Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bianki adası
Bianki adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Yevgeni Fyodorov adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır. == Xüsusiyyətləri == Daxil olduğu qrupun və Nordenşeld arxipelaqının ən iri adalarından biridir.
Kokona Hiraki
Kokona Hiraki (yap. 開 心那; 26 avqust 2008) — Yaponiya skeytbordinqçisi, 2019-cu ildə Boysedə keçirilən X Oyunlarının gümüş medalçısıdır. 2020 Yay Olimpiya Oyunlarında Yaponiyanı təmsil edərək 12 yaşında gümüş medal qazanmışdır. == Həyatı == Kokona Hiraki 26 avqust 2008-ci ildə Yaponiyanın Hokkaydo şəhərində anadan olmuşdur. Tomakomayda yaşamışdır. 5 yaşında skeytbordinqçiliyə başladı və Sapporoya köçərək burada məşqlərə davam etdi. 2018-ci ildə qatıldığı Yapon Skeytbordinq Çempionatında 4-cü yeri tutdu. İlk qələbəsini 10 yanvar 2019-cu ildə eyni turnirdə əldə etdi. 2019-cu ildə Aydahonun Boyse şəhərində keçirilən X Oyunlarında iştirak etmişdir. Bu oyunlarda ilk dəfə ölkə hüdudlarından kənara çıxan Kokona gümüş medal almışdır.
Ryuzo Hiraki
Ryuzo Hiraki (7 oktyabr 1931 - 2 yanvar 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
Vhanki Kim
Vhanki Kim - Koreya abstrakt rəssamı. == Yaradıcılığı == Vhanki Kim, şərq anlayışlarını və ideallerini abstraksiya ilə qarışaraq, Koreya abstrakt rəssamların ilk nəslinə aiddir. Koreya lirizminə əsaslanan zərif və orta formalaşma ifadəsi ilə özünün xarakterik sənət dünyasını yaradıb. Onun əsərləri əsasən müxtəlif çalarlar və nümunələrə aiddir. Vhanki Kimin erkən işləri müşahidəçi müəyyən formaları görmək üçün imkan verən yarı mücərrəd rəsmlər idi. 1992-ci ildə Seulda Vhanki Kim həsr olunmuş muzey açılmışdır. == Xarici keçidlər == Whanki Museum (kor.) Naver Cast - Whanki Kim (kor.) Doosan Encyclopedia - Whanki Kim Brief biography of Kim Hwan'gi, in: Keith Pratt; Richard Rutt; Jamese Hoare. Korea: A Historical and Cultural Dictionary. Curzon. 1999.