Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Monodelphis adusta
Monodelphis adusta (lat. Monodelphis adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Busat Qurbanov
Busat Əfsər oğlu Qurbanov (10 sentyabr 2000, Aşağı Kürdmahmudlu, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Busat Qurbanov 10 sentyabr 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Busat hərbi xidmət müddətini bitirdikdən sonra yenidən orduda qalmış, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, postların yarılmasında iştirak etmişdir. O, 10 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Busat Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Duşan Vlahoviç
Duşan Vlahoviç (28 yanvar 2000, Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu. == Karyerası == === Partizan === Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb. === Fiorentina === Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb. Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı. === Yuventus === 28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssam Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Pusat (mifologiya)
Pusat - Türk və Altay xalq mədəniyyətində və mifologiyasında silah mənasına verir. Günümüzdə "at, arvad, silah" olaraq söylənən atalar sözünün orijinal forması "at, arvad, pusat" şəklindədir və bu atalar sözündə silaha verilən önəm vurğulanır. Başqa bir anlayışa görə də Türk mədəniyyətində kişi bığına, qadının saçına, atın quyruğuna icazəsiz toxunulmaz, bunların zorla kəsilməsi böyük təhqir sayılır və bu təhqir ancaq Pusatla aradan qaldırılır. == Mübarək Pusat == Türk xalq inancında bəzi silahlara ayrı bir əhəmiyyət verilir və bunlar müqəddəs qəbul edilir. Qılınc Qılınc, türklərdə və monqollarda müqəddəs bir obyektdir. Əcdad qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlanılır. And edilərkən əyilib qılınc öpür. Döyüş ruhunun simvolu sayılır. Skiflərdə qılınc Tanrının rəmzidir. Göydən gələn qılınclar ən güclü silahlar olaraq qəbul edilir.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
TurkSat-3USat
TurkSat-3USat — Türk nanopeyk kommunikasiyası. == Haqqında == İstanbul Texniki Universitetinin "Kosmik Sistemlər Dizaynı və Sınaq Laboratoriyası ilə Radio Tezlik Elektronika Laboratoriyasında işlənib. Hazırlanmasında Türksat şirkəti və Türk Həvəskar Peyk Texnologiyaları şirkəti iştirak edib. TurkSat-3USat 26 aprel 2013-cü il tarixində saat 04:13:04-də Qobi səhrasında yerləşən Jiuquan Peyk buraxılış mərkəzindən kosmosa göndərilmişdir.
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril. Душан Тадић; dǔʃan tǎdiːtɕ; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.
Panthera pardus adusta
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Uçuşa nəzarət rejimləri
Uçuşa nəzarət rejimləri — Kompyuter tərəfindən uçuş müddətinə görə uçuş məlumatlarının məsələn sürət və yüksəklik kimi məlumatların düzəldilməsi (buna FBW yəni Fly-by-wire deyilir) yəni uçuş nəzaətləri olan təyyarələrdə, uçuş nəzarət qaydaları siqnallarının çıxış siqnallarına funksional çevrilməsi, sensorlardan və başqa qaynaqlardan oxunma, aktuatorlar (hər hansı mexanizmanın bir hissəsidir. Bir mexanizm və ya sistemin hərəkət və idarə olunması üçün məsuliyyət daşıyır, məsələn bir klapan açmaq.) və digər çatış nöqtələrinin adətən uçuş nəzarət üsülları var; onlar istifadəçi interfeysində (yəni istifadəçi və kompüter sisteminin qarşılıqlı əlaqəsi olan vasitələr, xüsusi ilə də software və giriş cihazları istifadəsi.) üsulların tətbiqidir. Onların məqsədi insan nəzarəti girişlərinin uçuş nəzarət səthlərinə və nəticədə hərəkət yoluna müxtəlif vəziyyətlərə və ya uçuş rejimlərinə uyğun şəkildə tərcümə olunma üsulunu dəyişdirməkdir. Elektron uçuş nəzarətinin azaldılması, məsələn, uçuş nəzarət kompüteri kimi hesablamalı bir cihazın və ya ADIRU kimi məlumat verən hesablama qurğusunun uğursuzluğu ilə nəticələnə bilər. Elektron uçuş idarəetmə sistemləri (EFCS) həmçinin şiddətli havanı tanıyaraq və düzəldərək və balans pozulmanı azaldaraq sərnişinlər üçün daha rahat uçuş təmin etmək kimi, təyyarənin çox gərilməyə qarşı qorunması və ya sərnişinlər üçün daha rahat bir uçuş şərti ilə normal uçuşlarda gücləndirmə təmin edər. İki təyyarə istehsalçısı müxtəlif uçuş nəzarət rejimi (və ya qanunları) altında çıxış edə bilən birincil uçuş kompüterləri ilə ticari sərnişin təyyarələri istehsal edir. Ən yaxşı bilinənlər, Airbus A320-A380 modelinin normal, alternativ, düz və mexaniki qanunlarıdır. Boeingin FBW uçuş sistemi Boeing 777, Boeing 787 Dreamliner ve Boeing 747-8 də istifadə olunur. Bu təzə təyyarələr hava ağırlığını qorurkən təhlükəsizliyi və performansı artırmaq üçün elektronik nəzarət sistemləri istifadə edir. Bu elektronik sistemlər köhnə mexanik sistemlərdən daha yüngüldür və eyni zamanda təyyarəni yüksək gərilmə vəziyyətlerindən də qoruya bilir, dizaynerlərin həddindən artıq hazırlanmış parçaları azaltmalarına icazə verərək təyyarənin ağırlığını daha da azaldır.
Təyyarənin uçuşa nəzarət səthləri
Aviasiya uçuşu nəzarət səthləri − pilota təyyarəni tənzimləməyə və nəzarət etməyə imkan verən aerodinamik qurğulardır. Uçuşa nəzarət səthinin inkişafı təyyarənin inkişafında kritik bir addım idi. Sabit qanadlı təyyarə dizaynında erkən səylər təyyarəni yerdən çıxarmaq üçün kifayət qədər qaldırıcı qüvvə yaratmağa müvəffəq oldu, ancaq təyyarələr uçduqdan sonra onları idarə etmək mümkün olmurdu. Effektiv uçuş nəzarətinin inkişafı sabit uçuşa imkan verən şeydir. Bu məqalə konvensional dizaynın sabit qanadlı təyyarəsində istifadə olunan nəzarət səthlərini təsvir edir. Digər sabit təyyarə konfiqurasiyaları müxtəlif nəzarət səthlərindən istifadə edə bilər, amma əsas prinsiplər qalır. Döner qanad təyyarələri (vertolyotlar) üçün idarəetmə (stick və rudder) üç fırlanma oxu ilə eyni hərəkətləri yerinə yetirir, lakin dönən uçuş nəzarətini (əsas rotor disk və quyruq rotor diskini) tamamilə fərqli şəkildə idarə edir. == İnkişafı == Rayt qardaşlar, ilk pratik nəzarət səthlərininin inkişafında böyük rolları olmuşdur. Modern idarəetmə səthlərindən fərqli olaraq qanad bükümü istifadə etdilər . Rayt patentini qəbuletmə cəhdində, Glenn Curtiss, Birleşmiş Krallıq'da təxminən 40 il əvvəl patentli olan idarəetmə səthlərini ilə eyni tipdə idilər.