RƏMZ

сущ.
1. символ:
1) предмет, действие и т.п. , служащие условным обозначением какого-л. понятия, идеи. Göyərçin sülhün rəmzidir голубь – символ мира; qardaşlıq rəmzi символ братства, tarixi nailiyyətlərin rəmzi символ исторических завоеваний, səylərin rəmzi символ усилий, canlı rəmz живой символ
2) лит. художественный образ, условно передающий какую-л. мысль, какие-л. переживания. Bədii rəmzlər художественные символы
2. rəmzlər атрибуты (характерные признаки). Dövlətçilik rəmzləri атрибуты государственности (гимн, герб и т.п. )
RƏMMALLIQ
RƏMZİ
OBASTAN VİKİ
Apostol inam rəmzi
Apostol inam rəmzi — ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir.
Aypara və ulduz rəmzi
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan rəmzləri — Azərbaycan Respublikası və azərbaycanlılarda tarixən və ya müasir dövrdə istifadə edilmiş rəmzlər. == Rəsmi rəmzlər == == Qeyri-rəsmi rəmzlər == === Tarix === Qobustan qoruğu. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Simvol olaraq, Azərbaycan poçt markalarında və əskinasında təsvir edilib. Odlar Yurdu. Təbii resurslarına görə Azərbaycanı təsvir etmək üçün istifadə edilən şüardır. Bu konsept Azərbaycan gerbində də yer almışdır. Turizm reklamlarında istifadə edilmiş, xarici dillərdə "Azərbaycan" mənasında bədii ifadə kimi işlədilmişdir. Qız qalası. Bakı şəhərinin simvoludur.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürü. Cümhuriyyət elan edildiyi gündən (1918, 28 may) dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət verildi. Ən mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Daha sonra isə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himni də qəbul edildi. == Dövlət bayrağı == 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi. O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan anti-azərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
Azərbaycan rəmzləri
Azərbaycan rəmzləri — Azərbaycan Respublikası və azərbaycanlılarda tarixən və ya müasir dövrdə istifadə edilmiş rəmzlər. == Rəsmi rəmzlər == == Qeyri-rəsmi rəmzlər == === Tarix === Qobustan qoruğu. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Simvol olaraq, Azərbaycan poçt markalarında və əskinasında təsvir edilib. Odlar Yurdu. Təbii resurslarına görə Azərbaycanı təsvir etmək üçün istifadə edilən şüardır. Bu konsept Azərbaycan gerbində də yer almışdır. Turizm reklamlarında istifadə edilmiş, xarici dillərdə "Azərbaycan" mənasında bədii ifadə kimi işlədilmişdir. Qız qalası. Bakı şəhərinin simvoludur.
Karaimlər milli rəmzləri
Kəraimlər milli rəmzləri — kəraim xalqının rəmzləri. O cümlədən, milli bayraqları, gerbi və senek ilə kalka damğaları. == Bayraq == Kəraimlər milli bayrağı üç bərabər həttən ibarət düzbucaq formadadır. Yuxarı hətti mavidir, orta hətt ağdır, aşağı hətt isə sarıdır. Mavi rəng göyün, ağ xeyirin, sarı isə günəşin və odun rəmzidir. == Gerb == Heraldik tirin formasında olan kəraimlər milli gerbində ikiboynuzlu mizraq (senek), kalkan, qava divarı və qazzanın ənənəvi qeyimi olan papaq ilə tallit var. Kəraimlərin milli rənqləri işlənilir: qala divarların arxa planı şəkildə göy işlənilib, silahın arxa planı ağdır, tirin isə sarı rəngdir. Bu gerb Trakayda kəraim kenasanın girişində və Vilnüs kenasanın mizində yerləşdirilib. 2008-ci ildə senek kəraimlərin rəmzi olaraq, Litvanın Panevej qəzasının Panevej rayonuda yerləşən Nauyamestis mesteçkonun gerbinə əlavə olunub. O, həmçinin Litva və Polşa kəraimlərinin rəsmi saytlarında işlənilir.
