Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəyanətə uğramış inqilab
Xəyanətə uğramış inqilab: SSRİ nədir və o, hara gedir? (rus. Преданная революция: Что такое СССР и куда он идёт?) — 1936-cı ildə Lev Trotski tərəfindən yazılmış 1930-cu illərdə SSRİ-nin vəziyyəti haqqında kitab. Bu, müəllifin ən mühüm əsərlərindən biridir. Məqalədə sovet siyasi rejimi təhlil edilir: o, "deformasiyaya uğramış fəhlə dövləti" və "bürokratik mütləqiyyət" kimi müəyyən edilir və onun gələcək inkişafını proqnozlaşdırır; Sovet Rusiyası ilə nasist Almaniyası arasında paralellər aparılır; qarşıdan gələn müharibə haqqında proqnoz verilir. Kitab stalinizmi tənqid edir. Bir çox dillərə tərcümə edilmişdir; Sovet İttifaqında ilk dəfə 1991-ci ildə nəşr edilib.
Bols-Pramid adası
Bols-Pramid (ing. Ball's Pyramid) — Tasman dənizində yerləşən, yaşayış olmayan vulkanik ada. Avstraliyaya aid ada ümumdünya irsi siyahısına daxildir. Lord Houv adasından 20 km cənub-şərqdə yerləşir, elə həmin ada ilə birlikdə 1788-ci ildə kəşf edilmişdir. Ada uzaqdan yelkəni və ya piramidanı xatırladır. Bols-Piramid Yer üzündə ən yüksək vulkanik uçurumdur. == Coğrafiyası == Ada inzibati baxımından Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisinə daxildir və 21 iyun 2000-ci ildən Lord Houv dəniz parkının bir hissəsidir. Adanın maksimal hündürlüyü 562 metrdir. Uzunluğu isə 200 m təşkil edir. Onun yaxınlığında bir neçə kiçik qayalıqlar yardır.