Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Usi
Usi (və yaxud Vuşi, çin. 无锡), Çin Xalq Respublikasıın Jianqsu vilayətinin cənubunda şəhər və eyniadlı bələdiyədir. Tai gölünün şimal-şərqinin yaxınlığında, Büyük kanalın Xichenq kanalıyla birləştiyi nöqtədə yerləşmişdir. Jianqsu vilayətinin cənubunda əsas nəqliyyat sistemini teşkil edən suyolları və kanalların qovuşduğu əsas mərkəzdir. == Tarix == Yanszı çayının deltasında tikilən ilk yaşayış mərkəzlərindən biridir. Əvvəllər bir qalay rezerv mərkəzi kimi bilinirdi, sonra Şərqi Xan sülaləsi dövründə (b.e.ə. 206-b.e. 25) qalay rezervlərinin qutarması ilə əlaqəli adı "qalayı olmayan" mənasını verən Usi adlandırılmışdır. III əsrin sonlarından başlayaraq Bilinq (Changzhou) kapitanlığına verildi. Yuan sülaləsi dövründə (1206-1368) müstəqil bir vilayət oldu və illərcə müstəqil olaraq qaldı.
Bulbophyllum vanum
Bulbophyllum vanum (lat. Bulbophyllum vanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). == Adı == Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. == Coğrafiya == Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.
Uşi Karnat
Karnat Uşi (alm. Uschi Karnat‎, 3 mart 1952-ci il) – alman pornoaktrisasıdır. Əvvəlcə kosmetoloq, sonradan isə pornoulduz olmuşdur. == Filmoqrafiya == 1971 St. Pauli Report. 1975 Schulmädchen-Report 9: Reifeprüfung vor dem Abitur. 1982 Heiße Höschen. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil III. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil IV. 1983 Katharina und ihre wilden Hengste.
Uşi müqaviləsi
Uşi müqaviləsi, (italyanca: Trattato di Losanna) (18 oktyabr, 1912), İtaliya krallığı ilə Osmanlı imperiyası arasında Trablis müharibəsinin sonunda imzalanan müqavilədir. Bu müqavilə İtalyan tarixində Trattato di Losanna- Lozanna müqaviləsi olaraq keçir. "Ouchy" Lozannanın bir bölgəsidir. Türkiyə tarixində 23 iyul, 1923-cü il Lozanna müqaviləsi ilə qarışmasının qarşısını almaq üçün Uşi (Ouchy) müqaviləsi olaraq qeyd edilir.Trablis müharibəsi gedərkən Balkan müharibəsinin çıxmasından sonra, Osmanlı imperiyası İtaliya krallığından sülh istəməyə məcbur qaldı. Sülh müqaviləsi İsveçrənin Lozanna şəhərinin Leman gölü sahilində olan Uşi bölgəsində imzalandı. Bu müqaviləyə görə Trablis və Benqaziyə tam muxtariyyət verildi. Osmanlı imperiyası buradakı hərbiçilərini geri çağırdı. Bu İtaliyaya Trablis və Benqazini sərbəst işğal etməsinə şərait yaradırdı. Buna qarşılıq olaraq İtaliya əlində olan Rodos və ətrafındakı 12 adanı bir müddət sonra Osmanlı imperiyasına geri verməli idi. Ancaq adaların Osmanlı imperiyasına təslimi heç bir zaman reallaşmadı.
Yakob Vant-Hoff
Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff; 30 avqust 1852[…], Rotterdam, Cənubi Hollandiya – 1 mart 1911[…], Berlin) — Kimya üzrə Nobel mükafatı almış holland kimyaçı. Kimya üzrə Nobel mükafatının ilk laureatı. == Həyatı == 1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. O fəlsəfə, poeziya və riyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.
Yeni Usı (Bakalı)
Yeni Usı (başq. Яңы Уҫы, rus. Новые Усы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 40 km, kənd sovetliyindən (Yeni Ursay): 20 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (100 %) üstünlük təşkil edir.
Asi
Asi (عاصی - üsyançı):
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
OSI
OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. == OSI modelində səviyyələr == OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Fiziki səviyyə (Physical layer) Kanal səviyyəsi (Data Link) Şəbəkə səviyyəsi (Network layer) Nəqliyyat səviyyəsi (Transport layer) Seans səviyyəsi (Session layer) Təqdimetmə səviyyəsi (Prezentation layer) Tətbiqi səviyyə (Application Layer) Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. == Əsaslar == URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. == URL və URN arasında əlaqə == URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
USA
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
USB
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
USD
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. == Tarixi == == Baxış == ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Uzi
Uzi (ivr. ‏עוזי‏‎) — İsrail Hərbi Sənayesi (İHS) tərəfindən istehsal edilən avtomatik silah nəsilidir. Uzi adı silahın yaradıcısı Uziel Qaldan götürülüb.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Üşr
Üşr (ərəb. ondabir ) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur.
