Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumatra
Sumatra (bəzən Sumatera) İndoneziyanın qərbində bir adadır. Sunda adalarının ən qərbində olanıdır. 475,807.63 km2 ərazisi ilə dünyanın ən böyük altıncı adasıdır. Ayrıca tamamiylə İndoneziyaya aid ən böyük ada ünvanına da sahibdir (digər iki ada, Borneo ve Yeni Qvineya, qismən İndoneziyada yer alırlar). Ən böyük şəhəri 2.400.000 nəfərlik əhalisi ilə Medandır. Sumatra qədim çağlarda adada olan bol miqdarda qızıl mədənlərindən ötrü Sanskritcə Swarnadwīpa ("Qızıl adası") və Swarnabhūmi ("Qızıl torpaq") adlarıyla bilinirdi. Sumatra adını ilk olaraq 1017-ci ildə Çinə elçi göndərən Srivijaya kralı Sumatrabhumi ("Sumatra torpaqlarının kralı") işlətdi. X–XIII yüzillərdə Ərəb coğrafyaçılar Açeyə yaxın bir krallıq olan Lamriyə ithafən Sumatra adası üçün Lamri (Lamuri, Lambri və ya Ramni) adlarını işlətdilər. XIV yüzilin sonlarında Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra olaraq yayqın bir şəkildə işlənməyə başlandı.
İmatra
İmatra — Finlandiyanın şərqində şəhər və bələdiyyə. İmatranın əksər hissəsi Sayma gölü və Vuoksa çayı ilə əhatə olunmuşdur və Rusiya ilə sərhəddə yerləşir. Sahəsi 19128 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 27357 nəfər təşkil edir.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Matra
Matra (Avstriya. Mátra) — Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir.
Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur. == Tarixi == Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. (Ur) kökündən törəmişdir.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Mayumi Omatsu
Mayumi Omatsu (d. 12 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Qərbi Sumatra
Qərbi Sumatra (ind. Sumatera Barat,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsmi qiymətləndirmə 5,098,790 nəfər əhalini göstərir. Qərbi Sumatra 12 bölgəyə və yeddi şəhərə bölünür. Yava əyalətindən başqa İndoneziyanın digər əyalətlərinə nisbətən daha çox şəhərə sahibdir. Paytaxtı Padanqdır. Vilayət şimalda Şimali Sumatra (Sumatera Utara), şərqdə Riau və Cambi, cənub-şərqdə Benqkulu əyalətləri ilə həmsərhəddir. Buraya sahildəki Mentavai adaları daxildir. Qərbi Sumatra Minanqkabau xalqının vətənidir, baxmayaraq ki ənənəvi Minanqkabau bölgəsi Qərbi Sumatra əyalətinin indiki inzibati bölgəsindən daha genişdir, Şimali Sumatranın cənub bölgəsini, Riaunun qərb bölgəsini, Cambinin qərb bölgəsini və Benqulunun şimal bölgəsini əhatə edir.
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.
Sumatra fili
Sumatra fili (lat. Elephas maximus sumatranus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. İndoneziyanın Sumatra adasında yaşayır. 2011-ci ildən etibarən Sumatran fili, son son 75-ildə ən azı 80% azaldığına görə, Təbiət və Təbii Sərvətlər Mühafizəsi üzrə Dünya Dərnəyi (IUCN) tərəfindən nəslikəsilmək ehtimalı olan heyvanlar siyahısına salınmışdır. Bu növlərə qarşı ən mühüm təhlükələrdən biri, yaşayış mühitinin məhv edilməsi və yaşayış sahəsinin parçalanmasıdır və son 25 ildə Sumatran filinin təbii yaşayış mühitinin 69% -i məhv olmuşdur. Qalan 250 km²-dən az meşə örtüyü filləri saxlamaq üçün kifayət deyil. Asiya fillərində Afrika fillərindən daha kiçikdir. Hortumlarının sonunda bir barmaq kimi bir uzantı var. Onların arxası konveks və ya düzdür. Qadınlar kişilərə nisbətən daha azdır və ya qısa fildişi və ya heç biri yoxdur.
