Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flaminqo
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.
Acer negundo f. flamingo
Amerika ağcaqayını (lat. Acеr nеgundо) — sabunağacıkimilər fəsiləsinin acеr cinsinə aid bitki növü. == Sinonim == Acer californicum var. texanum Pax Acer fauriei H.Lév. & Vaniot Acer fraxinifolium Nutt. Acer fraxinifolium Raf. Acer lobatum Raf. Acer negundo f. angustifolium Schwer. Acer negundo f.
Flamenko
Flamenko (isp. flamenco, isp. cante flamenco) — ispan xalq rəqs (baile) və musiqisi (cante). Flamenko Əndəlüsdə yaranmış musiqi və rəqs növüdür. XVIII əsrə aid olan və flamenko kimi tanıdığımız bu rəqs əndəlüs rəqs və musiqisinə əsaslanır. == Ümumi məlumat == Flamenkonun mənşəyi barədə müxtəlif mübahisəli fikirlər olsa da onlardan heç biri öz tarixi sübutunu tapmamışdır. Baxmayaraq ki, RAE(Real Academía Española-İspaniya Real Akademiyası) lüğəti bunu yalnız qaraçı etnosları ilə əlaqələndirir, amma bu onun mənşəyinə uyğun deyil, lakin qaraçıların flamenko rəqsinə verdiyi töhfələrə heçkim şübhə etmir. Ən geniş yayılmış nəzəriyyə isə isə bu rəqsin qaraçı-mur mənşəli olmasıdır. Bu, Əndəlüsdə(müsəlmanlar, inmiqrantlar, yəhudilər, qaraçılar və b)baş vermiş mədəni oyanışla bağlı olmuşdur. Qaraçılar dünyanın bir çox yerlərində var və flamenko tək Əndəlüsdə yaranmasına baxmayaraq, dinindən və etnik tərkibindən asılı olmayaraq bütün əndəlüslülərin zəngin irsi hesab olunur.
Flavinyo
Flavio Aleks Valensio (port. Flávio Alex Valêncio; 27 iyul 1983, Jardin, Matu-Qrosu-du-Sul ştatı, Braziliya) — braziliyalı keçmiş futbolçu. == Həyatı == Flavinyo 1983-cü ildə Braziliyada anadan olub. Gənc illərində futbolla məşğul olan Flavinyo ilk öncə həvəskar klublarda oynayıb. == Karyerası == Peşəkar futbola 2000-ci ildə CENE klubunda başlayan futbolçu 3 ildən sonra Çinə üz tutub. Burada Seonqnam klubunun şərəfini qoruyan futbolçu bir illik fasilədən sonra yenidən doğma komandasına qayıdıb. 2005-ci ildə Sao Paulunu təmsil edən Arasatubaya transfer olub. Ancaq orada da çox davam gətirə bilməyən Flavinyo elə həmin il Paranaya keçib. Bu komandanın heyətində 10 oyunda meydana çıxan yarımmüdafiəçi fərqlənə bilməyib. Bir illik Parana macərasından sonra Aleks Valensio Mineyrusla müqavilə imzalayıb.
Aleksandr Fleminq
Aleksandr Fleminq (ing. Sir Alexander Fleming, 6 avqust 1881[…], Lokfayld[d] – 11 mart 1955[…], London) — penisillini kəşf edən şotland əsilli Böyük Britaniya bakterioloqu. == Fəaliyyəti == Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində anadan olub. İki il Kilmernokdakı akademiyada təhsil aldıqdan sonra Birinci Dünya Müharibəsi başlayana qədər Müqəddəs Meri xəstəxanasında işlədi. Müharibə dövründə cəbhələrdə oldu. Cəbhələrdə qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra Müqəddəs Meri xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi. Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.Londonda Müqəddəs Meri xəstəxanasında (ing.
Paul Fleminq
Paul Fleminq (alm. Paul Fleming‎; 5 oktyabr 1609[…] – 2 aprel 1640[…], Hamburq, Müqəddəs Roma imperiyası[…]) — alman şairi. == Həyatı == Martin Opitsin çoxsaylı şagirdləri və davamçıları arasında Fleminq öz orijinallığı və daha istedadlı olması ilə seçilir. Onun şeirləri sünilikdən uzaq səmimi bir dillə yazılmışdır. Bir çox müasirlərindən fərqli olaraq o, nikbin, həyatsevər bir şairdir. Vətənin başına gələn fəlakətlər onu düşündürsə də, kədərləndirsə də, narahat etsə də, bədbinləşdirmir, ümidsizləşdirmir. Fleminq pastor /protestant keşişi/ ailəsində anadan olmuş, Leypsiqdə latın məktəbində oxumuş, sonra tibb öyrənmişdir. Adam Oleari ilə birlikdə 1633-1639-cu illərdə Rusiyaya və İrana səyahət etmişdir. Paul Fleminq səfərdən qayıdandan bir qədər sonra 1640-cı ildə Hamburqda ölmüşdür. == Yaradıcılığı == 1631-ci ildə latınca yazdığı aşiqanə şeirləri çap olunmuşdur.
