Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Din uçilişi binası (Novoçerrkassk)
Din uçilişi binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Puşkinskaya küçəsi 26 ünvanında yerləşir. Şəhərin görməli yerlərindən biri olaraq, regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina XIX əsrin sonralarında inşa edilmişdir. Bina bu günə qədər mövcudluğunu qoruyub saxlanılmışdır. Binaya regional əhəmiyyətli mədəni irs siyahısına 1992-ci ilin 12 dekabr tarixində Rostov vilayət deputatlar sovetlərinin № 325 saylı qərarı ilə elan edilmişdir. == Tarixi == 1885-ci ildə Novoçerkassk şəhərində bir villa inşa edilir. Sonradan bina Din uçilişinin binasına çevrilir. İlk əvvəllər bina dul kazak qadını olan Anna Nikiforovna Borisovanın olmuşdur.