Kəraimlər milli rəmzləri
Kəraimlər milli rəmzləri — kəraim xalqının rəmzləri. O cümlədən, milli bayraqları, gerbi və senek ilə kalka damğaları. == Bayraq == Kəraimlər milli bayrağı üç bərabər həttən ibarət düzbucaq formadadır. Yuxarı hətti mavidir, orta hətt ağdır, aşağı hətt isə sarıdır. Mavi rəng göyün, ağ xeyirin, sarı isə günəşin və odun rəmzidir. == Gerb == Heraldik tirin formasında olan kəraimlər milli gerbində ikiboynuzlu mizraq (senek), kalkan, qava divarı və qazzanın ənənəvi qeyimi olan papaq ilə tallit var. Kəraimlərin milli rənqləri işlənilir: qala divarların arxa planı şəkildə göy işlənilib, silahın arxa planı ağdır, tirin isə sarı rəngdir. Bu gerb Trakayda kəraim kenasanın girişində və Vilnüs kenasanın mizində yerləşdirilib. 2008-ci ildə senek kəraimlərin rəmzi olaraq, Litvanın Panevej qəzasının Panevej rayonuda yerləşən Nauyamestis mesteçkonun gerbinə əlavə olunub. O, həmçinin Litva və Polşa kəraimlərinin rəsmi saytlarında işlənilir.
Murat Rəmzi
Murat Rəmzi (tatar. Морат Рәмзи; 10 oktyabr 1854 — 2 aprel 1934) — Rusiya müsəlmanlarının elm və din xadimi, dini lider, tarixçi, çar Rusiyasında yaşayan türklərin tarixinə həsr olunmuş iki cildlik “Talfik əl-ahbar” əsərinin müəllifi. II Ümumrusiya Müsəlmanları Qurultayının nümayəndəsi. == Bioqrafiyası == Murat Rəmzi 10 oktyabr 1854-cü ildə (digər mənbələrə görə, 25 dekabr 1855-ci ildə) Orenburq vilayətinin Menzelinsky rayonunun (indiki Tatarıstan Respublikasının Sarmanovski rayonunun Almetyevo kəndi) Almetmullino kəndində anadan olmuşdur. Əslən Bayar qəbiləsindən olan bir başqırddır. Mənbələrə görə, ata Batırşax başqırd əkinçisi idi. Ana Fəxri-Cihan Nurkey kəndinin başqırdlarından gəlmiş və Rizaəddin bin Fəxrəddinin uzaq qohumu idi. Murat doqquz yaşında ərəb qrammatikasını yaxşı bilirdi, on bir yaşında kalam öyrənməyə başladı. Əmisi Muratın valideynlərinə uşağı Şiqabutdin Mərdjani mədrəsəsinə, Kazana oxumağa göndərməsini tövsiyə etdi. == Yaradıcılığı == Şeyx Rəmzini daha çox Volqa bölgəsindəki, Uraldakı və Qərbi Sibirdəki türklərinin və islamın tarixi idi.
Nizami Rəmzi
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi. Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu. == Həyatı == === Erkən illəri === Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır. Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi == Həyatı == Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Qazaxıstanın dövlət rəmzləri
Qazaxıstan Respublikasının dövlət rəmzləri — Qazaxıstan Respublikası Konstitusiyasının orijinal mətni, Dövlət Bayrağı və Qazaxıstan Respublikasının Dövlət Gerbi standartları Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində, Qazaxıstan Respublikasının standartları olduğu Qazaxıstan Respublikası Dövlət Bayrağı və Dövlət Gerbi Qazaxıstan Respublikası Prezidentinin Akorda iqamətgahında saxlanılır. Bunlara daxildir: Qazaxıstan Respublikasının dövlət bayrağı - 1992-ci ildən bəri, günəşin ortasında, 32 şüalı təsviri olan düzbucaqlı mavi bir parça, altında uçan qızıl qartal var, dirək milli ornamentli şaquli zolaqdır. Qazaxıstan Respublikasının Dövlət Gerbi - 4 iyun 1992-ci ildən bəri Jandarbek Malibekov və Şot-Aman Ualixanovun müəllifləri olan shanyrak (yurdun yuxarı tağlı hissəsi) şəklidir. Qazaxıstan Respublikasının Dövlət Himni, Konstitusiya Qanununda nəzərdə tutulmuş hallarda səsləndirilən musiqili və poetik bir əsərdir. 7 yanvar 2006-cı ildən bəri, Jumeken Najimedenovun (1956) sözləri ilə bəstəkar Şamşi Kaldayakovun musiqisinə 1956-cı ildə yazılmış populyar "Mənim Qazaxıstanım" (Менің Қазақстаным) mahnısı, Qazaxıstan Respublikasının himni oldu, mətndə dəyişikliklər Nursultan Nazarbayev tərəfindən 2005-ci ildə edilmişdir. == Respublikanın dövlət rəmzləri haqqında Qazaxıstan qanunvericiliyi == Qazaxıstanın 1993-cü il Konstitusiyasına görə “Cümhuriyyət vətəndaşı dövlət rəmzlərinə - Gerb, Bayraq, Himnə hörmət etmək məcburiyyətindədir” (Maddə 31). 1995-ci ildə yeni Konstitusiya qəbul edildikdən sonra, 24 yanvar 1996-cı ildə respublikanın simvolları haqqında vahid konstitusiya qanunu prezident fərmanı şəklində çıxdı və 2007-ci il 4 iyun tarixində yeni "Dövlət haqqında" Rəmzlər ". Cinayət Məcəlləsi dövlət rəmzlərinin təhqir olunmasına görə məsuliyyət müəyyən edir: Maddə 317. Qazaxıstan Respublikasının dövlət rəmzlərinin ləkələnməsi Qazaxıstan Respublikasının dövlət rəmzlərinin ləkələnməsi - min manatdan iki minədək aylıq hesablama göstəricisi miqdarında cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. == Dövlət bayrağı == Qazaxıstan Respublikasının Dövlət Bayrağı Qazaxıstan Respublikasının əsas dövlət rəmzlərindən biridir.
