Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uvays Axtayev
Uvays Majidoviç Axtayev (rus. Ува́йс Мажи́дович Ахта́ев; 26 dekabr 1930 – 12 iyun 1978, Qroznı) — sovet basketbolçusu. Basketbol üzrə SSRİ millisinin üzvü. 1947–1957-ci illərdə Almatı şəhərinin "Burevestnik" komandasında çıxış edirdi. 26 dekabr 1930-cu ildə Çeçen-İnquş MSSR Şatoy rayonunun Vaşendaroy kəndində anadan olub. 23 fevral 1944-cü ildə Karaqandaya (Qazaxıstan SSR) deportasiya edildi. Uşaqlıqda həmyaşıdları arasında çox da fərqlənmirdi. Yeniyetməlik dövründə sürətlə böyüməyə başladı. Sürgün zamanı təxminən 2 metr boya sahib idi. Sürgünün ilk illərində bir çox çeçen və inguş aclıq və çətinlik üzündən öldü.
Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Üveys Paşa
Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası. Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir. Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir. Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir. Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Sultan Üveys Cəlayır
Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı. 1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır. Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı. Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı.
Sultan Üveys xan
Sultan Üveys xan(Uyğurca: سلطان وایس خان‎‎); ?—1428) — Moğolustan hakimi, Şirəli Xıdırın oğlu. Sultan Üveys xan Cığatay ulusundan, Tuğluqteymurlu sülaləsindən Şirəli Xıdırın oğludur. Doğum tarixi məlum deyil. Gənc yaşlarından Şirməhəmməd xana qarşı hakimiyyət mübarizəsinə başlamışdı. Onun qəfil ölüm səbəbilə, Əmir Xudadadın yardımı ilə xanlıq taxtına əyləşmişdi. Sultan Üveys xan İslama ürəkdən bağlanmışdı. Bütün moğollara müsəlmanlara qarşı talançı yürüşlərə yasaq qoymuşdu. Kalmaklara (oyratlara) qarşı qəzavat ilə məşğul idi. Məğlubiyyətə uğramış, iki dəfə əsir düşmüşdü. Tarixçi Mirzə Heydər Duqlatın şəhadətinə görə kalmaklara qarşı 61 yürüş etmişdi.
Coşua Vays
Hays Qanunu
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Hays kodeksi

Ketrin Hays
Kathryn Hays (26 iyul 1933 – 25 mart 2022, Ferfild[d], Konnektikut) — alman aktrisa. == Filmoqrafiyası == === Kino === Counterpoint (1968) === Televiziya === Hawaiian Eye (1962) Surfside 6 (1962) Naked City (1962) The United States Steel Hour (1963) Dr. Kildare (1963) Route 66 (1963) The Lieutenant (1963) The Eleventh Hour (1963) The Nurses (1964) Mr.
Peter Vays
Peter Vays (alm.
Reyçel Vays
Reyçel Hanna Vays (ing. Rachel Hannah Weisz; 7 mart 1970[…], Vestminster, İngiltərə, Birləşmiş Krallıq) — İngilis aktrisa.
Vays Siti
Vays Siti (ing. Vice City) — Rockstar Gamesin yaratdığı Grand Theft Auto seriyasında istifadə edilən uydurma bir şəhər. Real həyatdakı Mayami şəhərinin parodiyasıdır. Vays Siti bir neçə adadan ibarət olan böyük bir şəhərdir. Ətrafı dəniz ilə çevrələnmişdir. Şəhərdə qərb yaxası və şərq yaxası olmaqla iki böyük ada vardır. İki yaxanın arasında iki kiçik ada olan Starfiş və Praun adaları var. Şəhər qərb yaxasının cənubunda yerləşir. Varlılar Starfiş adasında, orta sinif şərq yaxasında, kasıblar isə qərb yaxasında yaşayırlar. Praun adasında isə sadəcə Strit Vannabe qrupuna aid evlər var.
Tarix-i Şeyx Üveys
Tarix-i Şeyx Üveys — XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356–1374) həsr olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304–1359-cu illərdə baş vermiş hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü prosesi işlənilir. Əsərdə Qızıl Orda hökmdarı Canı bəyin yürüşlərindən, Azərbaycanı tutmasından, Çobani hakimiyyətindən, Çobanilər ilə Qızıl Orda arasındakı mübarizədən və nəhayət Cəlairi Üveysin dövründən söhbət açılır. Əsər Azərbaycanın tarixindən ayrılıqda bəhs etmir, lakin bir sıra mənbələrdə Azərbaycana xüsusi diqqət yetirilmiş, burada baş vermiş hadisələrin təsvirinə geniş yer verilmişdir. Bu cəhətdən Əbu Bəkr əl-Qütbi əl-Əhərinin "Tarixi Şeyx Üveys" əsəri müstəsna əhəmiyyət kəsb edir. Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. Farscadan tərcümə M. D. Kazımov və V. Z. Piriyevdir. Bakı, 1984.