Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petr Fiala
Petr Fiala (1 sentyabr 1964, Brno) — çexiyalı siyasətçi, 17 dekabr 2021-ci ildən bəri Çexiyanın Baş Naziridir.
Fizika
Fizika (q. yun. φύsις — təbiət, köhn. azərb. hikməti-təbiiyyə) — təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elm. == Fizikanın predmeti və strukturu == Fizika dəqiq elmdir və təbiət hadisələrinin həm makroskopik, həm də mikroskopik səviyyələrdə kəmiyyət qanunauyğunluqlarını tədqiq edir. "Fizika" termininə ilk dəfə antik dövrdə Aristotelin əsərlərində rast gəlinir. İlk dövrlərdə "fizika" və "fəlsəfə" (natural) terminləri sinonim kimi işlədilirdi, çünki onların hər ikisinin əsasında kainatın qanunauyğunluqlarını izah etmək məqsədi dururdu. Ancaq elmi inqilab nəticəsində 16-cı əsrdə fizika ayrıca bir elm sahəsi kimi formalaşmağa başladı. Fizika, əsasən, eksperimental elm kimi formalaşmışdır: onun qanunları təcrübi yolla əldə olunmuş faktlara əsaslanır.
Flakka
Flakka və ya alpha-Pyrrolidinopentiophenone sintetik narkotik maddə.β-keto-prolintane, prolintanone, və ya desmethylpyrovalerone kimi də tanınır. Beyində norepinefrini və dopamini geri alan reseptorları seçici olaraq inhibisiya etdiyi üçün, sinaptik boşluqda hər iki neyrotrasnmitterin sayını artırır.[1] Formulu:C15H21NO == Haqqında == Amerikada 2011-ci ildə bazara çıxan və son zamanlar bütün dünyaya yayılan Flakka, insanların həyatını təhdid edir Zombi həbi olaraq da adlandırılan Flakka, istifadə edən insanlarda sanki "adamyeyən" kimi xüsusiyyətlər olur. 2016-cı ildə amerikalı bir gənc flakka qəbul etdikdə sonra başqa bir insana hücum edərək üzünü dişləmişdir. Bu narkotik, uzun müddət Amerikada qanuni olaraq satılıb. Çünki içindəki maddələrin istifadə nisbəti, qanuni sərhədlərin altında idi. Bu maddənin adına "Beath Tam" (vanna duzu) deyildi. Çünki forması vanna duzu kimi idi. Çində istehsal olunur və bir doza yalnız 25 dollara satılırdı. Araşdırmaçılar flakkaya olan marağın əsas səbəbinin digər narkotik maddələrdən daha ucuz satıldığına görə olduğunu bildirir. Maddənin satışı, istifadəsi qadağan olunduğu üçün digər formalarda da satışda ola bilir.
Tsalka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
FIATA
FIATA- Beynəlxalq Yük Ekspeditorları Assosasiyaları Federasiyası. Beynəlxalq qeyri-dövlət təşkilatıdır. 31 may 1926-ci ildə Vyanada yaradılmışdır. ingilis dilində - İnternational Federation of Freight Forwarders Associations.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə; linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Salka
Salka, Barmaqsız — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Salka bələdiyyəsinin inzibati mərkəzi. Tsalka su anbarı yaxınlığında, dəniz səviyyəsindən 1569 metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km uzaqlıqda yerləşir. == Tarixi == 22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır. == Əhalisi == === Milli tərkibi === 17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411 nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.
Talka
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Bianka Mitçell
Bianka Mitçell (d. 24 iyul 2001) — Antiqua və Barbudalı üzgüçü. Bianka Mitçell Antiqua və Barbudanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Bianka Mitçell birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:24.67 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 49-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Dalğa (fizika)
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik.