Qırğızıstanın dövlət rəmzləri
Qırğızıstanın dövlət rəmzləri — Qırğızıstan bayrağı, gerbi və himninə verilən ad. Dövlət rəmzləri Qırğızıstan Respublikası Konstitusiyasının 1-ci fəslinin ("Konstitusiya Sisteminin Əsasları") 14-cü maddəsində təsbit edilmişdir. == Bayraq == Qırğızıstan bayrağı 3:5 nisbətdə olan düzbucaqlı qırmızı bir paneldən ibarətdir. Bayrağın ortasında bir günəş və ondan çıxan qırx qızıl rəngli şüalar təsvir edilmişdir. Günəşin içərisində Qırğızıstandakı alaçıqlarda istifadə edilən şanırak təsvir edilmişdir. == Gerb == Qırğızıstan gerbinin aşağı hissəsində mavi dairə, ön planda ağ şahin, mavi göl, yuxarı hissəsində təpəsi ağ, yamacları isə mavi rəngdə verilmiş Qırğız ala dağları, o cümlədən günəş və ondan saçılan qızıl rəngli şüalar təsvir olunmuşdur. Gerbin yuxarı hissəsində ağ rəngdə "Qırğız", aşağında isə "Respublikası" yazılmışdır. Gerbin yan tərəflərində pambıq sapları və qızıl rəngdə buğda sünbülləri var.
Rəmzi Novruzov
== Siyahı ==
Rəmzi Yüzbaşov
Yüzbaşov Rəmzi Möhsün oğlu (5 may 1906, Şamaxı – 31 oktyabr 1990, Bakı) — coğrafiya elmləri namizədi, Azərbaycanın toponomikasının, xüsusilə coğrafi obyektlərin adlarının mənşəyinin öyrənilməsində gərgin əmək sərf edən alim. == Həyatı == Rəmzi Yüzbaşov 5 may 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atası və anası öldüyündən, xalasının himayəsində böyümüşdür. 1913-cü ildə rus-tatar məktəbinə daxil olmuş, məktəbi 1917-ci ildə bitirmişdi. Həmin il Şamaxı realnı məktəbinə qəbul olunmuşdur. O, 1919-cu ildə Bakıya köçüb, Bakıda Birinci real məktəbində təşkil edilmiş milli (3-cü) sinfə daxil olmuş və Sovet vaxtı 1924-cü ildə ikinci dərəcəli məktəbi bitirmişdi. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olub, 1931-ci ildə Ali Pedaqoji İnstitutu (1930-cu ildə universitet ayrı-ayrı institutlara ayrılmışdı) bitirdikdən sonra, qısa müddət Gədəbəydə məktəb müdiri vəzifəsində, 1931–1933-cü illərdə Azərbaycan SSR Maarif Komissarlığında təlimatçı, 1933–1938-ci illərdə Bakıda Xalq Maarif Komissarlığında inspektor vəzifəsində, daha sonra isə məktəbdə müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1935–1936-cı illərdə Azərbaycan Şura Ensiklopediyası idarəsində elmi işçi vəzifəsində də işləmişdir. 1938-ci ildə Akademiyanın Azərbaycan filialının fiziki-coğrafiya ixtisası üzrə aspiranturasına daxil olaraq oranı 1941-ci ildə bitirmişdi. Dissertasiya müdafiəsinə bir-iki ay qalmış Böyük Vətən müharibəsi başlamış və 1941–1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak etmişdir.
