Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Por
Por (Ermənistan)
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərmiş pagan black metal qrupudur. 2012-ci ildə fəaliyyətini dayandırıb. Qrup adını Saxa folklorundakı bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir.
NTV Spor
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
Rupor antenası
Rupor antenası — açıq şüalanma ucu olan dəyişən (genişlənən) hissənin dalğa aparatından ibarət olan metal quruluşu. Tipik olaraq, bir rupor anten ruporun dar ucuna bağlanmış dalğa aparıcısı ilə idarə olunur.Rupor formasına görə, E-sektoral, H-sektoral, piramidal və konik buynuz antenaları fərqlənir. Rupor antenalar çox genişzolaqlı və təchizatı xəttinə çox yaxşı uyğundur - əslində anten lenti həyəcan verici dalğasının xüsusiyyətləri ilə müəyyən edilir. Bu antenalar radiasiya naxışının arxa loblarının aşağı səviyyədə olması (d40 dB-ə qədər) RF cərəyanlarının ruporun kölgə tərəfinə az sızması səbəbindən xarakterizə olunur. Aşağı qazancı olan rupor antenalar dizaynda sadədir, lakin yüksək (> 25 dB) qazanc əldə etmək ruporun ağzında dalğa düzəldici cihazların istifadəsini tələb edir. Belə qurğular olmadan, anten praktik olaraq uzun olmalıdır. Rupor antenalar həm müstəqil, həm də güzgü və digər antenlərin radiatorları kimi istifadə olunur. Struktur olaraq bir parabolik reflektorla birləşdirilmiş bir rupor antena, tez-tez ruporlu parabolik antena adlanır. Yaxşı bir xüsusiyyət dəsti və yaxşı bir təkrarlama səbəbi ilə, aşağı qazancı olan rupor antenalar tez-tez ölçmə antenaları kimi istifadə olunur. Rupor parabolik antenaya əsaslanan Dicke radiometr olan Holmdeyldəki bir radio teleskopunda Arno Penzias və Robert Woodrow Wilson 1965-ci ildə relikt radiasiyasını kəşf etdilər.
TRT Spor
TRT Spor — TRT tərəfindən yaradılan idman kanalıdır. 2010-cu ildə TRT 3-ün bağlanması planlaşdırılırdı və bu kanal TRT Spor ilə əvəzləndi, lakin TRT-nin 3-cü kanalının televiziya verilişləri səbəbiylə başqa bir kanala ehtiyac yarandı. İtaliya Kuboku Qadınlar Basketbol Super Liqası Əfəler Liqi Dünya Kuboku Yay Olimpiya Oyunları 8 dekabr 2014-cü ildə yayımına başlayan TRT Spor HD, TRT Spor və TRT 3-Spor kanalları HD görüntü keyfiyyəti ilə eyni vaxtda yayımlanır. Türksat 3A 11054 V 30000 3/4 frekans, Eutelsat 7A 10762 V 30000 5/6 frekans, D-Smart 86-cı kanal, Digiturk 86-cı kanal, Filbox 74-cü kanal, CableTV 222-ci kanal və Tivibu 93-cü kanal, Turkcell TV + 70-ci kanaldan izləmək mümkündür.
Umor xan
Umor xan (bolq. Умор; VIII əsr – 766) — Bulqar xanı. 766-cı ildə hakimiyyətdə olmuşdur. Cəmi 40 gün hakimiyyətdə qalmışdır. Uokil sülaləsindən idi. Barəsində məlumat yox deyiləcək qədər azdır.
Uqor dilləri
Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə ob-uqor dillərindən ayrı göstərilmişdir.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Por (Ermənistan)
Por — İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Por (Fransa)
Por (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Fin-uqor dilləri
Fin-uqor dilləri (uqro-fin variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
NTV Spor HD
NTV Spor — "Doğuş Grubu" adlı şirkətin tabeliyində olan idman kanalı. 17 mart 2008-ci il tarixində yayıma başlamışdır. Türkiyə Milli Futbol Komandasının bəzi hazırlıq oyunlarını, Türkiyə Milli Basketbol Komandasının qarşılaşmalarını, La Liqanı və "Turkish Airlines Euroleague"in yayım hüquqları "NTV Spor"a məxsusdur. Kanal 2010-cu ildə "Kral TV"nin analoq yayım tezliklərində yayımlanmağa başlamış və bununla da tamaşaçılarının sayı artaraq ölkə kanalına çatmışdır. 23 iyul 2012-ci il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.
NTV Spor Smart HD
NTV Spor Smart HD - 1 iyul 2013-cü il tarixində D-Smart platformasında və 1 Avqust 2013 tarixində müntəzəm olaraq sınaq yayımına başlayan Doğuş Yayım Qrupu şirkətinin sahibləndiyi idman kanalıdır. Həftədə oynanan 10 La Liqa matçının hamısını yayımladı. Voleybol Avropa kuboku oyunları, atletika və tennis oyunları da bu kanalda yayımlanır. 2013-2014 Euroleague mövsümündə bir oyun bu kanalda, bir oyun NTV Sporda yayımlandı. Digitürkün 2015-ci ildən etibarən La Liqa yayım hüquqlarını əldə etməsi səbəbiylə, artıq La Liqanı yayımlamadı. Kanal D-Smart, "Family paketi" və "Cinema Series paketi" xaricində bütün paket istifadəçiləri üçün açıqdır. Kanal hazırda yalnız yüksək dəqiqlikdə (HD) yayımlanır. Yayım 1 Avqust 2015 tarixindən etibarən dayandırıldı.