Fizika fəlsəfəsi
Fizika fəlsəfəsi — fəlsəfənin bir hissəsi kimi fizika anlayışını, sərhədlərini və metodologiyasını öyrənən bir fəlsəfə bölməsidir. Vəziyyətinin bir hissəsi olaraq, fizika fəlsəfəsi, məsələn, ontoloji və fiziki proqnozların uyğunsuzluq problemini təhlil edir: məsələn, fizikanın zamanı ən sabit prosesin axını kimi anlaması və zamanın axını kimi ontoloji anlayışı ümumi və ya faz dəyişikliyində: keçmiş, indiki, gələcək. Fizika fəlsəfəsinə yalnız fiziki aləmdə özünü göstərən səbəbiyyət problemi və sonuncusu ilə əlaqələndirmə problemi də daxildir. Son zamanların fizika fəlsəfəsi sahəsində ən əlamətdar araşdırmalar A. Grünbaumun "Məkan və zamanın fəlsəfi problemləri" və DV Dzhoxadzenin "Aristotel dialektikası" adlı əsərləri və B. Smithin çoxsaylı tədqiqatları, o cümlədən birgə fenomenoloji dünya "," Keyfiyyətli fizikanın yeni əsasları "və s. Eyni zamanda, fizika fəlsəfəsinin problemi, fəlsəfənin bu hissəsində, ümumiyyətlə qəbul edilmiş kateqoriyalar aparatlarının praktik olaraq olmamasıdır. == Biblioqrafiya == === Kitablar === Хютт В. П. Абсолютность и относительность в интерпретации квантовой механики. Тарту. Учёные записки Тартуского государственного университета. Вып. 174.
Fizika İnstitutu
Fizika İnstitutu — AMEA-nın strukturunda olan elmi müəssisə. == Təşkilatın tarixi == Fizika-riyaziyyat və texnika elmləri Bölməsi 1945-ci il martın 31-də Elmlər Akademiyasının ilk Ümumi yığıncağının qərarı ilə yaradılıb. O zaman bölmə "Fizika-texnika elmləri və neft bölməsi" adlanırdı və bölmənin tərkibinə Fizika və Riyaziyyat İnstitutu, Neft İnstitutu və Energetika İnstitutu daxil idi. Bölmənin ilk sədri akademik İ.Q.Yesman olub. 1950–1954-ci illərdə bölməyə akad.Y.Məmmədəliyev sədrlik edib. 1954–1957-ci illərdə isə sədri əvəz edən akademik-katib vəzifəsini akad.M.Nağıyev icra edib. 1957-ci ildə aparılan struktur dəyişiklikləri nəticəsində elmi bölmələr ləğv olunub və elmi müəssisələr müvafiq vitse-prezidentlərə tabe ediliblər. Fizika-texnika elmləri üzrə vitse-prezident akad.Z.Xəlilov seçilib. 1959-cu ildə aparılan yeni struktur dəyişiklikləri nəticəsində Fizika-riyaziyyat və Texnika elmləri bölməsi (FRTEB) təşkil olunub, Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Energetika İnstitutu, Astrofizika Sektoru bölmənin tərkibinə daxil edilib. Bölmənin akademik-katibi akademik Zahid Xəlilov seçilib.
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və karyerası == === 1992–2006: Erkən illəri === Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. == Həyatı == Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.
Güc (fizika)
İşin görülmə yeyinliyi güc adlanan kəmiyyətlə təyin olunur. Görülən işin bu işi görməyə sərf olunan zaman müddətində nisbəti güc adlanır. N = A t {\displaystyle N={A \over t}} Burada N-güc; A-iş; t-işin görülməsinə sərf olunan zamandır. Güc skalyar kəmiyyətdir. Gücün Vahidi ingilis alimi C.Vattın şərəfinə BS də vatt qəbul edilmişdir. Vt kimi işarə olunur. == Güc vahidləri == Fizika məsələlərinin həllində 1Vt-dan min dəfə böyük kilovatt 1kVt=1000Vt milyon dəfə böyük meqavatt 1MVt=1000 000Vt min dəfə kiçik millivatt 1mVt=0.001Vt milyon dəfə kiçik mikrovat 1mkVt=0.000 001Vt və s.istifadə olunur.Məişətdə və texnikada "at qüvvəsi" güc vahidindən də istifadə olunur. 1a.q.=75kq * m/san=736Vt. == Gücün təyin edilməsi üsul və vasitələri == Sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrələrində gücün təyin edilməsi elektrodinamik və ferrodinamik vattmetrlərin yardımı ilə icra olunur. Elektrodinamik vattmetrlər yığcam çoxölçülü tədqiqat mərkəzi cihazları kimi çatdırılır.
