Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Skalitsa
Skalitsa (slovak. Skalica, alm. Skalitz‎, mac. Szakolca) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur. 1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir.
Skalitsa MFK
Skalitsa MFK — Skalitsa şəhərini təmsil edən Slovakiya futbol komandasıdır. Klub 1920-ci ildə təsis edilmişdir. Hal-hazırda klub Slovakiyanın ən yüksək peşəkar liqası olan Fortuna Liqasında mübarizə aparır. Klub öz ev oyunlarını Mestski Skalitsa stadionunda keçirir. 1920-1945 SK Skalitsa kimi yaradılmışdır. 1945-1953 Sokol Tekla Skalitsa kimi dəyişdirilmişdir. 1953-1963 DSO Tatran Skalitsa kimi dəyişdirilmişdir. 1963-1990 TJ ZVL Skalitsa kimi dəyişdirilmişdir. 1990-2006 Sportivi klub SK Skalitsa kimi dəyişdirilmişdir. 2006-indiyə kimi Skalitsa MFK kimi dəyişdirilmişdir.
Zlatitsa döyüşü
Zlatitsa döyüşü — 12 dekabr 1443-cü ildə Osmanlı imperiyası ilə Serbiya və Macarıstan qoşunları arasında baş tutmuş döyüş. Bu, Balkanlarda daha böyük Varnaya səlib yürüşünün bir hissəsi idi. Döyüş Osmanlı imperiyasının Balkan dağlarında yerləşən Zlatitsa aşırımında, Zlatitsa şəhəri (indiki Bolqarıstan) yaxınlığında baş tutmuşdur. Polşa kralının səbirsizliyi və qışın şiddəti Yanoş Hunyadini 1444-cü ilin fevralında öz ölkəsinə qayıtmağa məcbur etmişdi. Buna baxmayaraq, o, Bosniya, Herseqovina, Serbiya, Bolqarıstan və Albaniyada sultanın hakimiyyətini tamamilə qırmağa nail olmuşdu. 1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.