Crabert qalası

Çiləbürt qalası və ya Çaraberd qalasıAğdərə rayonunun Çiləbürt kəndində yerləşən tarix-memarlıq abidəsi. Qala, TərtərTurağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. Orta əsr mənbələrində qala həm də CraberdÇaraberd adı ilə qeyd edilir.Şablon:Bax/styles.css səhifəsinin məzmunu yoxdur.

Çiləbürt qalası
Qala divarlarının dövrümüzə çatmış xarabalıqları
Xəritə
40°14′19″ şm. e. 46°39′48″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Tərtər
Yerləşir Çiləbürt kəndi
Aidiyyatı Qafqaz Albaniyası
Xaçın knyazlığı
Material daş, əhəng məhlulu
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.4041
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çiləbürt qalası (Azərbaycan)
Çiləbürt qalası

Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı Moisey Kalankatlı tərəfindən xatırlanır. Adından göründüyü kimi Çola və Car başlıqları tarixi Dərbənd (Çola) adıyla eyni səslənir . Çiləbürt qalası boş və müharibə zamanı əhali tərəfindən qala sığınacaq kimi istifadə edirdi.Şablon:Bax/styles.css səhifəsinin məzmunu yoxdur.

Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır. Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır.Şablon:Bax/styles.css səhifəsinin məzmunu yoxdur.

Çiləbürt qalası TərtərTurağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. İki tərəfdən – şərq və qərbdən - Tərtər və Turağay çayları üzərində vertikal divarlar asılmışdır, sıldırım qayanın cənub tərəfi isə Tərtər çayına enir.[1] Ş. Mkrtçyan qeyd edir ki, qala ətrafında kiçik də olsa düz relyefli ərazi tapmaq mümkün deyildir.[1] Lakin, qalanı əlçatmaz edən yalnız onun möhtəşəm divarları və əlçatmaz sıldırım qayalar deyil. Qala üç tərəfdən çayların coşğun suları ilə əhatə olunmuşdur.[1]

Orta əsr mənbələrində qala həm də CraberdÇaraberd adı ilə qeyd edilir. Tarixçi Mxitar Qoş Alban salnaməsi əsərində Arrana yürüşlərdən bəhs edərkən “Çaraberd knyazı və onun qalası”[2] ifadəsini işlədir.

Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı xatırlanır. Moisey Kalankatlı qeyd edir ki, Alban Katolikosu Viro “Bu böyük ölkənin...o zaman Çaraberd qalasında olan bütün rəhbər kişilərini, hökmdar ailəsindən olan zadəganları, havar rəhbərlərini, kənd ağsaqqallarını, iyerey, dyakon və yazarları...öz yanına çağırdı.”[3]

Sülh vaxtı Çiləbürt qalası boş və istifadəsiz qalır, yalnız müharibə zamanı əhali qaladan sığınacaq kimi istifadə edirdi.[1] Sonuncu dəfə 1789-cu ildə Çiləbürt qalası məlik Məclumun ailəsi tərəfindən sığınacaq kimi istifadə olunmuşdur.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır.[1] Bu tunel qalanın qarşı tərəfinə, yüksəklik əraziyə aparır.[1] Buradan qalaya keçid etmək qismən rahatdır.

Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır.[4] Ehtimal ki, qala ərazisində müvəqqəti yaşayış binaları və hərbi düşərgə olmuşdur. Gizli girişin yığılıb-açılan pilləkənləri vasitəsi ilə qayalıqdan Tərtər çayına düşmək mümkündür.[4] Əsrlər boyunca yerləşdiyi havarın əsas müdafiə mərkəzi olan Çiləbürt qalası xırda çığırlar və dağ yolları vasitəsiylə Müqəddəs Yelisey, Ürəkvəng, Üç Körpə, XudavəngGəncəsər kimi dini mərkəzlər, həmçinin 300-dən artıq dağ kəndi ilə əlaqələndirilmişdir.[4]

  1. 1 2 3 4 5 6 7 Мкртчян, 1989. səh. 53
  2. Гош, Мхитар. Албанская хроника (пер. З. М. Буниятова). Баку: Элм. 1960. 2014-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.
  3. Мовсес Каганкатваци, «История страны Алуанк» Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine (в 3-х книгах), Перевод с древнеармянского Ш. В. Смбатяна, Институт древних рукописей им. Маштоца — Матенадаран, Ереван, 1984 г., 87
  4. 1 2 3 Мкртчян, 1989. səh. 54
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989