Klassik fizika
Klassik fizika — kvant və nisbilik nəzəriyyələrinin meydana gəlməsinə qədər fizika elmində hakim istiqamət olmuşdur. Klassik fizikanın əsasları Avropa İntibah dövründə klassik mexanikanın banisi İsaak Nyuton başda olmaqla bir sıra alimlər tərəfindən qoyulmuşdur. Klassik fizika aşağıdaki prinsiplərə əsaslanır: Səbəb nəticəni birmənalı şəkildə təyin edir (determinizm) Zaman və məkan mütləqdirlər – bu o deməkdir ki zaman və məkan materiyadan və onun hərəkətindən və zaman-məkan kəsimlərinin ölçülməsi seçilmiş hesablama sistemindən asılı deyil (başqa sözlə, müşahidəçiyə nəzərən ölçülən obyektin hərəkət sürətindən) Fiziki sistemi xarakterizə edən istənilən kəmiyyətin dəyişməsi kəsilməzdir – bu o deməkdir ki, fiziki sistemin bir vəziyyətdən başqa vəziyyete keçidi sonsuz aralıq keçidlərlə baş tutur. Bu zaman sistemin bütün fiziki parametləri başlanğıc və son vəziyyətlər arasında aralıq bir qiymət alır.Klassik fizikanın fundamental nəzəriyyələri aşağıdakılardır: Klassik mexanika Termodinamika və statistik fizika Klassik elektrodinamika == XIX–XX əslərin astanasında klassik fizikada böhran == XX əsrin əvvəllərində klassik fizika çərçivəsində izahı mümkün olmayan bir sıra suallar yaranmağa başladı: Elektromaqnit şüalanmasının spektrləri. Klassik nəzəriyyə mütləq qara cismin şüalanma spektrlərinin qənaətbəxş təsvirini verə bilmirdi. İşığın qaz halında olan maddələrdən şüalanması və əksinə udulması zamanı müşahidə olunan xətti spektrləri də klassik fizika çərçivəsində öz cavablarını tapa bilmirdilər. Günəş və ulduzların enerji mənbələri. Klassik fizikanın ulduzların enerji mənbəyinə dair irəli sürdüyü fərziyyə bu enerjini dəqiq ifadə edə bilmirdi. 1896-cı ildə Bekkerel tərəfindən kəşf olunan və Mari və Pyer Kürilər tərəfindən tədqiq olunan radioaktivlik hadisləri atom daxilində ölçüləri və kütlələri ilə nisbətdə çox böyük enerji olduğuna dəlalət etdi. Bu enerjinin mənbəyini də klassik fizika izah edə bilmirdi.
Linqva franka
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). == Həyatı == 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. == İş təcrübəsi == 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri = Ailə = Ailəlidir, 1 uşağı var. == İstinadlar == == Xarici keçidlər == Səfir.
Materiya (fizika)
== Cismin Çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi - cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Mezoskopik fizika
Mezoskopik fizika - qatı hal fizikasının bir hissəsi olub, sistemin mikroskopik və makroskopik ölçüləri arasındakı aralıq ölçüdə xassələrini öyrənən sahədir. 1981-ci ildə Van Kampen tərəfindən daxil edilmişdir. Bir çox effekt və hadisələr var ki, onlar yalnız mezoskopik ölçüdə mövcuddur. Makroskopik fizikadakı bir sıra qanunlar mezoskopik fizikada ödənmir, məsələn, müqavimətlərin dövrənin paralel və ardıcıl qoşulmasında toplanması qaydası mezoskopik fizikada daha mürəkkəb qayda ilə əvəz olunurlar.
