Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Universitet
Universitet (lat. Universitas – birgəlik, ümumilik), köhnə mənbələrdə Darülfünun — ali məktəb olub konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğuldur. Bundan əlavə universitetlərdə elmi işlər də aparılır. Müasir universitetlər elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərirlər, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olur. Universitetlər tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin (diplom və doktor dərəcələrinin) verilməsində üstünlüklərə malikdirlər. Azərbaycanda universitetlərin strukturu keçmiş SSRİ-də yaradılmış və bu günə kimi qalmaqdadır. Bu xarici ölkələrdə olanlardan nisbətən fərqlidir. Qədimdə ümumi biliyin və saxlanması və tətbiqi üçün cavabdeh olan, xalqın elitar qrupun təhsili fərdi şəkildə atalar və ya şəxsi muəllimlər tərəfindən yerinə yetirilmişdir. Böyüməkdə olan nəsl elə bir başa iş zamanı öz peşəsinə yiyələnir və lazımı biliklərə sahib olurdular. Məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim Misir dövləti üçün xarakterik idi.
Narxoz (universitet)
Narxoz universiteti (qaz. Нархоз университеті) — Qazaxıstanda bir universitet, İqtisadiyyat, iş, maliyyə və hüquq sahələrində təhsil verən Almatı şəhərində. 1963-cü ildə yaradılan, 2016-cı ildən indiki adını daşıyır. Universitetə ​​təlim, tədqiqat mərkəzləri, elmi və təhsil şöbələri, Qazaxıstanın bölgələrindəki 5 nümayəndəlik, iqtisadi kollec daxil olmaqla 4 peşə məktəbi daxildir. 1963-cü ildə SSRİ Hökümətinin 9 May 1963-cü il tarixli fərmanı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu quruldu. 1991-ci ildə Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu Qazaxıstan Dövlət İqtisad Universitetinə çevrildi. 1993-cü ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə KSPEU Qazaxıstan Dövlət İdarəetmə Akademiyasına (KSAU) çevrildi. 1999-cu ildə Astana şəhərində KSAM-ın (indiki Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universiteti) filialı olan İqtisadiyyat və Maliyyə İnstitutu açıldı. 2000-ci ildə KSAM Qazaxıstanın görkəmli dövlət xadimi, siyasi və ictimai xadimi, mütəfəkkir və iqtisadçı Turar Rıskulovun şərəfinə adlandırıldı. 2001-ci ildə Qazaxıstan Respublikası Hökumətinin Fərmanı ilə Akademiya Turar Rıskulov adına Qazaxıstan İqtisad Universitetinə çevrildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Erciyes Universiteti
Ərciyəs Universiteti (türkcə: Erciyes Üniversitesi) Türkiyənin Kayseri şəhərində yerləşmiş bir ali təhsil qurumudur. Universitet 1978-ci ildə Kayseri Universiteti adı altında qurulur. Zamanla bir sıra ad dəyişikliyindən keçdikdən sonra universitet 1982-ci ildə indiki adı olan Ərciyəs Universiteti adını alır. Ərciyəs adı Kayseri şəhərinin yaxınlığında yerləşən Ərciyəs dağından gəlir. Universitetin 2007–2008 təhsil ilində 26 096 tələbəsi mövcuddur. Universitetin nəzdində Tibb, Memarlıq, Hüquq, İlahiyat və s. kimi fakultetlər vardır. Universitetin ərazisində ən böyük binalardan ikisi Gövhər Nəsibə Tibb Fakulteti Xəstəxanası və məsciddir.
Erfurt Universiteti
Erfurt Universiteti (alm. Universität Erfurt‎) — Almaniyanın Erfurt şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1389-cu ildə qoyulmuşdur. 1815–1993-cü illərdə fəaliyyət göstərməmişdir. 1994-cü ildə fəaliyyəti yenidən bərpa edilmişdir.
Filadelfiya Universiteti
Filadelfiya Universiteti (ing. Philadelphia University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi.