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. == Əhalisi == === Tanınmışları === Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Bamut
Bamut (Çeçen. Bummat) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Bamut kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Fortanqa çayının sahilində, Açxoy-Martan rayonunun regional mərkəzindən 8 km cənub-qərbdə və Qroznı şəhərindən 50 km məsafədə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Assinovskaya və Yeni Şaroy kəndi, şimal-qərbdə Nesterovskaya kəndi, cənub-qərbdə Arştı kəndi, cənub-şərqdə Köhnə Açxoy, Yandi və Şalaşi kəndləri, şərqdə Katır-Yurt kəndidir. == Tarix == Fortanqa sahillərində yerləşən bu dağətəyi kənd nə vaxt qurulduğu haqqında dəqiq məlumat yoxdur. Rus tarixi sənədlərində tapılan istinadlar arasında birincisi, general Ermolovun Orstxoy-Martan və Bamutun yandırılması barədə məruzəsidir. Bu, 1818-ci ildə baş verdiyindən, kəndin ən az iki əsr yaşı olduğu bildirilir. Yalnız burada, iki əsrlik tarixində Bamut çox qısa bir müddət ərzində sakit bir dövr sürdü. Beləliklə, 1864-cü ildə Qafqaz müharibəsində yenidən praktik olaraq məhv edildi və bütün sakinlər Türkiyəyə köçürüldü.
Banat
Banat — Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Haput
Haput — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Haputlular Qədim Albaniyada yaşayan 26 tayfadan biri olan hər tayfasının nümayəndələridir . Hal hazırdada qonşu kəndlər Haputlulara öz dillərində Hər deyirlər. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi. == Toponimikası == Haput kəndi Quba rayonunun Əlik i.ə.v.-də kənd.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Kvant
Fizikada kvant — qarşılıqlı təsirdə iştirak edən hər hansı fiziki varlığın minimum, bölünməz miqdarı; enerjinin müəyyən porsiyası. Fiziki xassələrin "kvantlaşdırıla" biləcəyinə dair əsas anlayışa "kvantlaşdırma hipotezi" deyilir. Bu o deməkdir ki, fiziki xassələrin böyüklüyü yalnız bir kvantın tam qatlarından ibarət diskret qiymətlər ala bilər. Məsələn, foton müəyyən bir tezlikdə (və ya hər hansı digər elektromaqnit şüalanma formasında) tək bir kvant işığıdır. Eynilə, atomun daxilindəki elektronun enerjisi kvantlaşdırılır və yalnız müəyyən diskret qiymətlərdə mövcud ola bilər. (Atomlar və ümumiyyətlə maddə sabitdir, çünki elektronlar atom daxilində yalnız diskret enerji səviyyələrində mövcud ola bilər.) Kvantlaşdırma kvant mexanikasının əsaslarından biridir. Enerjinin kvantlaşdırılması və onun enerji ilə maddənin qarşılıqlı əlaqəsinə təsiri (kvant elektrodinamikası) təbiəti başa düşmək və təsvir etmək üçün əsas çərçivənin bir hissəsidir. == Etimologiyası və kəşfi == Kvant (quantum) sözü latınca quantus sözünün təkdə işlənən formasıdır və "nə qədər" deməkdir. "Quanta" "elektrik kvantları" (elektronlar) üçün qısaldılmış, 1902-ci ildə Filipp Lenard tərəfindən fotoelektrik effekt haqqında məqalədə istifadə edilmişdir. Bununla belə, ümumiyyətlə kvant sözü 1900-cü ildən əvvəl yaxşı tanınırdı, məsələn, kvant sözü E.A Po-nun "Nəfəs itirmə" əsərində istifadə edilmişdir.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manui
Manui adası (fr. Manui) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Taiti adasından 1650 km şimal-qərbdə yerləşir. Adanın sahəsi 0,1 km²-dir. Maksimal hündürlüyü 54 metrdir. Ərazisinin böyük hissəsi qayalıqlarla örtülüdür. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada daimi yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri bəzən adaya balıq tutmağa gəlirlər.
Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.