Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yengi Molk
Yengi Molk (fars. ينگه ملك‎; azərb. Yengi Mülk‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Kəndin adı yerli şivədə "Mamudabad" kimi də deyilir. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 126 ailədə 244 nəfəri kişilər və 233 nəfəri qadınlar olmaqla cəmi 477 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
Amol
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Folk
Folk-musiqi — ənənəvi xalq musiqisini və 20-ci əsrdə xalq dirçəlişi zamanı əvvəlki dövr nümunələrindən təkamül edən müasir janrı özündə birləşdirən musiqi janrıdır.
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Ukok
Ukok ― Rusiya Federasiyasında yerləşən yayla. Ukok yaylası Altay Respublikasının ən cənubunda, Qazaxıstan, Çin, Rusiya və Monqolustanın sərhəd qovşağında yerləşir. Ukok yaylası 2200–2500 metr mütləq yüksəkliklərə malik dağlıq düzən, dağlıq və yüksək dağlıq səviyyəli səthin reliktidir. Yaylanın üzərində 500-600 metr sıra dağlar yüksəlir. Dağ silsiləsinin maksimum mütləq yüksəkliyi (əvvəllər Nairamdal adlandırılan Kuyten-Uul şəhəri) 4374 metrə çatır Kuyten-Uul dağı, Beluxadan sonra, Altay dağlarının ikinci ən yüksək zirvəsidir.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Bəhaəddin Amoli
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Mölük (Kəleybər)
Mölük (fars. ملوك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (29 ailə).
Umnak adası
Umnak (aleut. Unmax, Umnax, ing. Umnak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. Unalaşka adası adasından Umnak boğazından ayrılır. Sahəsi 1776,77 km²-dir. Adada 39 nəfər yaşayır (2000). Əhali Nikolski kəndində yaşayır. Adada Reçeşnı (1984 m), Okmok (1253 m) və Visevidovo (2149 m) Sonuncusu son 200 il idi ki, yatmışdı. 9 mart 1957-ci ildə Andreyanov adalarında baş vermiş zəlzələdən sonra aktivləşir. 1758-cu ildə Stepan Qlotov «Müqəddəs İulian» botunda adaya çatır.
Həsən Həsənzadə Amoli
Həsən Həsənzadə Amoli (10 fevral 1926 – 25 sentyabr 2021, Amul, Mazandaran ostanı) — İranlı Əllamə. == Haqqında == Əllamə Həsənzadə Amuli 1929-cu ildə İranın Mazandaran əyalətinin Amul bölgəsində, Larican şəhərində dünyaya gəlib. O, altı il Amul şəhərinin Cümə məscidində dini təhsil alıb. Əllamə Amuli 22 yaşında Tehrana yollanıb. Orada o, Ayətullah Mirza Şəərani, Hacı Mirza Qomşei, Mirza Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli kimi alimlərdən dərs alıb. 1963-cü ildə Həsənzadə Amuli İranın Qum şəhərinə köçüb və orada Əllamə Təbatəbai, Seyid Həsən Təbatəbai və Seyid Qazi Təbatəbaidən elm öyrənib. Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, hədis və sair elmlərin sahibi və bu fənlər üzrə kitabların müəllifi olub.
Smouk (Mortal Kombat)
Smouk (ing. Smoke) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Proqramlaşdırılmış robotlardan biridir.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televiziya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Folk-musiqi
Folk-musiqi — ənənəvi xalq musiqisini və 20-ci əsrdə xalq dirçəlişi zamanı əvvəlki dövr nümunələrindən təkamül edən müasir janrı özündə birləşdirən musiqi janrıdır.