Florensiya Universiteti
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir. == Tarixi == Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi. 1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir. 1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir. 1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir. == Məkanı == Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. == Fakültələri == Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi. == Tələbələri == Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Florida Universiteti
Florida Universtiteti (İngiliscə: University of Florida), Amerika Birləşmiş Ştatlarının Florida Əyalətinin Gainesville Şəhərində yerləşən bir dövlət universitetidir. 8,2 kvadrat kilometrlik bir əraziyə uzanan universitet, həm tələbə sayısı baxımından həm də kampus böyüklüyü baxımından Amerikanın ən böyük universitetlərindən biri olmaq xüsusiyyətini daşıyır. Universitetdə təqiqat aparanlar popular enerji içkisi olan Gatoradei zənginləşdiriblər. Universitetin idman komandaları Gators adıyla Amerikadakı bir çox universitet ligasında mübarizə apararkən , Amerikan futbol komandaları uğurları ilə komandalarından bəhs etdirirlər.
Fortaleza Universiteti
Fortaleza Universiteti (port. Universidade de Fortaleza - UNIFOR) — Braziliyanın Fortaleza şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Fortaleza Universiteti 23 mart 1973-cü ildə yaradılmışdır. == Tədris == Tədris portuqal dilində aparılır. == Xarici əlaqələri == GU8 konsorsiumunun üzvüdür.
Giresun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Girəsun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Hacettepe Universiteti
Hacettepe Universiteti (türk. Hacettepe Üniversitesi) — Türkiyənin Ankara şəhərində yerləşən aparıcı dövlət universiteti. Universitetin əsası 1967-ci il iyulun 8-də qoyulub. 2021-ci ildə URAP tərəfindən Türkiyə universitetləri arasında birinci olub. Universitetin iki əsas kampusu var. Birinci kampus Ankaranın köhnə şəhərindədir və Tibb Mərkəzinə ev sahibliyi edir, ikincisi isə Beytəpə Kampusu şəhər mərkəzindən 13 km (8 mil) məsafədədir. Beytəpə şəhərciyi 6.000.000 m2 (600 ha; 1.483 akr) yaşıllıq və meşə ərazisini əhatə edir və İqtisadiyyat və İdarəetmə Elmləri, Hüquq, Təhsil, Mühəndislik, Gözəl Sənətlər, Ədəbiyyat və Elm fakültələrinə ev sahibliyi edir. Bu iki əsas kampusdan əlavə, Sosial İş Məktəbi Keçiörəndə, 1982-ci ildən universitetə bağlı Ankaradakı Türkiyə Dövlət Konservatoriyası isə Beşevler Kampusunda yerləşir. Universitetin rektoru 24 iyun 2020-ci ildə Rəyasət Heyəti tərəfindən təyin edilmiş Mehmet Cahit Gürandır.
Helsinki Universiteti
Helsinki Universiteti (fin Helsingin yliopisto, isv. Helsingfors universitet, lat. Universitas Helsingiensis, qısaca UH) — Finlandiyanın paytaxtı Helsinki şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Helsinki Universitetinin əsası 1640-cı ildə Turku şəhərində qoyulmuş Turku Kral Akademiyası olaraq qəbul edilir. Paytaxtda 1829-cu ildən fəaliyyət göstərir. == Təhsil == Universitetdə təhsil 2 dildə – fin və İsveç dillərində aparılır. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. Utrext Şəbəkəsinin üzvüdür.
Het Universiteti
Hitit Üniversiteti 17 mart 2006-cı il tarixli və 5467 saylı qanunla Çorumda qurulan dövlət universitetidir . Qurucu rektor Prof. Dr. Kadri Yamaç, universitetin hazırkı rektoru Prof. Dr. Əli Osman Öztürk. Əvvəllər Qazi Universitetinə bağlı olan universitet daha sonra ayrılaraq yeni müstəqil universitet təsis edərək yaradılıb. Hitit Universitetində 11 fakültə, 3 institut, 1 kollec, 7 peşə kolleci və 21 tədqiqat mərkəzi fəaliyyət göstərir. Tədris dili türkcə olan universitetdə 736 akademik heyət, 377 inzibati heyət və 18 826 tələbə ilə akademik işlər aparılır.
