Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alomia
Alomia (lat. Alomia) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Alomia ageratoides Kunth Alomia alata Hemsl. Alomia callosa (S.Watson) B.L.Rob. Alomia chiriquensis B.L.Rob. Alomia coelestina (Regel) B.L.Rob.
Dolomit
Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Dəmir-, manqan- və qurğuşunlu dolomitlər. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər. == Mənşəyi və yayılması == Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Xromit
Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar. == Mənşəyi və yayılması == Ultraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Alomia angustata
Gardnerina (lat. Gardnerina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gardnerina angustata (Gardner) R.M.King & H.Rob. Sinonim Alomia angustata (Gardner) Benth.
Alomia cordata
Ageratum cordatum (lat. Ageratum cordatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratum cinsinə aid bitki növü. == Sinonimləri == Alomia cordata S.F.Blake Blakeanthus cordatus (S.F.Blake) R.M.King & H.Rob.
Alomia tenuifolia
Lycapsus (lat. Lycapsus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lycapsus tenuifolius Phil. Sinonim Alomia tenuifolia (Phil.) Benth. & Hook.f.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. == Sağ limit, sol limit necə tapılır? == Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Limit (iqtisadiyyat)
Limit - Hədd, sərhəd, məhdudiyyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: == Broker limiti == Fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir. Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər. == Dövlət borcunun limiti == Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. == Makro-iqtisadi limitləşdirmə == Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Limit (riyaziyyat)
Limit (lat. Limes - uc nöqtə) — funksiyanın limiti cəbr analizinin əsas anlayışlarından biridir. İlk dəfə yunan filosofları Arximed və Evklidin əsərlərində rast gəlinir. Müasir riyaziyyatda isə ingilis alimi İsaak Nyuton tərəfindən işlədilmişdir. == Əsas limitlər == lim x → ∞ ( 1 + 1 x ) x = e {\displaystyle \lim _{x\to \infty }(1+{\frac {1}{x}})^{x}=e} lim x → 0 ( 1 + x ) k x = e k ( k = 1 : x ) {\displaystyle \lim _{x\to 0}(1+x)^{\frac {k}{x}}=e^{k}(k=1:x)} lim x → 0 cos ⁡ ( x ) = 1 {\displaystyle \lim _{x\to 0}\cos(x)=1} lim x → 0 tan ⁡ ( x ) x = 1 {\displaystyle \lim _{x\to 0}{\frac {\tan(x)}{x}}=1} == Limitin bəzi xassələri == lim n → ∞ ( a n + b n ) = lim n → ∞ a n + lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}+b_{n})=\lim _{n\to \infty }a_{n}+\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n − b n ) = lim n → ∞ a n − lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}-b_{n})=\lim _{n\to \infty }a_{n}-\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n . b n ) = lim n → ∞ a n . lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}.b_{n})=\lim _{n\to \infty }a_{n}.\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ a n b n = lim n → ∞ a n lim n → ∞ b n .
Lomin bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göydərə xromit yatağı
Ahmet Ümit
Ahmet Ümit (30 sentyabr 1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır. 1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı.
Typhlodromus ulmi
Typhlodromus ulmi (lat. Typhlodromus ulmi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus ulmi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. == Həyatı == Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Ümit Erdim
Ümit Erdim (15 iyun 1985, Kocaeli ili) — teatr və kino aktyoru. == Həyatı == 15 iyun 1985-ci ildə Kocaelidə doğulub. İbtidai təhsilini orada aldıqdan sonra, İzmit Atılım Anadolu Liseyini başa vurdu. 1998–2003 illəri arasında "Kocaeli Bələdiyyəsi Şəhər Teartı" nda bir müddət fəaliyyət göstərmişdir. 1997-ci ildə Böyle mi Olacaktı adlı serialda qonaq aktyor olaraq başladığı Hayat Bilgisi, Gönül və Selena adlı kinolarda davam etmişdir. Bir çox serialda rol almışdır. İştirak etdiyi "Can Dostum" adlı yarışmada birinci olmuşdur. === Yer Aldığı Seriallar === Böyle mi Olacaktı?
Ümit Özat
Ümit Özat (30 oktyabr 1976, Ankara) — türk professional futbol meneceri və keçmiş oyunçu. == Həyatı == Ümit Özat 30 oktyabr 1976-cı ildə Ankarada anadan olub.
Ümit Ünal
Ümit Ünal (14 aprel 1965, Tirə, İzmir ili) — türk rejissor və ssenarist. == Həyatı == 1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib. Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı. Dörd kitabı işıq üzü görüb.
Ümit Karan
Ümit Karan (1 oktyabr 1976, Almaniya) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. == Klub karyerası == Karyerasına Almaniyanın Berlin komandası Herta Zehlendorfda başlayıb. Herta Zehlendorfun ardından Türkiyəmspor Berlinə yollanıb. Bunun ardınca Super Liqaya keçdi və Gençlerbirliği'nde oynamağa başladı. 2001-ci ildə "Qalatasaray" a keçib və yenidən komandasının çempionluğunda böyük pay sahibi olub. 2004-2005 mövsümünün ikinci yarısında "Qalatasaray "ın baş məşqçisi Gheorghe Hagi ilə fikir ayrılığı nəticəsində Borussia Mönchengladbach, Hannover 96 və DSC Arminia Bielefeld ilə müqavilə masasına oturdu. Lakin Ümit Karan Bundesliqa komandalarının təkliflərini rədd etdi; son anda Böyükşəhər Bələdiyyəsi Ankaraspor ilə anlaşdı . 2005-ci il mövsümünün sonuna kimi "Ankaraspor"da çıxış edən Ümit Karan icarə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a qayıdıb. 2005-2006 mövsümündə yenidən "Qalatasaray"da oynamağa başlayan Ümit Karan mövsüm ərzində 17 qolla bombardir olub. Amma zədəsi səbəbindən mövsümü bağladı.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. == Həyatı == Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.