Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Slovo binası

Slovo Evi
Slovo Evi ukr. Будинок «Слово» — 2017-ci ildən Ukrayna tammetrajlı sənədli filmi, rejissoru Taras Tomenko. Filmin Ukrayna premyerası 27 oktyabr 2017-ci ildə Xarkovda baş tutdu. 2017-ci ildə film Varşava Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında iştirak etmişdir. 2018-ci ildə film "Ən yaxşı sənədli film" nominasiyasında Ukraynanın "Qızıl top" milli kino mükafatını aldı. 1920-ci illərin sonunda o vaxtkı Ukrayna SSR-in paytaxtı Xarkovda Stalinin xəbəri ilə Ukrayna yazıçıları və ittifaq respublikasının digər mədəniyyət xadimləri üçün ev tikilirdi. Bina Xarkov şəhər memarı Mixail Daşkeviç tərəfindən layihələndirilib. Burada sakinlərin rahatlığı üçün hər şey nəzərdə tutulub: geniş, işıqlı otaqlar, hündür tavanlar, böyük pəncərələr. Sakinlərin istirahəti üçün yaxınlıqda park salınıb. Altmış dörd rahat mənzil, yeməkxana, solaryum, xidmət personalı ədəbiyyat yaradıcıları üçün əsl cənnətdir.