Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Tekab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Təkab
Təkab (fars. تکاب‎) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi.
UEKAE
UTECA
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Şərabçılığın texnologiyası” ixtisasını birləşdirməklə yaradılıb.Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. == Maddi-texniki bazası == Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Zəkat
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Ağqala (Təkab)
Ağqala (fars. اق قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Etimologiyası == Bu kəndin adı azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. == Coğrafiya == Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10,000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] === Milli tərkibi === Durbaş kəndində yaşayanların şiə etiqadlı azərbaycan türklərindən ibarətdirlər.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Təkab Şəhristanı
Təkab şəhristanı (fars. شهرستان تکاب‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Təkab (Tikantəpə) şəhəridir. Şəhristanın ərazisi 2,523 km²-dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 17 618 ailədə 81 395 nəfər (kişilər - 40 161 nəfər, qadınlar - 41 234 nəfər) olmuşdur.Təkab şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər yaşayırlar.Bölgədə yaşayan azərbaycanlılar, Azərbaycan dilində (əfşar şivəsində), kürdlər isə soran ləhcələsində danışırlar. == Təkab şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Təkab (Tikantəpə) DEHİSTANLARI: Əfşar dehistanı KƏNDLƏRİ: Badarlı (Padarlı), Badxərid / Vixer, Çahartağ, Çiçəkli, Feyzabad, Qalacıq, Qaraqaya, Qocur, Sarıcalı, Oğulbəy, Yolqunağac Ənsar dehistanı KƏNDLƏRİ: Ağqala, Ərəbşah, Asmanbulağı, Ayqalası, Durbaş, Gəzdərə, Hacıbabay-i Ülya, Hacıbabay-i Süfla, Hacıbabay-i Vusta, Kotan-i Ülya, Qırxlı, Sabil, Tamay, Taşəkabud / Taşkabud Kərəftu dehistanı KƏNDLƏRİ: Əliabad-i Noxuddərə, Ağabəy, Badmahmud, Boluz (Bolus), Çaharqala, Çəpdərə, Dərvişrəş, Daşbulaq, Noxuddərə, Pəhləvan, Qarababa, Güldərə-i Ülya, Güldərə-i Süfla, Qoca, Sarıbağ, Sarıqurğan, Təpəbur, Taskənd, Tondarlı (Dondarlı), Yəhərli Təxt-i Süleyman bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Əhmədabad dehistanı KƏNDLƏRİ: Əhmədabad-i Ülya, Əhmədabad-i Süfla, Alçalı-i Ülya, Alçalı-i Süfla, Əminabad, Anqurud / Ənqurud, Ağotaq, Ağdərə-i Ülya, Ağdərə-i Süfla, Ağdərə-i Vusta, Ərəbşah, Arpaçayı, Çıraqtəpə-i Ülya, Çıraqtəpə-i Süfla, Güləgülə, Həsənabad, Cidaqaya, Qaynarca, Şirmərd, Yarəziz, Yengikənd, Zərəşoran, Zinharkəndi / Zinhar Çəmən dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Həmədani, Ağbulaq-i Ülya (yerli əhalinin dilindəki əsl adı Baş Ağbulaq), Babanəzər, Birincə, Günbəd, Gögərdçi (Göyərdici / Göyərçin (?)), Hampa, Üçhisar, Qarabulaq, Qaranaz, Qarovulxana, Qızılqışlaq, Qoşabulaq, Quşxana-i Ülya, Təzəkənd-i Nüsrətabad, Tumarkəndi Sarıq dehistanı KƏNDLƏRİ: Alasaqqal, Başbarat, Çöplü, Daş Qızqapan, Doldolbulağı, Göyağac, Kərimabad, Xarxar, Kusəpiri, Mayinbulaq, Nəbikəndi, Qaraömər, Tərməkçi == Görməli yerlər == Balqız dağı (və ya Bilqeys - Balqız dağının farslaşdırılmış adıdır) - türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür. Divzindanı dağı (və ya Zindan dağı) - 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir. Ətrafında bizim eradan əvvəl 1000 il öncəsinə - o dövrdə mövcud olmuş Manna dövlətinə aid abidələr vardır.
Təkan (Çaroymaq)
Təkan (fars. تكان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Ağbulaq-i Həmədani (Təkab)
Ağbulaq-i Həmədani (fars. اغبلاغ همداني‎‎) - İranın Qərbi Azərbaycan ostanının Təkab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (24 ailə).