Molekulyar fizika
Мolekulyar fizika — fizikanın bir bölməsi olub , maddənin daxili quruluşuna və onu təşkil edən hissəciklərin (atom və molekulların) hərəkət qanunlarına əsaslanaraq onun xassələrini, müxtəlif aqreqat halları arasında baş verən keçidlərin qanunauyğunluqlarını, müəyyən xarici təsirlər nəticəsində baş verən fiziki hadisələri öyrənir. == Tarixi == Maddə quruluşu haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Demokrit tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi “bölünməz” olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsaslarının qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin təməli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlərinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarı ilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır. == Molekulyar fizikanın mövzusu == Molekulyar fizika sahəsi çox geniş sahədirdir. Elə fiziki hadisələr var ki, onları öyrənmək üçün maddənin daxili quruluşunu və onun halını müəyyən edən makroskopik parametrləri - temperatur, təzyiq, daxili enerji və sairləri bilmək, həmçinin, bunlar arasında əlaqə yaratmaq lazım gəlir.
Riyazi fizika
Riyazi fizika — fizika problemlərinə tətbiq olunan riyazi metodların işlənib hazırlanması ilə məşğul olan elm sahəsi. Journal of Mathematical Physics bu sahəni "riyaziyyatın fizikadakı problemlərə tətbiqi və bu cür tətbiqlərin və fiziki nəzəriyyələrin formalaşdırılması üçün uyğun olan riyazi metodların təkmilləşdirilməsi" kimi təyin edir. == İnkişaf tarixi == Riyazi fizikanın bir neçə fərqli bölməsi var və bunlar təqribən müəyyən tarixi dövrlərə uyğundur. === Klassik riyazi fizika === Əvvəlcə riyazi fizika diferensial tənliklər üçün sərhəd məsələləri ilə məşğul olurdu. Bu istiqamət klassik riyazi fizikanın mövzusudur ki, bu da müasir dövrdə öz əhəmiyyətini qorumaqdadır. Klassik riyazi fizika İsaak Nyutonun dövründən bəri fizika və riyaziyyatın inkişafına paralel olaraq təkmilləşmişdir. 17-ci əsrin sonunda diferensial və inteqral hesabı kəşf edildi (İ. Nyuton, Q. Leybnits) və klassik mexanikanın əsas qanunları, həmçinin ümumdünya cazibə qanunu formalaşdırıldı (İ. Nyuton). XVIII əsrdə simlərin, çubuqların, riyazi rəqqasların rəqslərinin öyrənilməsi, habelə akustika və hidrodinamika ilə bağlı məsələlərin öyrənilməsi üçün riyazi fizikaya aid üsullar formalaşmağa başlayır; analitik mexanikanın əsası qoyulur (J. Dalamber, L. Eyler, D. Bernulli, J. Laqranj, K. Qauss, P. Laplas). 19-cu əsrdə riyazi fizikanın üsulları istilikkeçirmə, diffuziya, elastiklik nəzəriyyəsi, optika, elektrodinamika, qeyri-xətti dalğavari proseslər və s. problemlərlə əlaqədar olaraq yeniliklər ortaya çıxdı; potensial nəzəriyyəsi, hərəkətin dayanıqlığı nəzəriyyəsi yaradılır (J. Furye, S. Puasson, L. Bolsman, O. Koşi, M. V. Ostroqradski, P. Dirixle, C. K. Maksvell, B. Riman, S. V. Kovalevskaya, C. Stoks, Q. R. Kirxhof, A. Puankare, A. M. Lyapunov, V. A. Steklov, D. Hilbert, J. Adamar, A. N. Tixonov — burada adları çəkilən alimlərdən bəziləri 20-ci əsrdə və ya 20-19-cu əsrlərin sonunda işləmişlər).