Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ustritsa
Stridiya — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir Stridiya suyun tempraturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə mln yumurta verir. Stridiyaların çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir.
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır. Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir. Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.