində dərs deyir, sonra Moskvaya yollanır və burada peşəkar yazıçı və dramaturq olur. 1963-cü ildə Sergey Çekmaryovun həyatına həsr olunmuş "Məni unutma, günəş!" (rus. «Не забывай меня, солнце!») pyesini yazaraq ədəbi fəaliyyətə başlamışdır. Tamaşa SSRİ-nin bir çox teatrlarında səhnəyə qoyulmuşdur (xüsusən, təxminən 10 il Qazaxıstan Dövlət Akademik Teatrının səhnəsində yer almışdı), Ufa və Moskvada bir neçə dəfə başqırd və rus dillərində təkrar nəşr edilmişdir. "On üçüncü sədr" (rus. «Тринадцатый председатель») (1979) dramı Abdullinə ümumittifaq şöhrəti qazandırmışdır.
Uaza (departament)
Uaza (fr. Oise) — Fransanın şimalında yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 60. İnzibati mərkəzi — Bove. Əhalisi — 810 680 nəfər (departamentlər arasında 26-cı yer, 2014-cü ilin məlumatları). Uaza departamenti Pikardinin tarixi ərazisində yerləşir və Pa-dе-Kale, Nor, Somma, Ena, Er, Sena və Marna, Val-d’Uaz departamentləri ilə sərhəddir. Departamentin ərazisindən Uaza çayı axır. Ərazisi — 5860 km². Sıx meşələr Uazanın sol sahilinə uzanır. Departamentin əsas şəhərləri Bove, Kompeyen, Krey, Nojan-sür-Uaz, Sanlis, Krepi-an-Valua, Merü, Nuayon, Montater, Klermon.
Uaza çayı
Uaza çayı- Belçika və Fransa ərazisindən axan Sena çayının sol qoludur. Uzunluğu 302 km, hövzəsinin sahəsi isə 17 min. km²-dir. Kanallar vasitəsilə Maas, Somma, Şelda çayları ilə birləşir. Sena çayı vasitəsilə Şimal kanalına birləşir. Uaza çayı mənbəyini Belçika əyalətindən götürür və qərbə doğru Ardenlər dağını keçərək Fransanın cənub-qərb hissəsinə daxil olur. Orta illik axımı 110 m³/san-dir. Nauar Divet Qlan Ton Sera Уаза // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza sülaləsi
Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə. Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi. I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi. Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
Vələsyаrpаq azat
Vələsyаrpаq аzаt
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir.
Vələsyarpaq azat
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir.
Klavanz-an-Ot-Uazan
Klavanz-an-Ot-Uazan (fr. Clavans-en-Haut-Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38112. Kommunanın 1999-cu il üçün əhalisi 83 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1 024 ilə 3 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 37 km şərqdə yerləşir.
Le-Bur-d'Uazan
Le-Bur-d'Uazan (fr. Le Bourg-d'Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38052. Kommunanın 2007-ci il üçün əhalisi 3412 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Le-Frene-d'Uazan
Le-Frene-d'Uazan (fr. Le Freney-d'Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Frene-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38173. Kommunanın 1999-cu il üçün əhalisi 221 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 871 ilə 3445 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Sen-Kristof-an-Uazan
Sen-Kristof-an-Uazan (fr. Saint-Christophe-en-Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-duazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38375. Kommunanın 1999-cu il üçün əhalisi 106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1 168 ilə 4 008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
IV Vladislav Vaza
IV Vladislav Vaza (pol. Władysław IV Waza; 9 iyun 1595[…] – 20 may 1648[…], Merkine[d], Böyük Litva knyazlığı) — 6 fevral 1633-cü ildən Polşa kralı və Litva böyük knyazı (8 noyabr 1632-ci ildə seçkilərin elan edilməsi), 1610–1613-cü illərdə Moskva çarı və 1634-cü ilə qədər titulyarı, III Sigizmundun böyük oğlu. 14 fevral 1610-cu ildə Smolensk yaxınlığında kral Sigizmund ilə II Yalançı Dmitrinin düşərgəsindən olan səfirlik arasında bağlanan müqaviləyə əsasən, knyaz Vladislav pravoslavlığı qəbul edərək rus taxtına oturmalı idi. 1610-cu ilin yayında Vasili Şuyskinin üsyanı və devrilməsindən sonra yeni Moskva hökuməti (Yeddi boyar) Suxarev yatağındakı Zemski Soborda Vladislavı çar seçmiş, çar "Vladislav Jigimontoviç"in adından Moskva və Novqorodda qızıl və gümüş sikkələr zərb edilmişdir. O, 6 sentyabr 1610-cu ildə rus çarı kimi, Moskva hökuməti və sakinləri üçün and içmiş, ona gətirilən kral reqaliyasını almışdır. Ona və atasına əvvəlcədən vəd edilmiş daxili vətəndaş qarşıdurmasının hər iki rus tərəfinin barışması baş vermədiyi üçün 15 yaşlı şahzadə Moskvaya gəlməmiş, pravoslavlığı qəbul etməmiş və buna görə də padşah olmamışdır. 1612-ci ilin oktyabrında Moskvada knyaz Vladislavın boyar hökuməti devrilmişdir. 1613-cü ildə Mixail Fyodoroviç çar seçilmişdir. 1617–1618-ci illərdə Polşa Seymi tərəfindən həvəsləndirilən Vladislav uğursuz şəkildə Rusiya taxtını yenidən ələ keçirməyə cəhd etmiş, Deulino barışığına əsasən Moskva Polşaya müəyyən ərazi güzəştləri etmişdir. O, 1634-cü ildə Moskva böyük knyazı titulundan istifadə etməkdən imtina edərək və Polyanovka sülhü əsasında rus çar regaliyasını qaytararaq Rusiyaya qarşı iddialarından əl çəkmişdir.
Qışlaq-i Azat (Biləsuvar)
Qışlaq-i Azat (fars. قشلاق عزت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).