Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balerina
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Anna Pavlova (balerina)
Anna Pavlova (12 fevral 1881 və ya 31 yanvar (12 fevral) 1881, Sankt-Peterburq – 23 yanvar 1931[…], Haaqa) — 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində məşhurlaşmış rus balerina. Pavlova klassik balet tarixindəki ən yaxşı balerinalardan biridir. Pavlova ən çox "Ölmüş qu quşu" baletindəki rolu ilə tanınır. == Ölümü == Laheyə gedərkən Pavlova sətəlcəmi olduğunu və buna görə də,əməliyyat olmaq məcburiyyətində olduğunu, amma əməliyyat olarsa heç vaxt rəqs edə bilməyəcəyini söyləmişdir. Bu hadisələrə açıqlama olaraq o demişdir: "Bir də rəqs etməməkdənsə,ölməyə üstünlük verərəm". Əməliyyat olmağı rədd etmiş və 50-ci ad günündən üç həftə öncə vəfat etmişdir. Öldükdən sonra yandırılmışdır və külləri Londonda mühafizə olunur.
Aristotel Homerin büstü ilə
Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir. == Rəsmin tarixi == Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi. Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.