APCR
APCR (İngilis dili → Armour-Piercing, Composite Rigid) (Azərbaycan dili → Sərt başlıqlı zireh dağıdıcı) tank əleyhinə mərmi növüdür. Mərminin başlığının içərisində çox sərt bir volfram metal örtüklü nüvəcik mövcuddur. Bu nüvənin xarici hissəsi daha yumşaq alüminium metal qapaq ilə örtülmüşdür. Mərmi tanka dəyəndə alüminium hissəsi dərhal dağılır, lakin volfram başlığı zirehə nüfuz edir və tankın içərisinə təsir göstərir. Beləliklə, tankın içindəki heyəti, avadanlıqları zərərsizləşdirə bilir. Bu mərmiyə Amerikalılar High Velocity Armour Piercing (HVAP) (Azərbaycan dilində → Lülədən yüksək çıxış sürəti olan zireh dağıdan mərmi); Almanlar isə Hartkernmunition deyirlər.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.
Epos
Epos — hər bir xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edən folklor əsəri. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə edən dastançılıq düşüncəsidir. Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir. Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün dastanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi, dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
Ftor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
KFOR
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Mukor
Mukor — çürümüş meyvənin, çörəyin və digər ərzaq məhsullarının üzərinə yığılan ağ kif göbələyidir. Bu göbələk çürümüş məhsulların təkibində olan zülallarla qidalanır. O, çürümüş meyvə, çörək və hətta ölmüş heyvanların cəsədinin üzərində olur. Bu göbələk parazit deyil, çünki o meyvələrin çürüyüb gözdən itməsinə (məhv olmasına) kömək edir.Sporları xüsusi strukturlarda-sporangilərdə yaranır Mukor sporlama yolu ilə çoxalır. Göbələyin uc hissəsində kürə formasında olan sporangilər vardır ki, bu da yetişdiyi zaman partlayır və yeni mukorlar əmələ gəlir. Bu proses başlıqların (sporangilərin) qaraldığı zaman baş verir. Mukorun əsas xüsüsiyyəti ondadır ki, o, təkhüceyrəli və çoxnüvəli bir göbələkdir. Mukorlar sırası 360-dan artıq növü cəmləyir. Sıranın ən geniş yayılmış qruplarından biri kif göbələyidir. Əsasən, saprotrof həyat tərzi keçirirlər.
Nyor
Nyor (rayon)
İPod
iPod (azərb. ay-pod‎) — Apple şirkəti tərəfindən hazırlanmış portativ media oxuducularının ticarət nişanıdır. Verilənlərin saxlanılması üçün iPod-da sərt disk və ya fləş yaddaş istifadə edilir. Brendin debütü 21 oktyabr 2001-ci il tarixində baş verib. 5 sentyabr 2007-ci il tarixinə olan məlumata əsasən, bütün dünya üzrə 110 milyondan çox iPod pleyeri satılmışdır. İndiki zamanadək iPod bir neçə seriyadan olan məhsullar istehsal etmişdir:iPod classic,iPod touch və iPod nano. Həmçinin bura ekranı olmayan iPod shuffle modelini də əlavə etmək olar.
GPON
Gigabit-capable passive optical network (GPON) və ya G.984 — gigabit tutumlu passiv optik şəbəkənin (GPON) tətbiqi üçün ITU-T standartı. O, adətən FTTP xidmətlərinin müştəri ilə ən uzaqdakı əlaqəsini (son kilometr) həyata keçirmək üçün istifadə olunur. GPON optik mühitə və ona daxil olmaq üçün istifadə olunan cihaza tələblər qoyur və Ethernet kadrlarının optik siqnala çevrilmə üsulunu, həmçinin həmin siqnalın parametrlərini müəyyən edir. OLT və ONT-lər arasında vahid əlaqənin ötürmə qabiliyyəti 2,4 Gbit/s aşağı , 1,2 Gbit/s yuxarı və ya nadir hallarda simmetrik 2,4 Gbit/s təşkil edir və standartın müəyyən etdiyi TDMA protokolundan istifadə edərək 128 ONT-yə qədər paylaşılır. GPON xətaların düzəldilməsi (Reed-Solomon) və şifrələmə (AES) üçün protokolları müəyyənləşdirir, identifikasiyanı (LOID, seriya nömrəsi və/və ya parol) daxil edən xətt nəzarəti (OMCI) üçün protokolu müəyyən edir. GPON-un tətbiq edilməsi bir çox ümumi xüsusiyyətləri bölüşsə də, əksər xüsusiyyətlər qeyri-müəyyən olaraq qaldı, buna görə də praktikada müxtəlif tətbiqlər arasında uyğunluq azdır. Xüsusilə, istifadə ediləcək fiber kabel və birləşdiricilərin dəqiq növü müəyyən edilməyib. OLT kimi tanınan əsas optik ötürücü, telekommunikasiya operatorunun mərkəzi ofisində yerləşir. OLT-dəki lazer, fotonları mərkəzi ofisdən passiv optik ayırıcıda bitən şüşə və plastik fiber-optik kabelə göndərir. Splitter mərkəzi ofisdən gələn vahid siqnalı 64-ə qədər istehlakçıya göndərilə bilən siqnallara bölür.
Igor
Igor — amerikalı repçi Tyler, the Creator-un beşinci studiya albomu. 17 may 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
İqor
İqor — ad. İqor Ametov — texnika elmləri doktoru, professor. İqor Burqanov — Rusiyanın Əməkdar rəssamı, professor. İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Yusufov — rus dövlət xadimi, biznesmen.