Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
İçite
İçite Xatun — türk və altay mifologiyasında sağlamlıq tanrıçası. Xəstəlikləri önləyər, insanlara sağlamlıq verir. Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı sıx meşələrlə qablı bir gölün içində yaşar. == Etimologiya == (İy/İz/İç) kökündən törəmişdir. İye/İçə yəni qoruyucu ruh və sahib mənalarıyla əlaqəlidir. Bundan başqa Ece/Ece yəni kraliça və bacı sözləriylə də yaxından əlaqədardır. Türkcədə inyeksiya etmək (şpris etmək) mənasını verən "İçitmek" adlı sözlə bənzərliyi də ilgi maraqlıdır.
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Uriel Yekutiel
Uriel Yekutiel (ivr. ‏אוריאל יקותיאל‏‎) — İsrail aktyoru, rəqqas və ifaçısı. Aktyor səhnə adı istifadə etmədən draq şoular təşkil edir. Feminin və maskulin obrazları özündə birləşdirən ilk İsrail aktyorudur. O, pariksiz və bığla makiyajlı obrazı ilə məşhurlaşmışdır. O, həm də Mizrahi üslublu partilərin aparıcısıdır. == Həyatı == Uriel Yekutiel Tel-Əviv yaxınlığındakı Herzliya şəhərində dörd nəfərdən ibarət ailədə böyümüşdür. Anası 1990-cı ildə aktyorun iki yaşı olarkən sui-qəsd nəticəsində vəfat etmiş, atası isə təhlükəsizlik və silah mütəxəssisi kimi çalışmışdır. 2001-ci ildə on üç yaşında ikən Yekutiel ailəsi və dostlarına kaminq-aut etmişdir. On yeddi yaşı tamam olduqda Yarin Şahafın yanında makiyaj və qrim sənətini öyrənməyə başlamşdır.
Baku United FC
Baku United FC — İngiltərənin futzal klubu. == Tarixi == Baku United futzal klubu 2008-ci ildə Odlar Yurdu təşkilatı tərəfindən yaradılmışdır. Həmin dövrdə "Odlar Yurdu" Diaspor Təşkilatı London şəhərində təhsil alan və yaşayan tələbələrdən ibarət bir neçə həvəskar futbol komandaları formalaşdırmışdı. Həmin komandalar öz aralarında qeyri peşəkar yarışlar keçirməklə yanaşı, bəzən birləşib vahid komanda formalaşdıraraq digər komandalarla oynayırdılar. Sonralar "Baku United" adı məhz həmin tarixi ənənədən yaranmağa başladı. Yarandığı ilk illərdən etibarən komanda Böyük Britaniyada təşkil olunan müxtəlif turnirlərdə iştirak etmişdir. "Baku United" futbol komandasının iştirak etdiyi ilk turnir "Odlar Yurdu" Diaspor Təşkilatı tərəfindən təsis edilən "Heydar Aliyev" CUP futzal turniri idi. Bu turnir 2008-2010-cu illərdə Böyük Britaniyada, 2011-ci ildə bu ölkə ilə yanaşı Çexiyada, 2012-ci ildə əlavə olaraq Rumıniya və Avstriyada, 2013-cü ildə isə ümumilikdə 8 ölkədə 88 komanda arasında keçirilib. "Baku United" futzal komandası 2009-cu ildə "Heydər Əliyev Kuboku"nun qalibi adına layiq görülüb. "Baku United"in qatıldığı yarışlardan biri də İngiltərədə ənənəvi olaraq təşkil olunan Lobanovski turniri idi.
United Buddy Bears
United Buddy Bears — bütün dünyada sülh ideyasını dəstəkləyən dünya turnesi çərçivəsində beynəlxalq mədəniyyət layihəsidir. Hər birinin hündürlüyü 2 metr olan 140-dan çox Baddi ayısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ölkələrin sayını təmsil edəcəklər. 2002-ci ildə Berlin şəhərində keçirilmiş ilk sərgidən başlayaraq bütün dünyada artıq 40 milyondan çox tamaşaçı "Bir-birimizi daha yaxşı tanımalıyıq ki, bir-birimizi daha yaxşı anlaya, daha çox inana və sülh şəraitində qonşu ola bilək" şüarı ilə səbir, xalqlar arasında dostluq və sülhü təbliğ edir. == Vəzifəsi == Baddi ayıları sakit əl-ələ tutub durur və xalqlar, mədəniyyətlər və dinlər arasında səbir və razılığı təbliğ edirlər. Hər Baddi ayısı öz ölkəsini təmsil edən rəssam tərəfindən bəzənmişdir. Belə şənlik toplantısında beynəlxalq rəssamlar qrupunun cürbəcür üslub istiqamətləri həyat sevincini yayan vahid bir əsərə birləşir. Ayıların cürbəcür, təmsil olunmuş ölkələrə xas olan bəzənməsinə görə tamaşaçılar dünya ətrafında səyahət edirlər. Azərbaycan tərəfdən Birləşmiş Baddi Ayılarını rəssam İbrahim Əhrari bəzəmişdir. == Dəstək və yardım == Sərgilər Almaniyanın səfirliklərinin, həmçinin UNİCEF-in bütün dünyada olan xoşməramlı səfirlərinin (Peter Ustinov, Ceki Çan, Miya Ferrou, Ken Don, Kristian Xerbiqer) dəstəyi ilə keçirilir. Bəzi sərgiləri ev sahibi olan ölkələrin prezidentləri və ya baş nazirləri açmışlar, misal üçün, Almaniya prezidenti Horst Köller, Yaponiyanın baş naziri Yuniçiro Koizumi, Avstraliyanın baş naziri Con Hovard və Misir prezidentinin xanımı Suzanna Mübarək.
L'Arc-en-Ciel
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib.1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb. Həmin il Tierra, 1995-ci ildə Heavenly albomu buraxılıb, 1996-cı ildə çıxan True albomu isə qrupun million nüsxədən çox sayda satılan alomu olub.1997-ci ilin fevralın 24-də sakura heroinə malik olduğuna görə stimullaşdırıcıların nəzarəti qanununa əsasən həbs olunub.
L'Arc~en~Ciel
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib.1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb. Həmin il Tierra, 1995-ci ildə Heavenly albomu buraxılıb, 1996-cı ildə çıxan True albomu isə qrupun million nüsxədən çox sayda satılan alomu olub.1997-ci ilin fevralın 24-də sakura heroinə malik olduğuna görə stimullaşdırıcıların nəzarəti qanununa əsasən həbs olunub.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.
The Best of L'Arc-en-Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc-en-Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == * Remix by Yukihiro.
The Best of L'Arc~en~Ciel 1994–1998
The Best of L'Arc~en~Ciel 1994–1998 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel 1998–2000
The Best of L'Arc~en~Ciel 1998–2000 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
The Best of L'Arc~en~Ciel C/W
The Best of L'Arc~en~Ciel C/W — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur. == Treklər == * Remix by Yukihiro.