Sumatra kərgədanı
Sumatra kərgədanı (lat. Dicerorhinus sumatrensis) — Kərgədanlar fəsiləsinin Sumatra kərgədanı cinsinə aid növ. Sumatra kərgədanı, körpələrin doğum və tərbiyə dövrü istisna olmaqla, yalnız həyat tərzini sürür. Bu növ kərgədanlar vaxtilə Hindistan, Butan, Banqladeş, Myanma, Laos, Tayland, Malayziya, İndoneziya və Çinin yağış meşələrində, bataqlıqlarda və bulud meşələrində yaşayırdılar. Tarixin müxtəlif dövrlərində onlar Çinin cənub-qərbində, xüsusən Siçuanda yaşayırdılar. İndi vəhşi təbiətdə onlar yalnız beş əsas populyasiya ilə kritik təhlükə altındadır: dördü Sumatra və biri Borneo adasında. Şərq sumatra kərgədanı (D. s. harrissoni) Qərb sumatra kərgədanı (D. s. sumatrensis) † Şimal sumatra kərgədanı (D. s.
Sumatra pişiyi
Sumatra pişiyi (lat. Prionailurus planiceps) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Sumatra pələngi
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.
Sumatra qaraçöhrəsi
Sumatra qaraçöhrəsi (lat. Taxus sumatrana) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Sumatra samuru
Sumatra serousu
Sumatra serousu, və ya Adi serou, Serou (lat. Capricornis sumatraensis) — məməlikər sinfinə daxil olan, ölçülərinə görə maral və keçilər arasında keçid təşkil edən heyvan növü. Bu canlılar Yaponiya, Tayvan, Cənubi Çin, Nepal, Şərqi Tibet, Şimali Hindistan, Laos, Kamboca, Myanma, Vyetnam, Tayland, Malay yarımadası və Sumatra adasında yayılmışdır. Serounun uzunluğu 120–180 sm, quyruğu 8–18 sm, hündürlüyü — 70–105 sm, çəkisi — 55–140 kq təşkil edir. erkəklərin uzunluğu 30 sm, dişilərdə isə qısa olur. Həyat tərzi yaxın qohumu olan Qorallardan fərqlənmir. Onlar 2500–2700 m yüksəkliklərdə yaşayırlar. Qidasının əsasını otdur. Yetkin fərdin yaşaması üçün 20 ha ərazi lazım gəlir. Tənha və ya kiçik qruplar halında yaşayırlar Növün nümayəndələri Amerikaın Texas ştatına gətirilmişdir.
Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir.
Umayta mühasirəsi
Umayta mühasirəsi — Paraqvay müharibəsinin mühüm döyüşlərindən biri. Mühasirə Braziliya və Argentina qüvvələrinin Paraqvay çayı sahilində Paraqvaya məxsus qalanı ələ keçirmək məqsədi ilə həyada keçirilən əməliyyat. Humaita 2 noyabr 1867-ci ildən qurudan, 2 noyabr 1868-ci ildən isə sudan mühasirəyə alınmışdır. Qala 25 iyul 1868-ci ildə müttəfiqlər tərəfindən fəth edilir. 1 avqust 1867-ci ildə Argentina generalı Bartolome Mitre Braziliya İmperiya donanmasına Kurupaita və Humaitadan keçid etməyi əmr edir. 15 avqustda beş linkor Kurupaitanı keçsə də, artilleriya atəşləri altında Humaita yaxınlığında qoşun durmalı olur. Bu hadisə müttəfiqlər arasında fikir ayrılığı yaradır. Sudan hüçumlar əmək sərfiyyatından başqa bir şey deyildi. Bu səbəbdən 18 avqustdan əməliyyatlar quruya keçir. Tuyukuedən müttəfiqlər şimala istiqamətlənir.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Şimali Sumatra
Şimali Sumatra (ind. Sumatera Utara) — İndoneziya əyalətidir. Sumatra adasının şimal-qərbində yerləşir və paytaxtı Medandır. Şimali Sumatra 2014-cü ildə 13,5 milyondan çox əhalisi olan Qərbi Yava, Şərqi Yava və Mərkəzi Yava və Yava xaricində İndoneziyanın ən sıx məskunlaşdığı dördüncü əyalətdir.
Sumatra susamuru
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.
Sumatra PDF
Sumatra PDF — azad PDF, DjVu və s. formatlarda sənədlərə baxış vasitəsi. Bir neçə PDF fayları fərqli tab-larda bir pəncərin içində açmaq olar.