Rəmzi Əsgərov
== Siyahı ==
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Rəmziyə Tarsinova
Rəmziyə Tarsinova (krımtat. ; 9 dekabr 1926, Simferopol – 7 aprel 2021, Krım) — Sovet tacik, krım tatar və ukraynalı rəqqas, xoreoqraf. Qaytarma ansamblının bədii rəhbəri (1992–2016). Tacikistan SSR xalq artisti (1983). Ukraynanın əməkdar artisti (2020). == Bioqrafiyası == 9 dekabr 1926-cı ildə Simferopolda anadan olmuşdur. Atası rəqqas və xoreoqraf Useyn Bakkal (1897–1973), anası pianoçu Zore İsmayılova, bacıları Pakizə, Tamilla və Ruşena. Beş yaşında rəqs etməyə başlayır. V. Xarçenkonun rəhbərliyi altında Simferopoldakı uşaq rəqs studiyasında təhsil alır. Simferopol Balet Studiyasını bitirir.
Zəkanın rəmzləri (Tisian)
Zəkanın rəmzləri — İtaliyalı məşhur rəssam Tisian tərəfindən 1565-1570-ci illərdə kətan üzərində yağlı boya ilə çəkilmiş alleqorik rəsm əsəri. Əsər Londonda, Milli Qalereyada saxlanılır. Əsərdə üç müxtəlif heyvan (canavar, şir və it) başı üzərində üç istiqamətdə baxan insan başları təsvir edilmişdir. Üç insan başı Sfinksin məşhur müəmması kimi, insanın üç yaş dövrünün (gənclik, yetkinlik və qocalıq) rəmzləri kimi təsvir edilmişdir. Əsərdə təsvir edilən insanlardan birinin rəssamın oğlu Orazio, digərinin Tisianla birgə çalışan gənc xalası oğlu Marko Veçellio, üçüncünün isə rəssamın özü olduğu güman edilir. Tisian 1567-ci ildə də avtoportretini çəkmişdi və həmin əsərlə "Zəkanın rəmzləri" müqayisə edilir. Digər üzlər də həmçinin Tisianın həmdövr əsərlərindəki başqa simalarla müqayisə edilir. Bu əsər Tisianın şüarı olan yeganə əsəridir: "EX PRAETERITO/PRAESENS PRUDENTER AGIT/NE FUTURA ACTIONẼ DETURPET" – Keçmiş təcrübədir, gələcəyinin qənaətbəxş olması üçün bu gün ehtiyatlı ol!
Şotlandiya dövlət rəmzləri
Şotlandiyanın dövlət rəmzlərinə bayraqlar, ikonalar həmçinin Şotlandiya və onun mədəniyyətinin ruhunu təcəssüm etdirən mədəni hadisələr aid edilir. Adətən bu milli rəmzlər Şotlandiya folklorı və adət-ənənələrindən qaynaqlanan, bəzilərinin rəsmi dövlət statusu olan mədəni ikonalardır. Bir çox rəmzlərin milli və beynəlxalq aləmdə rəsmi status almamasına baxmayaraq, bəziləri məsələn Şotlandiyanın rəsmi gerbi heraldikada əksini taparaq Şotlandiyanın rəsmi və tanınan rəmzi kimi qəbul edilmişdir. == Bayraqlar == == Heraldika == == Himn == Şotlandiyanın rəsmi himni yoxdur. Qeyri-rəsmi himn adına bir neçə mahnı iddialıdır: Flower of Scotland milli komandalrın idman yarışları zamanı ifa edilir, 2010-cu ildən Birlik oyunlarında Şotlandiya komandalarının çıxışı zamanı ifa edilir. Scotland the Brave Highland Cathedral Scots Wha Hae A Man's A Man for A' That.
Serbiyanın dövlət rəmzləri
Serbiya Respublikasının dövlət rəmzləri — Serbiyanın və Serb xalqının və ya Serb mədəniyyətinin simvolları olan Serbiyanın xüsusi fərqləndirici obyektləridir. Bu simvollar bunlardır: Dövlət Bayrağı, Dövlət Gerbi, Dövlət Himni. Rəsmi statusu olmayan, lakin milli və ya beynəlxalq səviyyədə tanınan başqa simvollar da var.
