Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi.[2] Massiv özünün dik zirvələri ilə tanınır.
Deşat | |
---|---|
mak. Дешат alb. Vargmali i Deshatitsq | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2369[1] |
Hündür nöqtəsi | Velivar |
Yerləşməsi | |
41°38′ şm. e. 20°31′ ş. u.HGYO | |
Ölkə | Albaniya, Şimali Makedoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır. Massiv şimaldan cənuba doğru uzanaraq Radika və Qara Drin çaylarının birləşdiyi yerdə, Şimali Makedoniya şəhəri Debar və Debar gölü yaxınlığında bitir.[3] Əraziyə ən yaxın Albaniyanın şəhəri Peşkopiyadır; eləcə də Velivar və Krçin zirvələrinin ətəyində Makelara kəndi yerləşir.
Massivin Şimali Makedoniya ərazisində olan hissəsi Mavrova Milli Parkına daxildir. Dağlar əsasən meşə örtüyü ilə örtülüdür, zirvələrə yaxın ərazilərdə alp çəmənlikləri üstünlük təşkil edir.[4] Meşələrində daha çox fıstıq ağacına rast gəlinir. Şam, küknar, əsməqovaq və dağ ağçaqaynı da var. Otyeyən heyvanlardan maral, qaban, cüyür, qarapaça, yırtıcılardan isə ayı, canavar, vaşaq və tülkü geniş yayılıb.
Deşat massivi pleystosen epoxasının buzlaşmasına məruz qalmış.[5] Ərazidə buzlaq relyef formalarına rast gəlinir: kar və morenlər. Silsilə bir çox dərin yarğanlarla kəsilib. Bir neçə buzlaq gölü mövcuddur. Sahəsi 4000 m² olan Lokuv gölü turistlərin ən sevimli yeridir. Göl massivin şimal-şərqində, dəniz səviyyəsindən 1560 metr yüksəklikdə yerləşir.