Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crabert
Çiləbürt (əvvəlki adı: Cerabert) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Mağavuz kənd Sovetinin Cerabert kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Cerabert kəndi Çiləbürt kəndi adlandırılmışdır. == Tarixi == Caraberd, Craberd variantlarında da qeydə alınmışdır. Oykonim çilə (topa, yığın, nəsil) və bürt/berd/bərd (əsli ər. olan bu soz "qala, hasar, divar" mənalarında başqa dillərə də keçmişdir) komponentlərindən düzəlib, "insanlara aid qala və ya icma, kənd" mənasındadır. Ermənilər bu kəndi Cerabert kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin indiki adı bərpa edilmişdir. Çiləbürt kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çiləbürt kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
Crabert qalası
Çiləbürt qalası və ya Çaraberd qalası – Tərtər rayonunun Çiləbürt kəndində yerləşən tarix-memarlıq abidəsi. Qala, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. Orta əsr mənbələrində qala həm də Craberd və Çaraberd adı ilə qeyd edilir. Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı Moisey Kalankatlı tərəfindən xatırlanır. Adından göründüyü kimi Çola və Car başlıqları tarixi Dərbənd (Çola) adıyla eyni səslənir . Çiləbürt qalası boş və müharibə zamanı əhali tərəfindən qala sığınacaq kimi istifadə edirdi. Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır. Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır. == Yerləşməsi == Çiləbürt qalası Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.