Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002 Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016 Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Üçgöl
Üçgöl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Üçgöl dağı — Üçgöl filiz təzahürü — Üçgöl dağının şimal yamacında yerləşir.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Uqor dilləri
Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə ob-uqor dillərindən ayrı göstərilmişdir.
Üçgöl (Bicar)
Üçgöl (fars. اوچ گل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (22 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Evtrof göl
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göl (dəqiqləşdirmə)
Göl
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl delfinləri
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Göl ehtiyatları
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Göl iyesi
Göl nərəsi
Göl nərəsi (lat. Acipenser fulvescens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Göl qağayısı
Chroicocephalus ridibundus (lat. Chroicocephalus ridibundus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin chroicocephalus cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Böyüklükləri 38–44 sm, qanad açıqlıqları 94–105 sm qədərdir. Yay fəslindəki yetkin quşların şokolad rəngli bir başı, açıq boz bədəni, qara uclu ilk qanad tükləri və qırmızı dimdik və ayaqları vardır. Yetkinliyə çatması 2 il çəkir. İlk il quşlarının quyruq ucunda qara zolaqlar vэ qanadlarda tünd sahələr görülür. == Ekologiyası == Koloniyalar halında böyük qamış yataqları və ya bataqlıqlarda və adalarla göllərdə yaşayırlar, yerdə yuva qururlar. Açıq dəniz quşları deyillər. == Qidalanma == Şəhərlərdə zibil qarışdırır və ya onurğasız heyvanları ovlayırlar.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. == Qurbağanın ilk növü == Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Göl çöküntüləri
Göl çöküntüləri — qırıntı (çınqıl, qum, gil), kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. == Tarixi == 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. == Ümumi məlumat == Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.
Kömüratan (göl)
Kömüratan gölü — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.