Dövlət Rəmzləri Muzeyi
Dövlət Rəmzləri Muzeyi (Tərtər)
Dövlət Rəmzləri Muzeyi (Tovuz)
Dövlət Rəmzləri Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzey. == Tarixi == Muzey 4 mart 2020-ci ildə açılmışdır. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. == Xüsusiyyətlər == Muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılmışdır. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.
Dövlət Rəmzləri Muzeyi (Tərtər)
Dövlət Rəmzləri Muzeyi – Azərbaycanın Tərtər şəhərində yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzey. == Tarixi == Muzey binasının inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmışdır. 3 iyun 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuşdur. Muzeyin yaradılma ideyası İlham Əliyevə məxsusdur. == Xüsusiyyətlər == Muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. İnşa olunduğu meydanın sahəsi isə 0,12 hektardır. Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir.
Rəmzi Nafi
Rəmzi Nafi və ya Rəmzi Nafi Rəşid Ağa (kürd. ڕەمزی نافیع ڕەشید ئاغا/Remzî Nafî' Reşîd Axa; 1917 – 1949) — İraq siyasi xadimi, kürd milliyətçisi. O, 1943-cü ildə, İkinci Dünya müharibəsi zamanı İraqda Britaniya mandatını sarsıtmaq daşıyan uğursuz əməliyyatda Almaniya hərbi kəşfiyyatı "Abver ilə əməkdaşlıq etmişdir. Britaniya işğalına qarşı üsyanı qızışdırmaq müqabilində Rəmzi Nfiyə Adolf Hitlerdən muxtar kürd milli dövlətinin qurulmasında kömək vəd edilmişdi. Rəmzi Nəfinin nasional-sosialist ideologiyasının nümayəndəsi olub-olmaması və ya nasist rejimi ilə əməkdaşlığının Kürdüstanın müstəqilliyi məsələsində sırf fürsətçi xarakter daşımağı ilə bağlı müzakirələr davam edir. Uğursuz "Mamont" əməliyyatında əsas rol oynadığına görə Rəmzi müasir kürd tarixində bəziləri tərəfindən hörmət edilən, digərləri tərəfindən isə tənqid edilən son dərəcə qütbləşdirici bir fiqur olaraq qalır. == İstinadlar == == Əlavə ədəbiyyat == Ramzi Nafi', der große Märtyrer, den die Stadt Hawler opferte. Mas'ud Mohamad 1985. Werner Brockdorff: Geheimkommandos des Zweiten Weltkrieges. Wels 1967, ISBN 3-88102-059-4.
Ukrayna Prezidentinin rəsmi rəmzləri
Ukrayna Prezidentinin 29 noyabr 1999-cu il tarixli Fərmanına əsasən, dövlət başçısının aşağıdakı rəsmi rəmzləri tanınır (ukr. Oфіційні символи глави держави): Ukrayna Prezidentinin ştandartı, Ukrayna Prezidentinin döş nişanı, Prezidentin rəsmi möhürü, Ukrayna Prezidentinin rəsmi möhürü və Ukrayna Prezidentinin qırğızı. == Ukrayna Prezidentinin ştandartı == Ukrayna Prezidentinin etalonunu Böyük Vladimir dövlətinin (Ukraynanın kiçik dövlət gerbi) qızıl knyazlıq işarəsinin mərkəzində təsviri olan mavi kvadrat paneldir. Panel qızılı çərçivə ilə haşiyələnmiş və qızıl saçaqla bəzədilmişdir. == Ukrayna Prezidentinin döş nişanı == Ukrayna Prezidentinin yaxalığı asma medalyon, 6 minalı medalyon və 16 dekorativ halqadan ibarət orden zəncirinin formasına malikdir. Ukrayna Prezidentinin işarəsi 585 ağ və sarı qızıldan hazırlanıb, onun bütün elementləri fiqurlu üzüklərlə bir-birinə bağlıdır. Prezident nişanının çəkisi təxminən 400 qramdır. == Ukrayna Prezidentinin rəsmi möhürü == Ukrayna Prezidentinin rəsmi möhürü yuvarlaq formaya malikdir. Mərkəzdə Ukraynanın kiçik dövlət gerbinin təsviri var, yuxarıda dairədə "Ukrayna Prezidenti" yazısı var. Ukrayna Prezidentinin rəsmi möhürü Ukrayna Prezidentinin diplomlarında, prezident fərqlənmə sertifikatlarında və fəxri adlarında, habelə Ukrayna Prezidentinin digər dövlətlərin başçılarına ünvanladığı məktublarda Ukrayna Prezidentinin imzasını təsdiq etmək üçün istifadə olunur.

Значение слова в других словарях