Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hottay şəlaləsi
Hottay şəlaləsi (法体の滝, Hottai no taki) – Yaponiyanın Akita prefekturasının Yurihonco şəhərində yerləşən şəlalə. Çokay dağının yamaclarında yerləşən Koyoşi çay sisteminin qolu olan Akasava çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. 17 dekabr 1960-cı ildən etibarən şəlalə və onun töküldüyü gölməçə Akita Prefektura Gözəllik Mənzərəsi Yeri və Təbiət Abidəsi kimi qorunur.
Turqut Özatay
Turqut Özatay (30 dekabr 1927, İzmir – 26 iyun 2002, İstanbul) — aktyor, Türkiyə ermənisi. Turqut Özatayın Balkan Türklerinden Emin Özatay'ın oğludur. 2002-ci ilin iyununda ağciyər xərçəngi xəstəliyindən vəfat edib .. O, türk kino tarixinin ən məhsuldar aktyorlarından hesab olunur. Onun filmoqrafiyası 500 filmdən ibarətdir. Daha çox mənfi obrazları canlandıran aktyor 50-60-cı illərdə Kemal Sunalın komediyalarında və Cüneyt Arkının döyüş filmlərində obrazlar yaradırdı. “Sezercik Küçük mücahit” filmində yaratdığı yunan generalı və “Korkusuz Korkak” filminde Ayı Abbas rolu onun aktyor karyerasında xüsusi yerə malikdir. Paralel olaraq teatrda oynayan aktyor xəstəliyi ilə əlaqədar səhnədən uzaqlaşır. Turqut Özatay 1999-cu ilə qədər aktyor karyerasını davam etdirib.
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur. == Hatayın tarixi == Hatay tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş və strateji mövqeyinə görə həmişə maraq bölgəsi olmuşdur. Hetlərdən farslara, Romalılardan Bizanslılara qədər bir çox sivilizasiyalar bölgədə hökm sürmüşdür. 16-cı əsrdə Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçən Hatay 1918-ci ildə Mudros barışıq müqaviləsi ilə fransızlar tərəfindən işğal edildi. Türk xalqı Fransanın işğalı altında olan Hatayda müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizəyə Hatay Türkçü Cəmiyyəti və Tayfur Sökmen kimi liderlər öncülük etmişlər. 1937-ci ildə Millətlər Cəmiyyətinin qərarı ilə Hatay xüsusi status aldı və Hatay Dövləti yaradıldı. 2 sentyabr 1938-ci ildə Hatay Millət Məclisinin qəbul etdiyi qərarla müstəqillik elan edildi. Dövlətin ilk prezidenti Tayfur Sökmen, baş naziri isə Əbdürrəhman Mələk olub.
Hatay ili
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Hatay Mustafa Kamal Universiteti
Hatay Mustafa Kamal Universiteti — 1992-ci ildə Türkiyənin Hatay şəhərində qurulmuş dövlət universiteti. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyır. Universitetin əsas şəhərciyi Antakyadan 15 km (9,3 mil) şimalda, Sərinyol rayonunda yerləşir. === Beynəlxalq əlaqələri === 2001-ci ildən etibarən Avropa Universitetlər Birliyinin üzvü Qafqaz Universitetlər Birliyinın üzvü.