Heydelberq Universiteti
Ruprext Karl Heydelberq Universiteti (alm. Ruprecht-Karls-Universität Heidelberg‎) — Almaniya Federativ Respublikasının Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir. 1386-cı ildə Heydelberqdə qurulmuşdur. Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biridir. Bir çox məşhur məzunları vardır. Məşhur şair və mütəfəkkir Məhəmməd İqbal bir müddət burada təhsil almışdır. == Tarixi == 1378-ci ildə xristianlığın iki qolu arasında baş verən parçalanmadan və papa XI Qreqorinin ölümündən sonra iki papa seçilir. Onlardan biri Avinyonda (fransızlar tərəfindən seçilmiş), digəri isə Romada (italyanlar tərəfindən seçilmiş) fəaliyyət göstərir. Bu zaman almanlar Romada fəaliyyət göstərən papa VI Urbanı dəstəkləyirlər.
Heydәrabad Universiteti
Heydərabad Universiteti (tel. హైదరాబాద్ విశ్వవిద్యాలయము) — Hindistanın Heydərabad şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1974-cü ildə qoyulmuşdur.
Humboldt Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Humbolt Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Kaliforniya Universiteti
Kaliforniya Universiteti (ing. The University of California), UC — Kaliforniyanın 10 ictimai universitetinin birliyi. "İctimai" statusu ali məktəb sisteminin müxtəlif mənbələrdən, o cümlədən Kaliforniya ştat büdcəsindən (maliyyəsinin üşdə biri) maliyyə yardımı aldığını göstərir. Birlik ştatın qubernatoru tərəfindən təyin olunan regentlər şurası tərəfindən idarə edilir. (ing. The Regents of the University of California) Kaliforniya Universiteti sistemində 191.000-dən çox tələbə təhsil alır. Universitet sistemində ən qədimi və ən nüfuzlusu 1868-ci ildə təsis edilmiş Berklidəki Kaliforniya Universitetidir.
KazGUU Universiteti
Maqsud Narikbayev adına KAZGUU Universiteti (əvvəllər — Qazaxıstan Humanitar Hüquq Universiteti) (qaz. M.S. Narikbaev atyndaǵy KAZGUU Universiteti), ( ing. M. Narikbayev KAZGUU University) — Astana şəhərində yerləşən və 1994-cü ildə qurulmuş ali təhsil müəssisəsi. Universitetdə 4 məktəb var - Humanitar Elmlər Ali Məktəbi (HSH), Hüquq Fakültəsi (HSL), Ali İqtisadiyyat Məktəbi (SƏTƏM) və Biznes Məktəbi. Narikbayev Talgat Maksutoviç - M.S.Narikbayev adına KAZGUU Universitetinin İdarə Heyətinin sədri Hər il Atameken Milli Sahibkarlar Palatası, Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə birlikdə yerli universitetlərin təhsil proqramlarında bir araşdırma aparır və bunlara əsasən reytinq tərtib edir. Reytinqin əsas məqsədi məktəblilərə tələb olunan peşələr barədə dolğun və etibarlı məlumat vermək, hansı universitetlərin onlar üçün yüksək keyfiyyətli təhsil verdiyini və iş tapmaq şansının daha çox olduğunu göstərməkdir. 2020-ci ilin dekabr ayında M.S.Narikbayev adına KAZGUU Universiteti "Atameken" təhsil proqramlarının reytinqinə görə Top-10 universitetlərində birinci yerə layiq görülmüşdür. 2019-cu ildə Universitet ikinci yeri tutdu. == Tarixi == KAZGUU Universiteti 1994-cü ildə Qazaxıstan Prezidenti N.A.Nazarbayevin Fərmanına əsasən qurulmuşdur. 5 Noyabr 1996-cı ildə KazHYuI, Qazaxıstan Hökumətinin qərarı ilə Qazaxıstan Dövlət Hüquq Universitetinə çevrildi və Ədliyyə Nazirliyinin tabeliyindən Təhsil və Elm Nazirliyinin tabeliyinə verildi.