Folk-rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Folk metal
Folk metal — Heavy metal və xalq musiqisi elementləri özündə əks etdirir, xalq çalğı alətləri geniş şəkildə istifadə edilir. Folk metal tərzində olan ilk qrup,Skyclad adında bir İngilis qrupudur. Onların ilk albomları 1991-ci ildə "The Wayward Sons of Mother Earth" adlı albomları olmuşdur. Folk metal üslubu 2000-ci ildən sonra inkişaf etmişdir,Finlandiyalı Finntroll, Ensiferum, Korpiklaani, Turisas və Moonsorrow qrupların sayəsində. Folk metaldan törəyən tərzlər Pagan metal, Viking metal, Celtic metaldır. Bu üslubdaki sözlər əsasən xalqlarının tarixi, atalarının tarixindən yazılır. Hal hazırda bu üslublada olan ən çox qruplar Böyük Britaniya,Almaniya,Rusiya və Skandinaviya ölkələrində geniş surətdə yer almışdır.
Folk rock
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Folk rok
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Larri Uoll
Larri Uoll (ing. Larry Wall; 27 sentyabr 1954, Los-Anceles, Kaliforniya) — Amerikalı kompüter proqramçısı. Perl proqramlaşdırma dilini müəllifi. == Həyatı == Larri Uoll 27 sentyabr 1954-cü ildə (Kaliforniya), Los-Ancelesdə anadan olmuşdur. Sonra Bremertonda yaşamışdır. 1976-cı ildə Seattle Sakit okean universitetində ali təhsil almış, kimya və musiqi sahəsində ixtisaslaşmış, bir neçə ildən sonra universitetin hesablama mərkəzində işləyən bir bakalavr Təbii və Süni dillərdə dərəcəsi almışdır. == Fəaliyyəti == Amerikalı proqramçı, linqvist, Perl proqramlaşdırma dilinin müəllifi Larri Uoll "Usenet" elanlar lövhəsinin və "Unix" əməliyyat sisteminin, məşhur "Patch" proqramının da müəllifidir. O, 1998-ci ildə azad proqram təminatının inkişafına görə "Free Software Foundation" fondunun mükafatına (Free Software Foundation Award for the Advancement of Free Software) layiq görülərək fondun ilk laureatı olmuşdur. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Milk & Kisses
Milk & Kisses — Azərbaycanda pop musiqi qrupu. Üzvləri: Dilarə Kazımova (3 sentyabr 1984), Fəridə Cəfərova (Nelson) (20 may 1984) Milk & Kisses 2010-ci ildə qatıldığı Azərbaycan nin seçim Eurovision Song Contest. Orada onlar Safura Əlizadə və Məryəm qarşı pitted edildi milli finala almaq üçün idarə. Bütün iştirakçılar Drip Drop Under My Skin , I'm On Fire " və ', son üç mahnı oxumaq idi' 'Soulless' '. Həmin il, 2010-ci ildə gənc müğənnilər üçün festivalda ölkələrini təmsil etmək Milk & Kisses seçildi Jurmala yaxşı New Wave (festival) New Wave kimi tanınır. İlk gün onlar mahnı səsləndirdi Getmä, Getmä, Gill və onuncu yerə sonra fəth "a" Sevgi qadın və XVI yerdə idi. ikinci gün, onlar mahnını səsləndirdi ". 1 avqust keçirilib müsabiqənin finalında 2010 254 xalla, onlar yarış qazanmaq üçün uğursuz lakin. onlar 82 xal var mahnı "Podruga səsləndirdi, lakin on yeddi iştirakçıların on beşinci başa çatıb. Won etdi Sona Sjachgeldjan olan Ermənistan.
Moli soğanı
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Moln (Fransa)
Moln (fr. Meaulne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03168. 2008-ci ildə əhalinin sayı 775 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 456 nəfər (15-64 yaş arasında) arasında 335 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 69.5%). Fəal olan 335 nəfərdən 286 nəfəri (155 kişi və 131 qadın), 49 nəfəri işsiz (19 kişi və 30 qadın) idi. Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 48 nəfər təqaüdçü, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mulk Surəsi
67-ci surə
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).