Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faberje Evi
Faberje Evi (rus. “Дом Фаберже”) — 1842-ci ildə Rusiya imperiyasında Qustav Faberje tərəfindən əsası qoyulmuş, xüsusilə çar ailəsi üçün zinyət əşyaları hazırlayan, özünün Faberje yumurtaları ilə məşhurlaşan zərgərlik firması. 2007-ci ildən "Faberje" brendi Fabergé Ltd. şirkətinə aiddir.
Faberje yumurtaları
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır. "Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
Faberje yumurtası
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır. "Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir. Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
Karl Faberje
Karl Faberje (30 may 1846, Sankt-Peterburq – 24 sentyabr 1920[…]) — milliyətcə alman olan tanınmış Rusiya zərgəri, Faberje Evinin rəhbəri və dünya şöhrətli Faberje yumurtasının yaradıcısı. == Bioqrafiyası == Peter Karl Faberje Rusiya imperiyasının Sankt-Peterburq şəhərində alman ailəsində dünyaya gəlmişdir. Onun atası Qustav Faberje Estoniyada doğulsa da əsli Fransa almanlarından idi. Onun anası Şarlotta Yunqştadt danimarkalı rəssamın qızı olmuşdur. 1842-ci ildə Böyük Faberje Sankt-Peterburqda zərgərlik firmasını yaradır. Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir.
Qafqaz (Faberje yumurtası)
"Qafqaz" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1893 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. Qafqaz Faberje yumurtası XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, “1893” onun hazırlanma ilini göstərir. Oval qapıcıqların yanlarında rəmzlər həkk olunmuşdur. Hər oval qapıcıq fil dişi sümüyündən hazırlanmış miniatürlərə açılır.
Toyuq (Faberje yumurtası)
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
İntibah (Faberje yumurtası)
"İntibah" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində “1884” tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir.
Almaz qəfəsli (Faberje yumurtası)
"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892-ci ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. == Dizayn == Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir. == Sürprizi == Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir.
Böyük Pyotr (Faberje yumurtası)
“Böyük Pyotr” (rus. “Пётр Великий”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Yumurta II Nikolayın sifarişi əsasında 1903 cü ildə pasxa yumurtası qismində arvadı Aleksandra Fyodorovnaya hədiyyə edilmək üçün hazırlanmışdır. Bu yumurta eyni zamanda I Pyotr tərəfindən Sankt-Peterburqun salınmasının 200 illiyinə həsr edilmişdir. Yumurtanın hündürlüyü 11ç1 sm, eni isə 7.94 sm-dır. Sürprizi qızıldan hazırlanmış I Pyotrun heykəlciyidir. Qəzəl, almaz, yaqut, daö bülluru və emaldan hazırlanmış bu zərgərlik əsərinin ustası Mixayıl Perxindir.
Qızılgül qönçəli (Faberje yumurtası)
Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır. Neoklassisizmin modern üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir. III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür.
İsanın dirilməsi (Faberje yumurtası)
"İsanın dirilməsi" (rus. “Воскресение Христово”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894-cü ildə Karl Faberje ərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. Sürprizi yoxdur və yaxud onun özü məhz sürprizdir. Fərziyələrin birinə görə mirvarilərdənibarət olmuşdur. Kristofer Forbsa görə "İntibah"ın sürprizi ölçü ebarilə tam uyğun gələn "İsanın dirilməsi" olmuşdur. "İsanın dirilməsi" ymurtasının öz invertar nömrəsinin olması, "İntibah" ilə oxşar işləmə üslubu və hər zaman birlikdə səgilənməsi ona belə deməyə əsas vrmişdir.
Qızılgüllü və qəfəsli (Faberje yumurtası)
"Qızılgüllü və qəfəsli " (rus. “” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje bu yumurtanı 1907-ci ildə çar II Nikolayın sifarişi ilə pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün hazırlamışdır.
Faberia
Faberia (lat. Faberia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kaberne-sovinyon
Kaberne-sovinyon (ing. Cabernet Sauvignon) — şərab istehsalı üçün istifadə edilən üzüm sortlarından biri. Bu üzüm növündən əsasən qırmızı şərab istehsalında istifadə edilir. Ən yaxşıları Bordo da yetişir.
Senecio faberi
Senecio faberi (lat. Senecio faberi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Adolf Berje
Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886). == Həyatı == Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi. Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur.
Faber-Castell
"Faber-Castell" — dünyanın ən böyük qələm, karandaş və rəssamlıq ləvazimatları istehsalçısı olan alman şirkətidir. Əsası 1761-ci ildə Kaspar Faber tərəfindən Almaniyada - Nürnberq yaxınlığındakı Ştayn şəhərində qoyulmuşdur. Bu şirkət indiyə qədər də onun nəsli tərəfindən idarə olunur. Hazırda şirkətin 7 000 işçisi var və dünyanın 100-dən çox ölkəsində filialları fəaliyyət göstərir. Məhsullarının çoxu Malayziyada istehsal olunur, lüks məhsulları Almaniyada istehsal edilir.
Florian Faber
Faverj-de-la-Tur
Faverj-de-la-Tur (fr. Faverges-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38162. Kommunanın 1999-cu il üçün əhalisi 1107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.