1. sif. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. İlişik ip. İlişik məftil.
// İs. mənasında.
Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb.
2. məc. Dolaşıq, qarışıq. İlişik fikirlər.
3. is. Münasibət, əlaqə, asılılıq. Onunla heç bir ilişiyim yoxdur.
4. is. Əngəl, maneə. İşimdə heç bir ilişik yoxdur.
□ İlişiyə düşmək – əngələ düşmək, pis bir işə dolaşmaq.