Sendford Fleminq
Sendford Fleminq (ing. Sandford Fleming; 7 yanvar 1827, Kerkoldi[d], Fayf[d] – 22 iyul 1915) — Kanadanın dəmiryol şəbəkəsini yaratmış mühəndis. == Həyatı == Sendford Fleminq 7 yanvar 1827-ci ildə Şotlandiyada anadan olub. 14 yaşında topoqrafın köməkçisi kimi işləyib. 18 yaşında qardaşı ilə birgə Kanadaya köçür. Bir çox böyük şəhərləri gəzdikdən sonra, nəhayət Piterboroya yerləşirlər. Sendford Fleminq 1849-cu ildə Kanadada universitetə daxil olur. Sendford Fleminq 1851-ci ildə "Üçqəpiklik bəbir" ilk Kanada markasını yaradır. Fleminq topoqraf kimi çalışırdı. 1855-ci ildə ona Şimali Kanada Dəmir Yolunun aparıcı mühəndisi vəzifəsi verilir.
Viktor Fleminq
Viktor Fleminq (23 fevral 1889, Pasadena, Kaliforniya, ABŞ – 6 yanvar 1949) — Amerika kinorejissoru, operatoru və prodüseri. == Həyatı == == Yaradıcılığı == "Küləklə sovrulanlar" (Gone With the Wind) — 10 "Oskar" (1939). Dünya kinosunda ilk rəngli filmlərdən biridir. Marqaret Mitçellin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilən, məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin mükəmməl ifası ilə yaddaqalan filmdir. "Küləklə sovrulanlar" filminə görə "Oskar" mükafatı alıb.
Yan Fleminq
Yan Lancaster Fleminq (28 may 1908 – 12 avqust 1964) — Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi ingilis jurnalisti və yazıçısı. II Dünya Müharibəsində dəniz zabiti olaraq vəzifə yerinə yetirən yazıçı böyük qardaşı Peter Fleminq kimi İngiltərənin Eton Kollecindən məzun olmuş və buradan hərbi məktəbə davam etmişdir. Yazdığı casusluq romanları filmlərə uyğunlaşdırılmış və ona dünya səviyyəsində şöhrət qazandırmışdır.
Tit Kvinksi Flaminin
Tit Kvinksi Flaminin (lat. Titus Quinctius Flamininus; təq. e.ə. 229, Qədim Roma – təq. e.ə. 174 və ya e.ə. 174, bilinmir) — Qədim Roma siyasi xadimi və sərkərdəsi. İkinci Pun müharibəsinin iştirakçısı olmuşdur E.ə. 205–204-cü illərdə imperiya propretoru səlahiyyətləri ilə Tarentin komendantı olmuşdur. E.ə.
Con Ambroz Fleminq
Con Ambroz Fleminq (ing. John Ambrose Fleming, 29 noyabr 1849[…] və ya 1849, Lankaster[d], Lankaşir – 18 aprel 1945[…] və ya 1945, Sidmut[d], Devon qraflığı) — İngiltərə fiziki və elektrik mühəndisi. == Kəşfləri == Elektrik dünyasına bir çox ixtira qazandıran Fleminqin ən tanınmış icadı elektrik diodu lampasıdır. 1883-cü ildə Tomas Edison elektrik lampası üzərində işlər apararkən içi boşaldılmış lampada iki elektroddan birinin qızdırılması zamanı soyuq elektroda bir axının baş verdiyini müşahidə etmişdi. Bu zaman Tomas Edisonla işləyən Fleminq bu hadisə ilə maraqlanaraq öyrənməyə qərar vermişdir. 1900-cü ildə Fleminq iki elektrodlu lampadan istifadə edərək radio dalğalarının alına biləcəyini və düz axına çevrilə bildiyini tapmışdır. Fleminq lampasında bateriya ilə qızdırılan bir elektroddan (katod) yaranan elektrik axını soyuq elektroda (anod) hərəkət edirdi. Anoda bir siqnal bağlandıqda siqnalın katoddan pozitiv olduqda axın davam edirdi, amma neqativ olduqda kəsilirdi. Beləliklə, gələn siqnalların ancaq bir istiqamətdə irəliləməsini təmin edən bu lampanın bir radio dövrəsinə yerləşdirilməsi ilə bir daşıyıcı dalğa ilə göndərilən radio dalğalarını qəbul etmək mümkün idi. Fleminqin 1904-cü ildə patentini aldığı elektrik diodu lampası ABŞ-də De Forest tərəfindən üçüncü elektrod da əlavə edilməsi ilə daha da təkmil olmuşdur.
Flayinq Fiş Kouv
Flayinq Fiş Kouv (ing. Flying Fish Cove) — Avstraliyanın Milad adasının əsas yaşayış məntəqəsi.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.