Kazan Universiteti
Kazan federal universiteti — Rusiyada yerləşən Kazan şəhərinin Ali təhsil müəssisəsi, ölkənin ən qədim universitetlərdən biri və üçüncü universiteti. 1804-cü ildə açılmış, 1918-ci ilə qədər İmperator, 1925-ci ildən sonra Lenin adına adlandırılmışdır.
Kembric Universiteti
Kembric Universiteti (ing. University of Cambridge, lat. Universitas Cantabrigiensis) — Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti, Rassell qrupunun üzvü. == Tarixi == Universitet 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis etmişdir. 1214-cü ildə universitet qaydaları tərtiv edilmişdir. Bu qaydalarda rektorun təyini və imtahanların verilmə qaydaları müəyyən edilmişdi. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi. monastrlardan fərqli olaraq universitetdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilirdi. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Onları birlikdə "Oksbric" adlandırırlar.
Kil Universiteti
Kil Universiteti və ya rəsmi adı ilə Kristian Albrext adına Kil Universiteti (alm. Christian-Albrechts-Universität zu Kiel‎) — Almaniyanın Kil şəhərində universitet. 1665-ci ildə Kristian Albrext tərəfindən Academia Holsatorum Chiloniensis adı altında əsası qoyulub. Hazırda təhsil müəssisəsində təxminən 27,000 tələbə təhsil alır. Kil Universiteti Şlezviq-Holşteyn vilayətinin ən böyük, ən qədim və ən nüfuzlu ali məktəbidir. 1864–66-cı ilə qədər o, təkcə Almaniyanın ən şimal universiteti deyil, eyni zamanda Danimarkanın ikinci ən böyük universiteti idi. Kil Universitetinin fakültələri, məzunları və tədqiqatçıları ümumilikdə 12 Nobel mükafatı qazanıblar. Universitet 2006-cı ildən Alman Universitetləri Mükəmməllik Təşəbbüsünün üzvüdür. Kil Universiteti beynəlxalq ümumi hüquq üzrə aparılan tədqiqatları ilə məşhurdur. Almaniya və Avropanın ən qədim beynəlxalq ümumi hüquq institutu olan Valter Şukinq Beynəlxalq Ümumi Hüquq İnstitutu Kildə yerləşir.
Kolumbiya Universiteti
Kolumbiya Universiteti (ing. Columbia University) — ABŞ-nin Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən özəl ali təhsil müəssisəsi. Universitet Sarmaşıq Liqasının üzvüdür. == Məşhur məzunlar == Barak Obama – Amerika Birləşmiş Ştatlarının Prezidenti Teodor Ruzvelt – Amerika Birləşmiş Ştatlarının 26-cı Prezidenti Mixeil Saakaşvili – Gürcüstan Prezidenti Salome Zurabişvili — Gürcüstan Prezidenti Tomas Hendrik İlves – Estoniya Prezidenti Madlen Olbrayt – ABŞ-nin keçmiş dövlət katibi Əbdül Zahir – Əfqanıstanın Baş naziri Martin Çalf – kimyaçı, Nobel mükafatı laureatı Robert Qrabs – kimyaçı, Nobel mükafatı laureatı Con Mather – fizik, Nobel mükafatı laureatı Ceyms Hekman – iqtisadçı, Nobel mükafatı laureatı Robert Mandell – iqtisadçı, Nobel mükafatı laureatı Edmund Felps – iqtisadçı, Nobel mükafatı laureatı Riçard Aksel – həkim-psixoloq, Nobel mükafatı laureatı Orxan Pamuk – türk yazıçı, Nobel mükafatı laureatı == Reytinqi == == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Kolumbiya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 23.10.2009, № 41.